Eldar Əzizov 18 il əvvəl vəzifəyə çəkdiyi kadrına BŞİH-də yüksək vəzifə verdi –Bakı meriyasında daha bir dəyişiklik

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov keçmiş kadrına meriyada yüksək vəzifə verib.

Sozcu.info Publika.az-a istinadən xəbər verir ki, Eldar Əzizov Nərimanov İcra Hakimiyyətində təsərrüfatı şöbəsinin müdiri şöbə müdiri işləyən Rəşid Ağayevi BŞİH-in ən vacib sahəsinə – Əsaslı Təmir və Tikinti Şöbəsinə müdir təyin edib.

Xatırladaq ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan sonra Rəşid Ağayevi rayon Mənzil-Kommunal Tikinti Birliyinin rəisi vəzifəsinə gətirib.

Qeyd edilir ki, həmin vaxt Rəşid Ağayev Kürdəmir rayonunda eyni adlı vəzifənin rəhbəri olub. O, 2003-cü ilədək – Eldar Əzizov Gəncənin icra başçısı göndərilənə qədər qeyd edilən birliyin rəisi olub.

Eldar Əzizovdan sonra Nizaminin icra başçısı olan Abdin Fərzəliyev də ona etimad göstərib.  Tərəflər arasında münasibətlər o qədər dərinləşib ki, A.Fərzəliyev Nərimanova icra başçısı təyin olunandan sonra Eldar Əzizovdan fərqli olaraq, Rəşid Ağayevi unutmayıb. Belə ki, Rəşid Ağayevə Nərimanov İH-də yüksək vəzifə verib.

Yeri gəlmişkən, həm Nizamidə, həm də Nərimanov rayonunda Rəşid Ağayevin adı tikintilərə rəsmi və ya qeyri-rəsmi rəhbərlik edən əsas şəxslərdən biri kimi hallanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}