"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur

"WhatsApp"a 3 yeni, maraqlı funksiya əlavə olunur

 

Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan "WhatsApp”a yeni funksiyalar əlavə olunacaq.

Hazırda bu özəlliklər iOs platformalı telefonların sonuncu versiyasında test edilir.

Yeni özəlliklərə görə artıq qrup çatlaşması zamanı mesaj yazan şəxsə, qrupdan çıxmadan, nömrəsini yaddaşa salmadan, özəl olaraq cavab vermək mümkün olacaq. Bunun üçün qrupa mesaj yazan şəxsin yazdığı mətni aşağı sürüşdürüb, "private reply” sözünə toxunmaq lazımdır.


Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

İkinci özəllik fotoların üzərinə smayl, stiker əlavə edilməsi ilə bağlıdır. Belə ki, şəkilləri kiməsə göndərməzdən əvvəl onun üzərinə smayl, stiker qoymaq mümkün olacaq.

3-cü özəllik 3D touch funskiyasını dəstəkləyən "iPhone”lar üçün nəzərdə tutulub.

Yeniliklər test edildikdən bir müddət sonra, yaxın günlərdə bütün telefonlar üçün uyğunlaşdırılacaq. \\milli.az


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}