Dağıstanda baş vermiş hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

 

İŞİD terror təşkilatı fevralın 18-də Dağıstanın Kizlyar şəhərində baş vermiş silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə terrorçuların nəzarəti altında olan KİV-lərə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, terrorçuların əlində öz bəyanatlarını sübuta yetirəcək fakt yoxdur.

Fevralın 18-də Dağıstanın Kizlyar şəhərində yerli sakin insanlara atəş açıb. Hadisə zamanı 4 nəfər ölüb, daha bir qadın isə xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi qaldırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}