Azərbaycanda ehtiyac meyarının yuxarı həddi artırılır - Neçə manat olacaq?

Azərbaycanda ehtiyac meyarının yuxarı həddi artırılır - Neçə manat olacaq?

 

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib.

Sozcu.info xəbər verir ki, bu barədə "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində qeyd edilib. Sənəddə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 143 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, "2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilmişdi. Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}