Paşinyan ermənilərin çoxluq təşkil etdiyi əraziləri ələ keçirməyi planlaşdırır

Paşinyan ermənilərin çoxluq təşkil etdiyi əraziləri ələ keçirməyi planlaşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 7-də Azərbaycanın işğal altında olan Xankəndidə, qondarma "ümumerməni oyunları" nın açılış mərasimindəki çıxışı təxribatçı xarakter daşıyır. Baş nazirin "Artsax"ın Ermənistan olduğunu bəyan etməsi ilə yanaşı, o faktiki olaraq, ölkəsinin işğalçı dövlət olduğunu tanıdığını, həm də gələcəkdə digər qonşu dövlətlərin ərazisini işğal edəcəkləri barədə planlarının olduğunu bildirib. Bununla yanaşı, Nikol Paşinyan Ermənistan əhalisini 2050-ci ildə 5 milyon nəfərə, çatdırmaq niyyətində olduğunu bəyan edib. O həmcinin ümumerməni konsensusunun 6 bəndini acıqlayıb. Həmin konsensusun son maddəsi isə,Qarabağ konfliktinin həlli ilə bağlıdır. Yəni, bu maddədə bildirilir ki, Qarabağ məsələsinin həlliylə bağlı Ermənistanın Azərbaycanla apardığı danışıqların əsas hədəfi, müharibədə əldə edilmiş nəticələrin qorunub saxlanılmasıdır. Ancaq onu qeyd etmək lazımdır ki, Nikol Paşınyanın səsləndirdiyi planları həyata keçirməkErmənistanın indiki sərhədlərində, real deyildir. Hətta Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi Qarabağı və ətraf rayonları da nəzərə alsaq. Çünki bu gün blokadada olan Ermənistandan və Qarabağdan ermənilər fəal şəkildə "qaçırlar". Və çətin ki, yaxın vaxtlarda bu tendensiyanı kökündən dəyişmək mümkün olsun. Üstəlik bu gün Ermənistanda əhalinin artımı dünyanın ən aşağı səviyyəsindədir və azalmağa meyllidir. Ona görə də əhalinin sayını təbii artım yolu ilə böyütməkdən, söhbət gedə bilməz. Burdan da, belə qənaətə gəlmək olar ki, Ermənistanda əhalinin sayının artırılması ancaq, qonşu dövlətlərdə ermənilərin çoxluq təşkil etdikləri ərazilərin Ermənistana birləşdirilməsi hesabına planlaşdırılır.

Hansı ərazilərdən söhbət getdiyini anlamaq elə də cətin deyil. Nəzərə alsaq ki, erməni millətçiləri "Böyük Ermənistan dövləti" dedikdə, nəinki "Arsax", yaxud işğal edilmiş Azərbaycan ərazilərini, həm də Naxcıvanı və qonşu Gürcüstanın Samtsxe – Cavaxeti bölgəsini hesab edirlər. Orada isə Gürcüstanın digər bölgəsi Acarıstana göz tikərək Qara dənizə "dəhliz" acmaq istəyirlər. Buda ona görə ki, bu gün artıq Qara dənizin sahili, faktiki olaraq, ermənilərin nəzarətindədir. Yəni Gürcüstanın separatçı ərazisi olan Abxaziyada ermənilər ən böyük etnik qrup olaraq, bütün iqtisadiyyata nəzarət edirlər. Buradan da belə qənaitə gəlmək olar ki, əgər erməni separatçıları təkcə Azərbaycan deyil, həm də Gürcüstan ərazilərini ələ keçirmək üçün uzağa gedən planlarını reallaşdıra bilsələr,XankəndidəNikol Paşinyanın səsləndirdiyi planlar tam reallaşdırılacaq. Ona görə də hesab etmək olar ki,Nikol Paşinyanın çıxışı yalnız azərbaycan əlehinə açıq-aşkar və təxribatçı tezislərlə deyil, həm də erməni millətçiləri tərəfindən yaxşı başa düşülən bəyanətlərdi. Ona görə də avanturist Paşınyanın belə çıxışları həyəcan doğurmaya bilməz.

A.Məmmədli,

"Yeni Sözcü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}