ÖZÜNÜ, YOXSA VARİSİ QORUMAQ? –Putin öz rejiminin tarixin yanlış tərəfində olduğunu bilir - TƏHLİL

ÖZÜNÜ, YOXSA VARİSİ QORUMAQ?

 

Sergey Quryev

"Project Syndicate”, 18.01.2020

 

Vladimir Putin, görünür, prezidentlik möhlətinin bitməsindən sonra da Rusiyanın lideri qalmaq istəyir və bu, heç kimi təəccübləndirməməlidir. Bu həftənin əvvəlindəki illik müraciətində, o, böyük Konstitusiya dəyişikliyini nəzərdə tutaraq, Rusiyanın siyasi qurumlarının əsaslı təmiri üçün yol xəritəsini açıqlayıb. Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi bütün kabinə dərhal istefa verib.

Putinin təklifləri qeyri-müəyyən və bəzən özünə zidd idi. Lakin onun ardıcıl ikinci müddəti və qanuni olaraq son dövrü 2024-cü ildən sonrakı planları barədə dəyərli açıqlamalar verir. Başlanğıc üçün Putin səlahiyyətlərini prezidentdən Dövlət Dumasına (parlamentə) köçürəcək və əhəmiyyətli, hələ məlum olmayan (Konstitusiyada qeyd olunmamış) səlahiyyətləri özünün başçılıq etdiyi Dövlət Şurasına və Təhlükəsizlik Şurasına ötürür.

Təklif olunan digər dəyişikliklərə Konstitusiya çəkindirmələri və tarazlıqlarının ləğvi, məhkəmə müstəqilliyinin aradan qaldırılması, bələdiyyələrin muxtariyyətini itirməsi və Rusiya qanunvericiliyinin beynəlxalq öhdəliklərdən üstün olması daxildir.

Rusiya Konstitusiyasında çox aydın qeyd olunub ki, yalnız Konstitusiya Məclisi Rusiyanın siyasi sisteminin bu təməl prinsiplərini dəyişdirə bilər. Putin Məclisi çağırmayacağını söyləyib. Bu mənada onun çıxışı çevriliş üçün açıq və şəffaf bir plandır, daha doğrusu, politoloqların təbirincə, özünü devirmə, ya da "avtogolpe” – Latın Amerikası kaudilyolarının ən sevimli vasitəsi.

Əslində, çevriliş baş vermir: siyasi qurumların kəskin şəkildə yenidən qurulması Rusiyanın siyasi rejimində heç bir dəyişikliyi nəzərdə tutmur.

Tərifə görə, siyasi rejim – liderlərin və siyasətin seçilməsini təyin edən rəsmi və ya qeyri-rəsmi qaydalar toplusudur. Çevrilişdən əvvəl Putin hər ikisini idarə edirdi. Çevrilişdən sonra da vəziyyət belə qalacaq. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin 2014-cü ildə (Putinin aparat rəhbərinin müavini olduğu zaman) söylədiyi kimi: "Putin var – Rusiya var. Putin yoxdur – Rusiya yoxdur”.

Əlbəttə, ölkənin ömrü insanın ömründən uzundur. Volodin, Putinin öz simasında yaratdığı siyasi rejimi nəzərdə tutub. Bu rejim sonda yenidən dəyişdirilə bilər, ancaq Putin hakimiyyətdən gedəndən sonra.

Putinin hakimiyyətdən kənarlaşdırılıb-kənarlaşdırılmayacağı uzun müddət ciddi mövzu olmayıb. Bəziləri onun 2024-cü ildə təqaüdə çıxacağını düşünə (və ya ümid edə) bilər. Bu vəziyyətdə o, vəzifəsindən getdikdən sonra təhlükəsizliyi və rifahını qorumağa yönəlik çəkindirmə və tarazlıqları hazırlayardı.

Çəkindirmə və tarazlıqları sökmək planlarını açıqlayan Putin hakimiyyətə qalmaq niyyətində olduğunu açıq şəkildə bildirib, hərgah sistemin necə qurulacağı bilinmir. Rus elitaları, şübhəsiz ki, 2018-ci ildən bəri Putinin variantlarını müzakirə edir. Məsələn, o, Belarusla yeni ittifaq yarada bilər.

Amma Putin səlahiyyətlərinin çoxunu saxlayan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nümunəsini seçib. İstefasından bir müddət əvvəl Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasını gücləndirib və sonradan onun sədri olub. O, bütün vacib təyinatlara veto qoyaraq rəsmi olaraq "Millət Lideri” təyin edilib.

Putinin də sadiq bir varisi seçmək üçün zəmin hazırladığı görünür. Onun təklifləri arasında prezidentliyə namizədlər üçün daha sərt tələb var: onlar Rusiyada ən azı 10 il yaşamalı idilər; Putin bunu 25 il etmək istəyir. Üstəlik, xarici vətəndaşlıq və ya yaşayış icazəsi almamış kəs. Kimi bu qayda ilə hədəf almağa çalışırsa – bəlkə də 2013-cü ildə Rusiyanı tərk edən müxalifət lideri Mixail Xodorkovski – seçilən varisi üçün çox böyük təhlükə yaradır.

Rusiyada beynəlxalq qanunların, müqavilələrin və beynəlxalq qurumların qərarlarının üstünlüyünün aradan qaldırılması təklifi oxşar nəticələrə gətirib çıxarır. Avropa İnsan Haqları Məhkəməsi mütəmadi olaraq Putinin nəzarətində olan məhkəmə hakimiyyətinin başqa bir populyar müxalifət xadimi Aleksey Navalnının cinayət məsuliyyətinə cəlb edilməsini ləğv edir.

Bu güc oyununda müqaviməti dayandırmaq üçün Putin həm də illik sosial xərclərin ÜDM-in təxminən 0,5% artdığını elan edib. O, populyar olmayan Medvedevi əvvəllər vergi inzibatçılığı vəzifəsində olan yüksək səlahiyyətli, lakin aşağı profilli texnokrat Mixail Mişustinlə əvəz edib.

Putinin digər "qeyri-siyasi” baş nazirləri kimi – Mixail Fradkov (2004-07) və Viktor Zubkov (2007-08) – Mişustində ona etiraz etmək üçün harizma çatışmır. Mişustinə vergi sistemini sadələşdirmək və rəqəmsallaşdırmağa görə hörmət edilir, onun rəhbərliyi altında vergi yığımının kəskin şəkildə artması ilə populyarlığı da artıb.

Putinin hər şeyi düşündüyü görünür. Ancaq özünü və potensial varisini qorumaq üçün bu qədər səy göstərməsi mövqeyinin nə qədər etibarsız olduğunu ortaya qoyur. Məşhur yüksək etimad reytinqi indi, 2019-cu ilin dekabr ayında 64% səviyyəsindədir. Sadiq bir varisin bu səviyyəyə yaxın bir yerə çatması çətin olar.

Beləliklə, Putinin son çıxışının mesajı Rusiya rejiminin dəyişməsi deyil. Əksinə, mesaj budur ki, Putin öz rejiminin tarixin yanlış tərəfində olduğunu bilir və orada qalmağa can atır.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}