Türk yazar:Türkiyə Suriya bataqlığında nə qədər qalacaq? – Təhlil

Türk yazar:Türkiyə Suriya bataqlığında nə qədər qalacaq? – Təhlil

 

Türkiyə silahlı qüvvələri iyulun 15-də elə bir xain satqınlığa məruz qalıb ki, dünyanın heç bir ordusu buna tab gətirməzdi. Düşmənlərimiz deyirdilər ki, ordumuzun aldığı yaraları uzun illər sağaltmaq mümkün olmayacaq. Lakin Türkiyə SQ avqustun 24-də yeni bir tarix yazmağa başladı. "Fərat qalxanı” əməliyyatının gedişində Suriya torpaqlarında yuva salmış, Türkiyədə teraktlar həyata keçirən və sərhəddəki yaşayış məntəqələrimizi raket atəşinə tutan İŞİD adlı terrorçu qurum 14 saat ərzində Cerablusdan qovulub.   

 

Azad Suriya Ordusu (ASO) Türkiyəm hərbçilərinin fəal dəstəyi ilə Cerablusa bayraq taxıb. Türk hərbçiləri və ASO döyüşçüləri həmçinin Cerablusun civarındakı kəndləri də ələ keçiriblər.

Biz bu faktı sevinclə alqışlayırıq ki, "Fərat qalxanı” əməliyyatının uğurlu gedişatında türk ordusu qurban və ziyan verməyib. Ordumuzu və Baş Qərargahın rəisi, ordu generalı Hulusi Akarı təbrik edirəm. Bəzi media qurumları ayrı-ayrı komandirləri xüsusən şöhrətləndirməyə cəhd etsə də, bununla belə, Türkiyənin bütün SQ-i bu hadisə münasibətilə aqlqışlamaq və salamlamaq lazımdır.

Lakin günün məsələsinə keçək.

Türk ordusu Suriya torpaqlarında və yaxud, başqa sözlə, Suriya bataqlığında nə qədər qalacaq?

Güman edirəm ki, bu sualın cavabını hələlik Akar Paşanın özü də bilmir. Türk ordusu Suriyada qaldıqca hər gün Cerablusdan gələn xəbərləri xüsusi həyəcan və diqqətlə izləyəcəyik.    

Əminəm ki, Cerablusdan qasçmış İŞİD döyüşçüləri türk ordusuna hücum üçün əlverişli məqam gözləyirlər. Türk ordusu ilə qarşıdurmada terrorçu təşkilat İŞİD-in heç bir şansı yoxdur. Bununla bərabər, ASO-nun mən gördüyüm döyüşçüləri ordudan çox silahlı insan yığıntısını  xatırladır.

Qeyd etmək istəyirəm ki, Türkiyə ordunu çıxarsa, İŞİD isə Cerablusa hücum etsə, ASO döyüşçüləri xüsusi müqavimətsiz geri çəkiləcəklər.

Prezident Rəcəb Ərdoğanın xeyli illər dediyi ideya – "Gəlin, Suriya ərazisində bufer zonası yaradaq və Türkiyədəki suriyalıları orada yerləşdirək” – indi təcəssümünü qazanmalıdır. Lakin bu bufer zonanın təhlükəsizliyini türk hərbçiləri deyil, BMT və yaxud NATO hərbçiləri təmin etməlidir.

Bu yaxınlaradək bufer zonası ideyasına şəkklə yanaşan Amerika "Fərat qalxanı” əməliyyatından sonra, ehtimal ki, bu baxış nöqtəsindən imtina edəcək və Ərdoğanın təklifini qəbul edəcək.

Türk ordusu Cerablusu və ətraf bölgələri heç bir çətinlik çəkmədən təmizləyib. Lakin hazırda bu bölgədən çıxmaq ora girməkdən xeyli çətin olacaq. Çünki türk ordusu gedəndən sonra İŞİD terrorçuları bu bölgəni yenidən ələ keçirməyə cəhd edəcəklər.

Orxan Uğuroğlu

Yeni Çağ (Türkiyə), 29.08.2016



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}