TRAMPIN ÖLÜM-QALIM MƏSƏLƏSİ KİMİ BAXDIĞI NOYABR SEÇKİLƏRİ:o, zəifləyən imicini yüksəltmək üçün yeni müharibə çıxara bilərmi? - TƏHLİL

TRAMPIN ÖLÜM-QALIM MƏSƏLƏSİ KİMİ BAXDIĞI NOYABR SEÇKİLƏRİ:o, zəifləyən imicini yüksəltmək üçün yeni müharibə çıxara bilərmi? - TƏHLİL

 

Mustafa Kaya

"Milli Gazete”, 04 aprel 2020-ci il

 

ABŞ noyabrın 3-də keçiriləcək prezident seçkilərinə doğru addımlayır. Tramp üçün həyatda hər şeydən vacib hesab olunan bu seçkilər indi koronavirusdan daha riskli olmağa başlayıb.

Pandemiyaöncəsi iqtisadi rahatlıq, ticarət müharibələri kimi aqressiv addımlar atması Trampı xeyli gücləndirmişdi. Demokrat namizədlər arasından fərqlənən Co Bayden kimi isimlərin xüsusən gənc amerikalılar üzərində həyəcan yaratmaması seçkilərin Trampın lehinə asan keçəcəyini göstərən amillərdən idi.

Ancaq pandemiya hələlik Trampın bütün planlarını pozur. Pandemiyanın ilk günlərində ölüm sayının 200 min olmasını, əslində, önəmli qalibiyyət hesab edərək, bir növ, xalqın zehnini hazırlayır və öncüllüyünü artırırdı. Ancaq günlük ölüm statistikaları qeyd edilən rəqəmləri üstələyincə, Trampın planları suya düşdü və o, müəyyən risklərə getməyi gözə aldı.

Əvvəllər 2008-ci ilin böhranı ilə müqayisə edilən iqtisadi böhran indi 1929-cu ilin Böyük Böhranı ilə eyniləşdirilir. Normallaşmanı ən qısa zaman içində əldə etmək mümkün olmasa, işsizlərin sayının çoxalması sosial partlayışlara səbəb ola bilər. Bu məsələ də indi ABŞ-ın gündəm mövzusudur. Tramp bu təhdidin öhdəsindən gəlmək üçün iki gün öncə verdiyi açıqlamada, heç bir şey olmamış kimi, yaxın zamanlarda seçki kampaniyalarına başlayacağını bildirdi.

Əlbəttə, bir də dünyadakı mövcud güc balansları baxımından ABŞ-ın dəyərləndirilməsinə ehtiyac var.

1990-cı illərdə yaşanan iqtisadi-siyasi vəziyyət iqtisadi gücün Şərqə keçəcəyinin ipuclarını verməyə başlamışdı. ABŞ iqtisadi dövriyyəsi onlarla ölkə iqtisadiyyatından daha güclü olan şirkətləri istehlaklarını Şərqə, xüsusilə Çinə daşımış, bu vəziyyət ucuz işçi qüvvəsiylə onlar üçün çətin dövr yaratmışdı. Çinlə istehsal baxımından birtərəfli asılılığın onlar üçün belə ağır nəticələr verəcəyini düşünə bilməmişdilər.

İndi hər kəs kimi, bu şirkətlər də əziyyət çəkir. Beləliklə, ABŞ başa düşür ki, Çinlə iqtisadi münasibətləri təxirə salsa, bu gedişdən məğlub çıxan təkcə Çin olmayacaq. Ona görə də, ABŞ yaranmış bu strateji müharibədə qazanclarını mümkün qədər artırmağa xidmət gösərən yeni strategiyalar tətbiq edir.

Dünyada var olan güc balansları bir tərəfdən mürəkkəb quruluşa sahib olsa da, digər tərəfdən, əslində, çox sadə görsənir. Ona görə mürəkkəbdir ki, pandemiyasonrası ABŞ dünyada jandarm rolunu daha oynaya bilməyəcək. Bu gün çoxqütblülüyü istəyən dərnəklərin yaradılması ABŞ-ın işlərini çətinləşdirir, hərəkət manevrini məhdudlaşdırır. Ona görə həm də sadədir ki, pandemiyasonrası hər kəs, əslində, bir-birinə bağlılığını, iqtisadi-siyasi münasibətlərin qarşılıqlı olduğunu dərk etməyə başlayıb.

Bununla birlikdə, cavabı hər kəsə maraqlı olacaq digər sual odur ki, 1929 Böhranının bir zamanlar dünyanı 2-ci dünya müharibəsinə apardığı düşünülərsə, görəsən, yaranmış pandemiya böhranı da gətirdiyi iqtisadi vəziyyətlə dünyanı yenə bir müharibə alovunun içinə atarmı?

İndi bütün bəşəriyyət üçün ən böyük risk belə bir nəticə ilə qarşı-qarşıya gəlməkdir.

Yaşadığımız dövrdə lider – kütlə, dövlət sistemi münasibətlərini izah edərkən, Xəlil Berktay bu əsrin "nəzəri –ideoloji diktaturalar yox, praqmatik və fürsətçi avtoritarizm əsri” olduğunu ifadə edir.

Bu liderlik yanaşmaları ilə izah edilən idarəetmə anlayışlarının mexaniki şəkildə formalaşdırıldığını, gündəlik olduqlarını və buna ayrılan zaman diliminin məhdud olduğunu söyləyir.

Bu maraqlı təsbit üzərindən mövzunu təhlil etsək, Tramp üçün zaman qavramının 3 noyabr 2020-ci ilədək məhdudlaşdığını söyləmək olar. Onun uğurları yalnız həmin tarixə qədər özünü göstərə bilər.

Tramp bu seçkiləri ölüm-dirim mübarizəsi kimi görür. Fikrimizcə, o, həmin tarixdək qələbə qazanacağına arxayın olsa, baş verə biləcək qarşıdurmalar və güclü müharibələri alovlandıracaq addımlar ata bilər. Təəssüf ki, Trampın belə bir potensialı var.

Ancaq ABŞ və Tramp da daxil olmaqla, koronavirusun insanlığa verdiyi mesaj aydındır: "Bütün dünya xalqları kimi, yaranmış bu vəziyyətdən dərs alacaqsınız, bir-birinizin ətini yeməkdən əl çəkəcəksiniz, təkəbbürlü davranışlardan, müharibələrdən imtina edəcəksiniz, haqq-ədalətə söykənən yeni beynəlxalq hüquqi düzən quracaqsınız. Əks halda, ya bu gün, ya da sabah hamınız birlikdə məğlub olacaqsınız”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}