Rusiyanın Azərbaycana qarşı düşmənçiliyi və susan Azərbaycanlılar

Rusiyanın Azərbaycana qarşı düşmənçiliyi və susan Azərbaycanlılar

 

Rusiya xarici işlər naziri Sergey Lavrov çox açıq mətinlə Azərbaycanın ərazi bütövlüyünü, onun beynəlxalq hüquqda əksini tapan, özünü müdafiə haqqını şübhə altına alması Moskvanın əsl simasının nədən ibarət olması haqqında məlumatı olanları yəqin ki, təəccbüləndirmədi. Bu sadəcə Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin xarici işlər naziri səviyəssində dilə gətirilməsi ilə diqqət çəkicidir. Buna kimi isəbiz dəfələrlə Rusiyanın siyasi, hərbi və ideoloji dairələrinin təmsilçilərinin Azərbaycana qarşı düşmən mövqeyinin şahidi olmuşuq.

Lavrovun Azərbaycana qarşı düşmənçiliyi kimin üçün təəccüblüdür? Məsələ hətta Lavrovun əsl soyadının Kələntərov, Tiflis ermənisinin oğlu olması, uşaqlığının Gürcüstan paytaxtındakı erməni məhəlləsində keçməsi ilə bağlı deyil. Məsələnin mahiyyəti hətta Lavrovun özünün 2005-ci ildə İrəvanda, Rusiya-erməni (Slavyan) Universitetinin tələbələri qarşısında çıxışı zamanı etiraf etdiyi kimi damarlarında ancaq erməni qanı axması ilə bağlı da deyil. Lavrovun damarlarında erməni qanıdeyil, istənilən millətin qanı axsa belə, Rusiya xarici işlər nazirininin mövqeyi həmişə anti-Azərbaycan mövqeli olacaq.

Bunun ən bariz nümunəsi damarlarında erməni qanı axmayan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın dəfələrlə Azərbaycanı hədələməsi də təsdiq edir. Rusiyalı general dəfələrlə Azərbaycanı təhdid edib, Lavrov kimi Azərbaycanın ərazi bütövlüyünü, onun beynəlxalq hüquqda əksini tapan özünü müdafiə haqqını şübhə altına alıb. Halbuki, rəsmi Moskva özünün maraqlarına toxunan istənilən məsələyə atom silahına əl atacağı hədəsi ilə cavab verir. Halbuki, Rusiyanın sərhədlərini pozmaq heç kimin ağlına belə gəlmir. Ancaq bununla belə Moskva tez-tez Rusiyanın maraqlarının qorunması üçün kütləvi qırğın silahına əl ata biləcəyini çox açıq şəkildə bəyan edib. Ancaq Rusiya rəsmiləri hesab edir ki, Moskvanın malik olduğu suveren hüquqlara Bakı malik deyil. Rusiya rəsmiləri,bütün postsovet respublikalarının paytaxtları belə suveren hüquqlara malik deyil. Ona görə də, Moskvanın hansısa rayonunun hansısa müstəqil olmayan məhkəməsi Ukraynadakı hakimiyyət dəyişikliyini dövlət çevrilişi elan etməkdən çəkinmir. Moskva Tbilisinin bütün Gürcüstan üzərindəki suveren hüquqlarını tanımayaraq bu ölkənin ərazi bütövlüyünü şübhə altına alır. Halbuki həm Gürcüstanın, həm də Azərbaycanın hərbi təcavüzə məruz qalmış ölkə kimi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ vardır. Ancaq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, peşəkar diplomat olan Lavrov özünü Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən xəbərsiz adam kimi aparır. Əvvələr SSRİ Xarici İşlər Nazirliyinin, Sovet İttifaqı dağıldıqdan sonra isə Rusiya Xarici İşlər Nazirliyinin nəzdində olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, 1972-ci ildən bu günə XİN-də işləyən peşəkar bir diplomat planetinin bir saylı təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən xəbərsiz ola bilməz. Lavrovun bu mövqeyi həm də Moskvanın beynəlxalq hüquqa hörmətsizliyinin bariz nümunəsidir. Dünyanın, xüsusilə də tərəqqipərvər dünyanın kütləvi qırğın silahı qarşısındakı qorxusundan sui-istifadə edən Moskva özünün nüvə arsenalına arxalanaraq beynəlxalq hüququ saymır.

Rusiya hələ Səfəvilər dövründən Azərbaycan dövlətçiliyini özünün Cənub istiqamətindəki imperiyaçılıq siyasətinə əsas maneə, təhlükə görür. Rusiyanın Xəzər dənizini özünün daxili gölünə çevirmək niyyətinin qarşısını da əvvəlcə Səfəvi Dövləti, sonra isə Əfşar Dövləti mane olub. Qarabağa ermənilərin köçürülməsi və bu regionda Azərbaycana qarşı yaradılan problem də Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı duyduqları qorxu və nifrət hissinin nəticəsidir. İndi yeni imperiya ab-havası ilə yaşayan Rusiya hakimiyyətinin "qırğı”larından biri olan Lavrovun Bakının Azərbaycanın işğal olunmuş ərazilərində anti-terror əməliyyatı keçirməsinə dözümsüz münasibəti bizim üçün təəccüblü olmamalıdır. Bizim üçün təəəccüblü və narahatedici məqam Azərbaycan cəmiyyətinin bir hissəsinin səssiz qalmasıdır. Danışmaq istəyənlər də Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov kimi qeyri-rəsmi şəxs kimi danışmağa üstünlük verirlər.

Əlbəttə, rəsmi Bakının təmsilçilərinin ehtiyyatlı mövqeyini müəyyən qədər anlamaq olar. Bu gün ABŞ və Çin kimi azsayda dövlət var ki, Rusiya təhlükəsindən narahat deyil. Avropanın güclü dövlətlərinin Rusiya qaşındakı qorxusunu nəzərə alanda, Azərbaycan hakimiyyətinin ehtiyatlı mövqeyini müəyyən qədər anlamaq olur. Ancaq, müəyyən qədər. Çünki, türk atalar sözündə deyildiyi kimi, qorxunun əcələ faydası yoxdur. Əksinə, ehtiyatlı siyasət beynəlxalq siyasətdə bəzən qorxaq mövqe kimi anlaşılır və bu mövqedə olanın əleyhinə işləyir. Rusiyanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasətinə düşdüyü gündən günümüzə kimi xalqımızın bundan daha ağır günləri olub. Ancaq hər dəfə xalqımız həmin çətinlikləri dəf edə, Rusiyanın işğalçılıq siyasətinin nəticələrini aradan qaldıra bilib. Bu dəfə də xalqımızın Rusiyanın işğalçılıq siyəsətinin nəticəsi olaraq meydana çıxan Qarabağ problemini həll edə biləcəyinə kimsə şübhə etməməlidir. Sadəcə bu gün Moskvanın qarşısında qorxudan və ya hansısa təmannaya görə Lavrovun və digərlərinin Azərbaycana qarşı düşmənçiliyi qarşısında susanlar bir gün tarix salnamələrinə millətinə xəyanat etmiş şəxslər kimi düşəcəklərini nəzərə almalıdırlar. Heç kim unutmasın ki, Rusiyanın təcəvüzkar siyasətinin sonuna çox az qalıb. Moskvanın təcəvüzkar siyasəti Putinin siyasi səhnədən getməsi ilə sona çatacaq. Kəskin sosial-iqtisadi problemlərlə üz-zə qalan Rusiyanın da mövcud sərhədləri çərçivəsində qala biləcəyi az ehtimal olunur. Ona görə də, Moskavadan bu dərəcədə qorxmağa və ya ona yarınmağa ehtiyac yoxdur.

Xəqani Cəfərli,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}