RİA Novosti: “Ankara Suriyada kimlərlə və niyə vuruşur?” – Təhlil

RİA Novosti: “Ankara Suriyada kimlərlə və niyə vuruşur?” –

 

Türk ordusu avqustun 24-də səhər saat 4-də beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə Suriyanın Türkiyə sərhədindən 1km-likdə Fərat sahilində yerləşən və İŞİD birləşmələrinin ələ keçirdiyi Cerablus şəhərinin azad edilməsi üzrə hərbi əməliyyata başlayıb.
 Yaraqlıların mövqelərinə ilk zərbəni təyyarələr endirib, sonra xüsusi təyinatlılar artilleriya və tank atəşi altında sərhədi keçib. Hücumun ilk uğurları haqda məlumat verilir: "Türkiyənin F-16 qırıcıları İŞİD-in aşkarlanmış 12 obyektindən 11-i məhv edib, 200-dən çox mərmi buraxmış tanklar şəhərdə tam 70 hədəfi darmadağın edib".

Türkiyə KİV-lərinin hərbi qaynaqlara isnadən məlumatına görə, əməliyyat, təxminən, 15 gün çəkə bilər – məqsəd "Cerablusun İŞİD yaraqlılarından tam təmizlənməsi və Rakkaya doğru hərəkətdir”.

TT

 

Toydakı partlayışın əks-sədası

 

 "Sınaq yaradıcılıq mərkəzi” Beynəlxalq ictimai fondunun vitse-prezidenti Yuri Byalıy hesab edir ki, Ankaranın Suriyanın quzeyində bu cür qətiyyətli hərbi əməliyyatlara keçidi ancaq bir şeyi ifadə edə bilər: Qərbə münasibətdə məyus olmuş Türkiyənin siyasətində köklü dəyişiklik baş verir.

"Türkiyə Avropanın ona vəd etdikərini əldə etməkdə ümidini itirib, başa düşüb ki, ABŞ onunla öz oyununu, həm də "qaranlıq” oynayır və indi yeni tipli siyasətə dönüş edir. Siyasətin bu yeni tipi hələlik tam müəyyənləşməyib, lakin onun amillərindən biri İŞİD və adını dəyişmiş "Cəbhət ən-Nusra”nın (indiki "Cəbhət əş-Şam”) həm Britaniya-Amerika, həm də Səudiyyə Ərəbistanının əlində yad alət və antitürkiyə xarakterli olduğunun dərkidir”, – deyə analitik iddia edir.

Hərbi proqnozlaşdırma mərkəzinin rəhbəri Anatoli Sıqanok hesab edir: "Birləşmiş Ştatların Türkiyənin İncirlik bazasındakı nüvə sursatını çıxarmaq niyyəti haqda məlumat yayılandan sonra Türkiyə prezidenti Rəcəb Ərdoğan Vaşinqton tərəfdən özünə inamsızlıq hiss etdi və indi öz status-kvosunu həm də Qərbin gözündə bərpa etməyə səy göstərir”.  

Lakin o, hər halda keçən payızda Rusiya HKQ-nin prezident Bəşər Əsədə köməyə gəldikdən sonra Yaxın Şərqdə baş vermiş qüvvələr nisbətindəki dəyişikliyi əsas səbəb hesab edir.

TE

Türk əsgərləri Suriya sərhədində. 24 avqust 2016-cı il

© AFP 2016/ Bulent Kilic

 

Rusiya EA Şərqşünaslıq institutunun Türkiyə sektorunun müdiri Nataliya Ulçenkoəmindir ki, Türkiyənin Yaxın Şərq siyasətinin radikallaşmasının əsas səbəbini, hər şeydən əvvəl, Türkiyənin özündə aramaq lazımdır:

"Türkiyə islam terrorizminin şəksiz obyektinə çevrilib və bu durum rəhbərliyin fəal reaksiyasını, ən kəsərli tədbirlər tələb edir. Eyni zamanda Şərq mentallığı kimi amili də hesabdan silmək olmaz – sonuncu, ən dəhşətli terakt ölkənin cənubi-şərqində baş verib, onlarla insanın həyatını aparıb. Şərqin baxışına görə, bu, Türkiyə dövlətinin təmin etməli olduğu həyatın dayaqlarına qarşı olduqca qaba, dedikcə fitnəkar meydanoxumadır, ölkənin son zamanlar məruz qaldığı səs-küylü teraktlar silsiləsində son damladır. Və əlbəttə, Ərdoğan buna cavab verməyə bilməzdi”.

 

Kürd amili

 

Yuri Byalıy Qərb siyasətində Türkiyənin, şübhəsiz, məyusluğunun səbəbini ABŞ və avropalı tərəfdaşlarının islam radikallarına qarşı mübarizədə sonralar öz dövlətlərini – Kürdüstanı yarada biləcək silahlı kürd birləşmələrinə bel bağlamasında görür. Və bu, Türkiyəni heç cür qane etmir.

Anatoli Sıqanok da qeyd edir: "Suveren Kürdüstanın yaranışını nə Suriya, nə Türkiyə, nə İran, nə də İraq istəyir. Bununla belə, Qərbin fəal dəstəyi ilə İraqda kürd muxtariyyəti de-fakto yaradılıb”.

Analitiklər hesab edirlər ki, Türkiyənin islamçıların silahlı dəstələri ilə mübarizəyə fəal müdaxiləsi gələcək qələbədə kürd birləşmələrinin rolunu azaltmaq arzusu ilə bağlıdır ki, bu qayda ilə kürdlərin bu qələbədən mümkün siyasi dividendlər şansı azalsın.

 

Bölgədə liderlik uğrunda mübarizə

 

Suriyada müharibə gec, ya tez başa çatacaq, lakin bu müharibədə getdikcə digər mübarizə də təzahür edir – bütün Yaxın Şərqdə liderlik uğrunda.

SMD

Suriyanın müxalif döyüşçüləri Türkiyə-Suriya sərhədində. 24 avqust 2016

© AFP 2016/ Bulent Kilic

 

"Tamamilə aydındır ki, Türkiyə Yaxın Şərqdə aparıcı dövlət olmağa can atır. İndi bunun üçün olduqca əlverişli məqamdır – uzun müddət ərzində Ankaranın Tehranla ilk dəfə yaxşı münasibətləri formalaşıb. Lakin yekunda Qərb ölkələri və Rusiya müharibə bitərkən Suriyanı tərk edəndə (bu, nə zamansa mütləq baş verəcək) hökmən bölgə lideri müəyyənləşməlidir. Və bütün məsələ bundadır ki, o, kim olacaq – Türkiyə, İran, yaxud deyək ki, Səudiyyə Ərəbistanı?”

Yuri Byalıy da onunla razılaşır: "Bölgədə liderlik uğrunda mübarizə çoxdan gedir və Türkiyə bu mübarizədə indi son dərəcə qüdrətli jest edir”.

Ekspertlər eyni zamanda əhəmiyyəti az olmayan bir amili də qeyd edirlər: Ankara ilə Moskvanın mövqeyinin aşkar yaxınlaşması. Anatoli Sıqanok xüsusən də Dağlıq Qarabağ üzrə danışıqlarda Azərbaycanın mövqeyində müsbət dəyişiklikləri qeyd edir. O, hesab edir ki, bu, Türkiyənin təsiri ilə baş verir. İstisna deyil ki, Türkiyənin Suriyada hərbi fəallığı da elə bu amillə bağlıdır.

Eyni zamanda bu məqam diqqət çəkir ki, türk ordusu Cerablus şəhəri uğrunda döyüşləri Türkiyənin Moskvanın dəstəklədiyi qanuni hökumətinin marağı üçün aparmaya da bilər. Ekspertlərin fikrincə, Ankaranın hücumunda məqsəd Cerablusun Əsədə müxalif qüvvələrin nəzarətinə qaytarmaq da ola bilər. O zaman ABŞ-ın bu bölgədə üsyançılara yardıma hazırlığı da anlaşılan olur.

Vladimir Ardayev

RİA Novosti, 24.08.2016



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}