Erməni ekspert təşvişdə: “Trampın siyasi vurğusu Ermənistana yaxşı heç nə vəd etmir ” – Təhlil

Erməni ekspert təşvişdə:

 

"Tramp biznesmendir, onun düşüncə tərzi siyasətçilərin məntiqindən bir qədər fərqlənir. ABŞ-ın Qafqaz siyasətinə gəlincə, Ermənistana böyük əhəmiyyət verilməyib. Respublikaçılar Partiyasının Qafqaz siyasəti "Türkiyə-Gürcüstan tandemi” və Azərbaycan oxuna əsaslanır. Bu, vurğunun dəyişilməsi, Ermənistanın bölgə layihələrindən təcridinə səbəb olub, Qarabağ münaqişəsində isə Azərbaycana böyük əhəmiyyət verilib ki, bu da Ermənistanı Rusiyadan böyük asılılığa düşməyə məcbur edib. Bax, bu cür mənfi nəticələrlə üzləşmişik. Təkcə düşmənimiz ABŞ administrasiyasının gözündə nüfuz əldə etməyib, lakin bunun vahiməsi də bizi böyük qardaş axtarışında Rusiyadan daha böyük asılılığa düşməyə vadar edib”, – deyə Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə Ermənistan institutunun rəhbəri Stepan Səfəryan ABŞ-da prezident seçkilərinin nəticəsini şərh edərkən bu cür fikir ifadə edir.

 

Səfəryanın fikrincə, respublikaçılar İrana münasibətdə də sərt mövqe tuturlar ki, bu da Ermənistan-İran münasibətlərinə təsirdə yer alır. Ekspert hesab edir: "Tramp seçkiqabağı dövrdə də deyirdi ki, nüvə sazişi Amerikanın tarixində ən pis sazişlərdən biriydi. Yəni o, ABŞ-ın İrana münasibətini yenidən nəzərdən keçirsə və ABŞ-İran münasibətləri yenidən inamsızlıq müstəvisinə keçsə, bu, Ermənistanda əksini tapacaq. Bir sözlə, bu cür siyasət Ermənistanı daha böyük təcridlə və Rusiyadan daha güclü asılılıqla təhdid edir. Bu isə Qarabağ məsələsi və Ermənistana xüsusən mənfi təsir edə bilər”.

Səfəryanın sözlərinə görə, Tramp seçkiqabağı yarışda Qafqaz haqda praktik olaraq heç nə deməyib, lakin İran-Rusiya münasibətləri haqda sözlərindən təxminən aydın olur ki, bunun Qafqaza təsiri necə olacaq.

Ekspert qeyd edir: "Tramp deyirsə ki, Rusiya ilə əməkdaşlıq edəcək və razılaşırsa ki, dünyanın bir hissəsi Putinə, o biri hissəsi isə ABŞ-a məxsusdur, bu o deməkdir ki, xarici siyasətdə Ermənistanın manevr məkanı və imkanları daralır. Tramp deməyib ki, Putinin imperialist iddialarını qəbul edir. Hillari Klinton və demokratik administrasiya da Rusiya ilə əməkdaşlığı heç vaxt istisna etmirdi, lakin deyirdilər ki, Krım və Ukrayna kimi hallarla bağlı dövlətlərin qanuni hökumətlərinə təzyiq etmək cəhdlərini qəbul etmirlər. Yəni onlar bu məsələlərdə öz prinsipial mövqelərini saxlayırlar, digər məsələlərdə əməkdaşlıq mümkündür. Trampla bağlı halda qeyri-müəyyənlik daha böyükdür – Rusiya və ABŞ sazişə necə gələcək, nəyin ətrafında razılaşacaq, ABŞ Rusiyanın Krım və başqa yerlərdə fəaliyyətini qəbul edəcəkmi?”

Lakin ekspert qeyd edir ki, Hillari Klintonla bağlı halda olduğu kimi Donald Trampla bağlı da bir məsələni unutmaq lazım deyil – "seçkiqabağı atmosfer sonrakı siyasi kurs üçün müəyyənləşdirici hesab edilə bilməz. Tramp ağlına gələni müstəqil şəkildə edə bilməz, çünki Amerika dövləti özlüyündə sistemi təmsil edir. Lakin fərq etməz, bu namizədin siyasi vurğusu Ermənistana yaxşı heç nə vəd etmir. Klinton isə dövlət katibi olarkən Ermənistana iki dəfə səfər edib, erməni Soyqırımı (mətndə bu cürdür-tərc.) memorialına əklil qoyub, Türkiyəyə təsir rıçaqları yaratmaq qəsdilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına təkan verib ki, bu da Ermənistanın da maraqlarına uyğun idi”.

Razmik Martirosyan

"168 jам" (Ermənistan)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}