QAZAXISTANDA “BÜTÜN RUS MƏKTƏBLƏRİ BAĞLANSIN” ÇAĞIRIŞI GÜCLƏNİR

QAZAXISTANDA “BÜTÜN RUS MƏKTƏBLƏRİ BAĞLANSIN” ÇAĞIRIŞI GÜCLƏNİR

 

Rusiya burada "Ukrayna ssenarisi”nə əl atacaqmı? – Təhlil

İrina Corbenadze

rosbalt.ru, 13.03.2019

 

Yetərincə məşhur siyasətçinin rus məktəblərinin hamısını bağlamaq haqda "təşəbbüs”ündən sonra respublikada sosial şəbəkələr uğuldamağa başlayıb.

Yuxarıda bunu bəyənməyiblər, amma pisləməyiblər də.  

Qazaxıstanda bu gün qazaxların da içində populyar olan 1500-ə yaxın rus məktəbi işləyir. Çoxmillətlilik statusunu tədricən itirən Qazaxıstanda rus məktəblərinin bağlanmasıyla bağlı unudulmuş mövzu yenidən üzə çıxıb. Bu dəfə yerli ictimaiyyəti bir başqası deyil, Qazaxıstan prezidenti administrasiyasının keçmiş əməkdaşı, hakim "Nur Otan” partiyası Siyasi Şurasının keçmiş üzvü Arman Şurayev yerindən oynadıb.

Sosial şəbəkələr "uğuldamağa başlayıb”, mövzu KİV-lərdə də müzakirə olunur. O isə "Qazaxıstandakı min beş yüz məktəbin hamısını bağlamağı” tələb edib.

A. Baytursınov adına Dilçilik İnstitutunun direktoru Erden Kajıbek də qabaqlar belə bir çağırışla çıxış edib.

Şurayevin məntiqi belədir ("Central Asia Monitor”-dan sitat): "Rusiyada yaşayan 900 min qazaxı hesaba alsaq və eynilə belə riyazi nisbətdən istifadə etsək, onda belə çıxır ki, sizin (Rusiya) Federasiyanızda, ən azı, 360 qazax milli məktəbi fəaliyyət göstərməlidir. Amma biz tam başqa bir mənzərə görürük – … kədərli və qan qaraldan. Bizim qan qardaşlarımızın milli eyniyyətinin qorunması üçün hüquq vermir və heç bir şərait yaratmırsınız”.

Düzdür, o, Rusiya hökumətindən təcili 360 qazax məktəbi açmağı tələb etməyib, amma öz doğma hökumətindən "güzgü tədbirlər görmək və Qazaxıstandakı min beş yüz rus məktəbinin hamısını bağlamaq” haqda özünün "tam haqqı”nı bəyan edib.

Doğrudanmı, qazaxlar RF-də milli məktəblər açılması xahişiylə Rusiya hökumətinə müraciət edibmi, məlum deyil. Amma hamıya bəllidir ki, vətəndə qazaxları heç kim rus dilində təhsil almaq seçiminə məcbur etmir – bu, onlara Rusiyanın hələ də "nüfuzlu” sayılan ali məktəblərinə yol və RF-də layiqli işə düzəlmək perspektivləri açır.

Niyə məhz orada? Çünki Rusiyanı nə qədər söyürsən-söy, fakt faktlığında qalır – o, sovetsonrası başqa ölkələrlə müqayisədə, çox böyük və yüksək ödənişli əmək bazarı kimi qalır. Yeri gəlmişkən, RF-yə isə "divar hörən” kimi deyil, ixtisaslı mütəxəssis kimi, özü də gənclər gedirlər. Və söhbət təkcə rusdilli qazaxlardan deyil, qeyri-titul millətinin böyük qism adamlarından gedir.

Etnik ruslardan danışılsa, Qazaxıstanda son otuz ildə onların sayı 45%-dən 20%-ə qədər azalıb. Bura gedən tatarları, almanları, koreyləri, başqa millətlərin adamlarını əlavə edək və təkmillətli, məişət millətçilyinin çoxalmasına və rus məktəblərinin bağlanmasına çağırışlara çox şərait yaradan dövlət quruculuğunun aydın mənzərəsini əldə edərik. Bütöv xalqları da ölkədən əsasən bu şərait qovur.

Burada qeyd etməyinə dəyər ki, onların çoxu start təhsilini məhz Qazaxıstanda alıblar, yəni dövlət onların "yüksəliş”inə konkret məbləğ yatırıb və məntiqə görə, "hazır məhsul”, yəni bu və ya başqa sahədə bilik əlavəsi kimi ona qayıtmalıydı.

Bununla yanaşı, Qazaxıstan əhalisi çoxalır, amma "azmış” oğul və qızların vətənə dönüşü, ya da əcnəbi mütəxəssislərin Qazaxıstanda işləməyə kütləvi şövqü hesabına deyil, doğuşun artması səbəbindəndir ki, bu da, əlbəttə, heç də pis deyil.

Niyə rus məktəblərinin bağlanması məsələsinə bu qədər şişirdilmiş məna verməyə başlayıblar?

Aydındır ki, bu, yuxarıda xatırladılan səbəblərdən populyardır. Amma ehtimal ki, başlıcası budur ki, milli şovinistlər, ya da milli vətənsevərlər – kimə necə daha çox xoş gəlirsə – qazax dilinin statusunun enməyindən narahatdırlar. Yəni ölkədə rusdilli qazaxların və başqa etnosların təmsilçilərinin qanca olmasa da, onda mentalca "əsil qazax” olmağa imkan verən dövlət dilini tam tutumda öyrənməyə və dil-psixoloji mühitə tam inteqrasiya olunmağa can atmayanlar.

Sual yaranır: qazaxlar rus məktəblərinə niyə həvəslə gedir, ingilis dilini, indi isə Çin dilini öyrənir, doğma dillərini isə bilmirlər? Əlbəttə, burada ölkənin Rusiya tərəfindən "zorla müstəmləkələşdirilməsi” problemini "hörmək” olar, amma Qazaxıstan artıq çoxdan suveren dövlətdir və "müstəmləkələşmə” mövzusunu qaldırmaq qeyri-ciddidir. Sıradakı məsələləri qaldırmaq daha məntiqlidir: rus məktəbləri niyə daha yüksək səviyyədə bilik verir? "Böyük və qüdrətli” dil Qazaxıstanın özündə niyə yüksək qiymətləndirilir? Niyə hökumət qayğısına qalmayıb ki, milli şovinistlərin hesab etdikləri kimi, dövlət dili ölməsin və onun milli azlıqlar və rusdilli qazaxlar tərəfindən öyrənilməsi yüksək səviyyədə təmin olunmur? Burada yada salmağına dəyər ki, Qazaxıstanda rus dili millətlərarası ünsiyyət statusuna malikdir və artıq təkcə bu, rus məktəblərinin bağlanması fiks ideyasıyla düz gəlmir.

Bu nə verər? Dövlət dilində təhsil alanların hamısı qazax nasional-şovinisti olacaq? Axı tez-tez fikir səslənir ki, respublika vətəndaşlarının etnik mənsubiyyətindən asılı olmayaraq Qazaxıstanda ancaq bir millət – qazaxlar olmalıdır. Gerçəklikdə isə rus məktəbləri məsələsinə bu qədər dar yanaşma insanı hələ çoxmillətli dövlətin olmadığı şəraitdə seçim hüququndan edir, mədəni, elmi, texniki və başqa düşüncələri yoxsullaşdırır, çünki Qazaxıstan kimi gənc, milli bir dövlət dövlət dilində intellektual məhsulun nəhəng layına çıxışa malik deyil. Rus və ingilis dilinə, iqtisadi perspektivlər və məqsədəuyğunluq planında Çin dilinə meyl buradandır.

Ümumiyyətlə, görünür, rus məktəblərinin varlığı, yoxluğu problemi qondarmadır, çünki bu, qazax dövlətçiliyini heç cür təhdid etmir. Gerçək təhlükə aullarda və birbaşa şəhərlərdə qazax dilində təhsilin lap aşağı səviyyəsindədir. Başlıcası isə bundadır ki, dillərin öyrənilməsi məsələsi, ümumiyyətlə, təbii "meydan”dan millətlərarası müstəviyə keçib. Və bu, hələ yumşaq sözdür.

Tamamilə mümkündür ki, bunun günahı demokratik quruculuq təcrübəsi olmayan və "milli eyniyyət problemi”ni küncün başına qaldıran gənc, müstəqil dövlətin inkişaf xəstəliyidir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev dil məsələsi haqda fikrini tamamilə aydın şəkildə ifadə edib. Onun sözlərinə görə, "üçdillilik” ölkədə norma olmalıdır."Övladlarımız, – o deyib, – planetin övladlarıdır, onlar ümumdünya məkanında, ən yaxşı ali məktəblərdə təhsil alırlar, buna görə də doğma qazax dilinə, rus dilinə və beynəlxalq ingilis dilinə yiyələnməldirlər”.

O özünün bu müddəasının "qabacasına” gerçəkləşdirilməsinə qarşı fikir deyib, çünki Təhsil Nazirliyi uyğun kadrlara malik olmadan pedaqoqlar qarşısında dərhal üç dildə tədrisə başlamaq vəzifəsini qoyub. Rus məktəblərinin ləğvi haqda prezident tərəfindən heç nə deyilməyib. Amma məsələ şişirdilir və ifadəli siyasi iy qazanmaqla olduqca bezdirici biçimdə.

Özəlliklə "Central Asia Monitor” yazır ki, rus məktəblərinin bağlanması mövzusu "RF və QR arasında çox ciddi kəskinləşmə doğurar. Və artıq belə tədbirlər almış Baltikyanı respublikaları, Ukraynanın arxasında Avropa Birliyi və ABŞ durursa, bizə heç kim havadar çıxmayacaq. Bircə Çin yaranmış durumdan istifadə etməyə çalışır – əlbəttə, öz maraqları üçün. Biz bundan nə uduruq? Hərbi planda Rusiya kimi qüdrətli dövlətlə dalaşmaq baha başa gələr. Bir də, çətin ki, Kreml Qazaxıstanda "Ukrayna ssenarisi”nin təkrarlanmasına əl atar, amma onun "itaətə vadar etmək” üçün imkanları yetərindən artıqdır. Birdən ciddi nəsə baş verərsə? "Rus ayısı”nı səbəbli-səbəbsiz cırnatmağı sevən Şurayev və həmfikirləri respublikanın ərazi bütövlüyünü qorumağa gedəcəklərmi? Ya rahat divanlarda əyləşib aul və rayon mərkəzlərindən sadə qazax oğlanlarının bunu necə etdiyini TV və İnternetdə seyr edəcəklər?”

Başqaları isə, məsələn, "Novosti Kazaxıstana” respublikanın rusdilli vətəndaşlarının çıxıb getməyində təkcə bir səbəb görür – "ölkənin qazaxıstanlaşdırılmasının müsbət prosesi”ni. Nəşr iddia edir ki, vətəndə qazax əhalinin artımı hər on ildən bir 26% təşkil edir, halbuki "ötən yüzilliyin 70-ci illərində Qazaxıstan SSR-də qazaxların sayı cəmi 28% idi. Və qazax dili böyük şəhərlərin və vilayət mərkəzlərinin künc-bucağında yaşayırdı”.

Amma Qazaxıstanda qeyri-qazaxlar tərəfindən dil "künc-bucaqları”, "basqı”sında və milli dilin depressivliyində kim günahkardır? Axı hamıya yaxşı bəllidir ki, "partiya” RSFSR-dən ən dözümlü işçiləri Qazaxıstan SSR-ə, ciddi deyilsə, həm də ölkəni qaldıran, ölkənin bu gün inkişaf etdiyi zəmini yaradan "əsrin layihəsi”nin gerçəkləşdirilməsinə göndərib. Və yeri gəlmişkən, onlar rus dilində təhsil alıblar və bu o zaman heç kimə mane olmayıb: qoy əksinlər, dil buna mane olmur. Əkənlərin uşaq və övladları indi gedirlər. Onlardan kimsə müəyyən mənada özünü yoxsullaşdırır, amma Qazaxıstan daha çox yoxsul düşür.

Tərcümə Strateq.az-ındır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}