Trampın Qafqaz layihələrinin ləğvi bölgəyə nə vəd edir? –Azərbaycan və Gürcüstanı ABŞ-la yeni münasibətlər gözləyir - Təhlil

 

ABŞ prezidenti seçilmiş Donald Tramp Azərbaycan və Gürcüstanda daşınmaz əmlak sahəsindəki layihələrini yığışıdırıb ki, bu da onun prezidentliyi müddətində ABŞ-ın Cənubi Qafqaza marağının azalacağı ehtimalına işarə edir.

Trampın daşınmaz əmlak sahəsindəki "Trump Organization" şirkəti bu yaxınlarda Bakı, Batumi və ola bilsin, Tiflisdə inşaat kompleksləri ilə bağlı lisenziyaların ləğvi haqda bildirib. İcmalçıların fikrincə, bu qərar Trampın and mərasimindən sonra bu layihələrin potensial olaraq yaradacağı mümkün maraqlar münaqişəsi xüsusunda tənqidlərdən qorunmaqla izah olunur.

Trampın adını daşıyan layihələr Azərbaycan və Gürcüstanın Saakaşvili və onun "Vahid milli hərəkat” (VMH) partiyasının başçılığı ilə əvvəlki hökuməti üçün statuslu idi. Lakin Trampın prezident seçkilərində qəfil qələbəsindən sonra istisnasız olaraq şöhrətpərəstlik üçün həyata keçirilən layihələr Trampın dünyaya özünün geniş biznes imperiyası prizmasından baxmağa meylliliyi nəzərə alınmaqla birdən potensialca daha mühüm olub. Ardınca bu layihələrinn ləğvi öz növbəsində, şübhəsiz, yerli məmurların meydana çıxmış ümid və planlarına zərbə vuracaq.Çünki Trampın biznes maraqları uyğun olaraq Vaşinqtonda yeni administrasiya dönəmində yerli əksər rəsmi şəxslərin üzünə çox qapıları aça bilərdi.

Batumidəki layihə haqda Trampın 2012-ci ildə Gürcüstana səfəri zamanı təntənə ilə elan etdilər. O vaxt prezident olan Mixail Saakaşvili və Trampın yerli tərəfdaşı "Silk Road Group" yeni təşəbbüsü Trampın ölkə iqtisadiyyatına "yatırımı” adlandırdı. Lakin bu, həqiqətə tam uyğun deyildi: ardınca Tiflisdə kompleks inşa edilməli olan binanı "Silk Road Group" şirkəti ucaltmalı və sadəcə, lisenziya sazişinə uyğun olaraq Trampın adını daşımalıydı.

Hər şeyə əsasən, Tramp layihələri Saakaşvili hökuməti ilə yaxın idi və VMH-ın 2012-ci il seçkilərində məğlubiyyətindən sonra komplekslər Saakaşvilinin siyasi perspektivləri ilə bərabər "qurudu”.

Trampın seçilməyindən sonra elə görünürdü ki, Batumi layihəsi həyata qayıdıb. "Silk Road Group" şirkəti bir neçə illik fəaliyyətsizlik və ABŞ-dakı seçkilərdən lap bir neçə gün sonra inşaatın "ən yaxın gələcəkdə” təzələnəcəyini bildirdi. Görünür, hazırda durum dəyişilib.

Bakıda Trampn kompleksinin inşası layihəsi daha sürətlə irəliləyirdi və orada işlər 2015-ci ildə başlanmışdı. Lakin layihə 2016-cı ildə Azərbaycan iqtisadiyyatındakı tənəzzül üzündən dayandırılıb. Uzunmüddətli ləngimələr və layihəni maliyyələşdirən Azərbaycan biznesmeni (və respublikanın nəqliyyat nazirinin oğlu) Anar Məmmədova nisbətdə meydana çıxan məsələlər durumu ağırlaşdırdı və bu layihə 2016-ci lin ortalarında "Trump Organization"in saytından uzaqlaşdırılıb.

Azərbaycan və Gürcüstan hökumətləri indi Trampın Cənubi Qafqazda maliyyə marağının olmadığının Vaşinqton tərəfdən bölgəyə siyasi diqqətin azalacağına səbəb ola biləsi perspektivilə üzləşib. Bu cür vəziyyət xarici siyasət məsələləri və milli təhlükəsizlik sahəsində Vaşinqtona çoxdan isqamətlənmiş Gürcüstanı xüsusən narahat edir. Trampın qeyri-ortodoksal və Amerikia isteblişmentindən seçilən mövqeyi nəzərə alınsa, ola bilsin, Tiflisin Vaşinqton isteblişmentindəki müttəfiqlərlə münasibətləri həyata keçirmək səyləri ən yaxın dörd ildə heç bir səmərə gətirməyəcək. Çox güman ki, Gürcüstan hökuməti təmsilçilərinin Ağ Evdə yeni administrasiyaya çıxışını çətinləşdirəcəklər. Həta zahiri əlamətlərə görə, Trampın Rusiyaya münasibəti Gürcüstanda təşviş doğurur ki, onu Rusiya-Amerika münasibətlərinin yaxşılaşması xatrinə qurban verə bilərlər. Lakin hətta bu da baş verməsə, hər şeydən göründüyü üzrə, Amerikanın yeni administrasiyası Gürcüstanın Qərb iqtisadi və müdafiə strukturlarına inteqrasiyasının dərinləşməsi haqda Tiflisin yeni cəhdlərə ümidini bölüşmür. Rusiyanın bölgə hegemonluğuna qətiyyətli iddiaları fonunda Gürcüstan üçün ABŞ tərəfdən dəstəyin zəifləməsi və AB-nin şərq tərəfdaşlığına marağı itirməyi xarici siyasət məsələlərində Qərbə tam istiqamətlənməyin məntiqini sarsıdır. Avroatlantik inteqrasiyası tərəfdarları daxil olmaqla Gürcüstanın bəzi rəsmiləri, ola bilsin, Rusiyaya doğru kursun mənadan məhrum olmadığını qət edəcəklər – ən azı, ortamüddətli perspektivdə.

Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra mümkün dəyişikliklər haqda məsələ Azərbaycan üçün o qədər də kəskin şəkildə durmur, lakin hər halda ciddidir. Bakının xarici siyasəti çoxdan çoxyönlülük və Moskva ilə Vaşionqton arasında nisbətlərin saxlanması, bəzən isə öz mənfəəti naminə onların arasında rəqabət yaratmaq prinsipi ilə qurulub. Mərhum prezident Heydər Əliyevin dövründə formalaşmış bu strategiya müəyyən dərəcədə uğurlu çıxıb, lakin son zamanlar effektivliyi azalıb və dövlətin indiki başçısı İlham Əliyev bundan qismən geri çəkilib. Bu, bir çox baxımdan ölkədə dərinləşən iqtisadi problemlərlə izah olunur. Enerji daşıyıcıları qiymətinin çöküşü Azərbaycanın beynəlxalq statusunu və xarici siyasət durumuna təsir etmək qabiliyyətini azaldıb.

Azərbaycan xarici siyasətində Vaşinqton vektorunun zəifləməsi Bakını daha çox Moskvaya güvənməyə məcbur edib və hətta Bakının ənənə üzrə ən yaxşı halda mürəkkəb münasibətləri biçimlənən Tehranla münasibətlərinin yaxşılaşmasına şərait yaradıb.

Gözlənilir ki, Tramp administrasiyası bölgədə praqmatik, mənfəətə söykənən siyasət aparacaq ki, bu da Azərbaycanın geniş neft və qaz ehtiyatları, dünyəvi dövlət nüfuzu, terrorizmlə mübarizə sahəsində müsbət xidməti siyahısı nəzər alınmaqla hakim elitanın bir hissəsini olduqca qane edir.

Maykl Xikari Çeçire

EurasiaNet (ABŞ), 23.12.2016



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}