Türkiyə İsrail və İrana
çağırış etdi
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İlham Əliyev Moskvaya gedir
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
Dünən, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
''Bombardier''in azərbaycanlı partnyoru toyuq və inək saxlayır: milyonları kim qazanıb?
Hardan gəldiyi məlum olmayan "Trans-Siqnal-Rabitə” adlanan Azərbaycan şirkəti böyük bir sövdələşməni udur
İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti ”Bombardier Transportation” Azərbaycanda dövlətin balansında olan dəmir yolu şirkətində siqnal sisteminin quraşdırılması layihəsində 56.8 mln dollar paya sahib olur.
"OCCRP”nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları bu şirkətin sahibinin izinə düşəndə İranla həmsərhəd uzaq kənddə yaşayan kasıb bir elektriklə qarşılaşırlar.
44 yaşlı elektrik Elxan Əliyev Bakıdan 250 kilometr uzaqlıqda, İranla sərhədd kənddə sadə fermer həyatı yaşayır. Bu şəxs (Prezident İlham Əliyevlə heç bir bağlılığı yoxdur) kağız üzərində Kanada, İsveç, Rusiyanın tanınmış şirkətləri, eləcə də Azərbaycan hökuməti ilə güclü siyasi əlaqələri olan "Trans-Siqnal-Rabitə” MMC-nin sahibidir.
2013-cü ilin əvvəllərində heç bir yerdə adı olmayan "Trans-Siqnal-Rabitə” MMC "Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastrukturu nəhəngi "Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb. Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu.
Bu sövdələşməyə əsasən, "Trans-Siqnal-Rabitə”-nin payı 44 mln AZN (o zamankı məzənnə ilə 56.8 mln dollar) idi. Görüləcək işlərə qatarların yolboyu monitorinqinin aparılmasına şərait yaradan və nəqliyyat nəzarət mərkəzi ilə əlaqəni təmin edəcək fiber-optik kabellərin, siqnal ləvazimatlarının quraşdırılması daxil idi.
Əliyevin yaşadığı - suyu giriş qapısının çölündəki qaz sobasının üzərində qaynadılan, toyuqların qaqqıldadığı və həyətinin arxasında inəklərin ot yediyi - sadə kəndli evinə baxanda bu rəqəmlərə inanmaq çox çətindir.
Reportyorlar Əliyevin evinə baş çəkəndə anası qapını açır və üzr istəyərək deyir ki, oğlu kənddəki tibb məntəqəsində işdədir.
Əliyev bu şirkətin çoxmilyonluq dollar sövdələşmələri həyata keçirməyindən xəbərsizdir.
"Mənə yaxın olan bir adam məsləhət gördü ki, belə bir şirkəti açım”, o, "OCCRP” ilə qısa telefon danışığında dedi.
"Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm”.
Sövdələşmənin mənbəyi
"Trans-Siqnal-Rabitə” MMC-nin arxasında duran və gəlir əldə edərək varlanan real güc isə gizli saxlanılır. Amma "OCCRP” şirkət haqqında məlumatları nəzərdən keçirəndə məlum olub ki, şirkət "Azərbaycan Dəmir Yolları” QSC-dəki şəxslərlə sıx bağlıdır. Faktiki olaraq, şirkətin "Bombardier”in tenderinə daxil olması Azərbaycan rəsmilərinin təklifi əsasında təşkil olunmuşdu. Mümkündür ki, 340 mln dollarlıq tenderdə 56.8 mln dollarlıq pay "otkat” kimi həmin güclü şəxslərə ötürülüb.
2012-ci ilin dekabrında, nəhəng təklif açıqlanandan bir neçə ay öncə "Bombardier”in Moskva ofisinin baş direktorunun müavini və biznesin inkişaf etdirilməsi şöbəsinin rəhbəri Yevgeni Pavlov "Azərbaycan Dəmir Yolları” QSC-nin menecerləri ilə və qanunun tələblərinə qarşı olsa da, siqnal layihəsi üçün təklif olunacaq qiymətləri dəyərləndirəcək tender komissiyasının nümayəndələri ilə görüşmək üçün Bakıya səfər etmişdi.
Görünən o idi ki, danışıqlar yaxşı keçib. Pavlovun həmkarlarına göndərdiyi elektron məktubda da deyildiyi kimi, onlar "Bombardier Transportation” şirkətinin şərtlərinə əsaslanan tender sənədlərini hazırlamaq üçün razılıq alıblar. Başqa sözlə desək, tender elə təşkil olunacaqdı ki, "Bombardier”in qalibiyyəti təmin olunsun. O yazıb ki, "Bombardier”in Rusiyadakı komandası Azərbaycanın texniki sənədlərini öz qərarlarına uyğunlaşdıracaq. İzah edərək yazıb ki, Azərbaycanın tender tələbləri "Bombardier” tərəfindən yenidən yazılacaq. Bu isə açıq-aşkar qeyri-etik və qeyri-qanuni bir hərəkət idi.
"Bombardier”in daxili sənədlərində də qeyd olunur ki, "son 10 ildə keçmiş sovet ərazisində ən vacib sövdələşmələrdən birini udmağın” qiyməti olub.
Eyniməzmunlu görüşlərdə adı müəyyənləşdirilməyən azərbaycanlı rəsmilər təklif ediblər ki, "Bombardier”in bu layihənin sənədlərini yerli partnyor şirkətlə birlikdə təqdim etməyi mümkündür. Onların seçimi "Trans-Siqnal-Rabitə” MMC-dir, dediklərinə görə, bu məlumatın gizli saxlanılması şərt olub.
Bütün bunlara baxmayaraq, Pavlov qeydlər edib. ""Azərbaycan Dəmir Yolları” kimi tərəfdaşlar bütün bu fəaliyyətlərin gizli saxlanılmasını istəyirlər. Beləliklə də, biz bunu "Bombardier”in daxilində son dərəcə gizli saxlamalıyıq”,- deyə o yazıb.
Pavlov Azərbaycan hakimiyyəti ilə işbirliyinə girib və siqnal layihəsi üçün rüşvət verdiyinə görə iki həftə öncə Stokholmda saxlanılaraq həbs olunub. "Bombardier”in daha iki rəsmisi də polis tərəfindən sorğuya çəkilib.
"Onlar Azərbaycan şirkətlərini müştərək müəssisənin bir hissəsi kimi cəlb etməyə razılıq veriblər. Onlar müqaviləni udmaq üçün (mümkün etmək üçün) xarici işlər üzrə rəsmi şəxslə bir araya gəliblər ”, - İsveçin anti-korrupsiya işləri üzrə prokuroru deyib.
Faktiki olaraq "Azərbaycan Dəmir Yolları” "Bombardier Rusiya” tərəfindən redaktə olunmuş və "Bombardier”in texnologiyalarına uyğunlaşdırılmış tender sənədləri tədim edib. Bu, "Bombardier”in konfidensial saxlanılan daxili yazışmalarında da bildirilib. Bu, İsveç televiziyasının "Araşdırma missiyası” və İsveçin "TT” xəbər agentliyinin əldə etdiyi və OCCRP və Kanada Radiosu ilə paylaşdığı sənədlərdə də qeyd olunub.
Çatışmayan sənədlər
"Trans-Siqnal-Rabitə” MMC Azərbaycan rəsmilərinin ölkənin dəmiryol sistemində köklü təmir işlərinin planlaşdırıldığına dair rəsmi açıqlama verdiyi günlərdə, 2008-ci ilin aprelində dövrəyə daxil edilib. Qazanılacaq pul çox olub.
O vaxtdan bəri "Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankından irimiqyaslı dəmiryol infrastruktur layihələri üçün 2 mlrd dollar - 670 mln dollar həcmində iki dəfə kredit də daxil olmaqla - kredit götürüb. Azərbaycan hökuməti və dövlət neft şirkətin olan SOCAR-dan bu yöndə yüz milyonlarla dollar ayrılıb. Azərbaycan Türkiyəyədək uzanan Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstana düşən hissəsini maliyyələşdirdiyindən investisiyalar Gürcüstana da yönləndirilib.
"Bombardier”in təqdim etdiyi tender düzəlişlərində "Trans-Siqnal-Rabitə”güclü biznes şirkəti kimi təsvir olunur. Həmin sənədlərdə şirkətin Bakıda ofisinin, yüksək ixtisaslı işçi heyətinin, Azərbaycan və qonşu Gürcüstanda siqnal quraşdırmaq sahəsində təcrübəsinin olduğu deyilir.
Buna baxmayaraq, "Bombardier”lə sövdələşmədən əvvəl "Trans-Siqnal-Rabitə” MMC-nin adı hər hansı bir media orqanında çəkilməyib. "OCCRP”-nin reportyorları tenderlərlə bağlı məlumat bazasında "Trans-Siqnal-Rabitə” MMC-nin adına rast gəlməyib, nə şirkətin tarixi haqqında, nə də şirkətin rəsmi internet səhifəsi daxil olmaqla biznes fəaliyyəti haqqında məlumat tapılıb. Üstəlik şirkətin rəhbərliyi və nə zamansa onlayn iş elanı verdiyinə dair dəlil də yoxdur.
Jurnalistlərin şirkətin göstəricilərinə dair əldə etdiyi sənədlərə görə, "Trans-Siqnal-Rabitə” MMC biri Gürcüstanda olmaqla Azərbaycanda 15 müqaviləni icra edib.
Bu işlərin tarixi ilə bağlı suallar meydana çıxır. Bu müqavilələrin səkkizi yalnızca Bakıda 14 km məsafədə - Əzizbəyov dairəsindən beynəlxalq hava limanına qədər olan məsafədə görülən işlərlə bağlı olub. Layihənin beşi isə 2008-ci ili apreli ilə 2009-cu ilin dekabrı arasında tamamlanıb. Birində iş 2002-ci ildə, digərində isə 2007-ci ildə, hələ şirkət mövcud olmazdan əvvəl başlayıb.
"Trans-Siqnal-Rabitə”nin məlumatlarına görə, şirkətin gördüyü işlərin əksəriyyətini bir sifarişçi üçün - "AZVİRT” MMC üçün görüb, siyahıya "Azərbaycan Dəmir Yolları” və başqa beş sifarişçi də daxil olub.
"OCCRP” həmin şirkətlərin hamısını nəzərdən keçirib. Adətən şirkətlər mütəmadi olaraq rəsmi internet səhifələrində podratçı şirkətlərin adlarını və loqolarını yerləşdirirlər, amma həmin şirkətlərin "Trans Siqnal-Rabitə” MMC ilə işbirliyinə dair hər hansı məlumat tapılmayıb.
"Trans-Siqnal -Rabitə”dən bildirilib ki, şirkət Gürcüstanda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Marabda-Tsalka-Axalkalaki dəmiryolunun iki hissəsində siqnal sisteminin təmiri və bərpası işləri üzərində işləyib. "Trans-Siqnal-Rabitə” iki müxtəlif işəgötürən şirkətin adını verib – "Marabda-Qarsaxi Dəmir Yolu” MMC və"Azəryolservis”in Gürcüstan şöbəsi. Amma onların heç biri "Trans-Siqnal-Rabitə”ni podratçı kimi göstərməyib.
Əlavə müqavilələrdə 180 mln dollar
2013-cü ildə "Bombardier” "Trans-Siqnal-Rabitə”dən beş illik auditor bəyannaməsini tələb edib. Maliyyə hesabatları "Trans-Siqnal-Rabitə”nin uyğun yerli tərəfdaş olduğunun sübut edəcəkdi.
"Trans-Siqnal-Rabitə”nin "Bombardier”ə göndərdiyi sənəd əmlak, xərclər və gəlirlərə dair bir neçə sətirin qeyd olunduğu bir vərəq olur. "Trans-Siqnal-Rabitə” iddia edib ki, şirkət 2008-2012-ci illərdə 180 mln dollar gəlir əldə edib.
Bu sənədlər çox gec göndərilib. Şirkətin apardığı daxili yazışmalardan da görünür ki, "Bombardier” tərəf sənədləri vaxtında əldə etmədiyinə görə hiddətlənib. Sənədlərdən "Trans-Siqnal-Rabitə” ilə partnyorluğun işə yaramayacağına dair narahatlıq görmək mümkündür. "Bombardier” başqa bir şərik axtarmaq haqqında fikirləşib. Amma bunu heç vaxt etməyib.
"Trans-Siqnal-Rabitə”nin həqiqi maliyyə durumu aşkara çıxmaya bilərdi. 2016-cı il noyabrın 11-də Prezident Administrasiyasının rəsmi orqanı olan "Xalq” qəzeti elan dərc edir: "Trans-Siqnal -Rabitə” MMC-nin 2007-i ildən 2013-cü il daxil olmaqla bütün mühasibat sənədləri itdiyi üçün etibarsız sayılır. Sənədləri tapan şəxsi mükafat gözləyir”.
Mövcud olmayan şirkət
"Trans-Siqnal-Rabitə” şirkəti Gürcüstanda tanınmış "BLC” hüquq firmasının keçmiş ünvanında qeydiyyatdan keçirilib. Şirkəti qeydiyyatdan keçirən hüquqşünas Rusa Tckhuseli deyib ki, "BLC” qeydiyyatdan keçirdiyi bir çox müştərisinə məktub yazaraq hüquqi ünvanlarını hazırda fəaliyyət göstərdikləri ünvanlara keçirməyi xahiş edib, amma müştərilərin çoxu hüquq firmasının bu çağırışına məhəl qoymayıb.
"OCCRP”-nin reportyorları ofisi tapmaq və icraçı şəxslərlə görüşmək ümidilə Azərbaycanda "Trans-Siqnal -Rabitə”nin rəsmi qeydiyyatda olduğu Qaradağ rayonunda - Bakının Lökbatan qəsəbəsinin 28 May küçəsində olublar.
Onların həmin ünvanda köhnə, yamaqlı, peyk antenlərinin quraşdırıldığı və paltar qurutmaq üçün çoxlu iplərin bağlandığı binaya rast gəliblər. Orda 56.8 mln manatlıq bir sövdələşməni udan şirkətin ofisindən əsər-əlamət olmayıb.
"Trans-Siqnal-Rabitə”nin qeydiyyatda olduğu 15 nömrəli mənzilə gedən yeddi ədəd beton pilləkən təmirə ehtiyacı olan dar çoxlu sayda mənzillərin arasından keçirdi.
Doldurulmuş oyuqlar boyanmamış divarlarda izlər buraxmışdı və sakinlər koridorlarda kohnə kartonlar, hətta avtomobil şinləri yığmışdılar.
15 saylı qapının arxasında isə ofis yox, 14 il orda yaşayan bir qadın var idi. O bildirib ki, bəzən poçt işçisi ona "Trans-Siqnal-Rabitə” MMC-yə ünvanlanmış məktublar gətirirmiş, amma o, həmin məktubları almaqdan imtina edib. Onun şirkəti kimin idarə etdiyinə, hansı işlə məşğul olduğuna, ailəsinə necə bağlandığına dair hər hansı bir fikri yoxdur.
Mənzilin fotosunu İsveçin korrupsiya eksperti Luis Brauna göstərib "Trans-Siqnal -Rabitə” haqqında hansı qənaətə gəldiyini soruşanda o dedi:
"Mövcud olmayan bir şirkət. Şirkət mövcud deyil”.
Oxşar Xəbərlər
62 milyon üçün 56 milyon rüşvət iddiası…– YAXUD, İKİ ŞİRKƏT ARASINDAKI MÜQAVİLƏYƏ GÖRƏ AZƏRBAYCAN NİYƏ MƏSULİYYƏT DAŞIMALIDIR?
ABŞ-dan məmurlarla “Azercell” arasında korrupsiya sövdələşməsi ittihamı
“Azərbaycan Dəmir Yolları”ndan vətəndaşlara ÇAĞIRIŞ
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin idarə rəisi həbs edildi - Korrupsiya
Xəbər lenti
Türkiyə İsrail və İrana
çağırış etdi
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İranın Parisdəki konsulluğuna hücum edildi –
Təcili
İlham Əliyev Moskvaya gedir
Bankların kredit fırıldağı -
Müştərini belə aldadırlar
Məşhurlar televiziyaların paxırını açdılar:
“Yatağa girib irəli gedirlər”
22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı
Abel Məhərrəmov məhkəməyə verildi
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
Azərbaycanda ŞOK FIRILDAQ -
750 manata Rusiyadan alınan “prava” ASAN Xidmətdə DEŞİFRƏ OLDU
Azərbaycanda sayt rəhbəri saxlanıldı
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Makron inkar etdi:
Rusiyadan daha az qaz alırıq
Daha bir ölkədə güclü zəlzələ BAŞ VERDİ
Gecələr AC qalmağın inanılmaz faydaları
Canına qəsd edən qazinin atası:
“Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar
31 min müəllim üçün vacib xəbər -
İyunun 24-də...
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Pensiyaların ödənişi ilə bağlı rəsmi -
Açıqlama
SON DƏQİQƏ!
Türkiyədə GÜCLÜ zələzələ oldu
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
Ağaclar qanunsuz kəsildi: 13 minlik ziyan...
Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək
Şirvan su kanalının açılışı gələcəkdə təsərrüfatımıza müsbət təsir göstərəcək
İrandan İsrailə nüvə təhdidi
Ölkəmizdə baş tutan böyük layihələr bizim inkişaf yolumuzdur
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
"HƏR KƏS RUSLARIN BİR ÖMÜR QALACAĞINI DEYİRDİ..."
– Türk general sülhməramlıların gedişini şərh etdi
Ağaclar qanunsuz kəsildi: 13 minlik ziyan...
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Prezident İlham Əliyevin Hacıqabul rayonunda çıxışı
Torpağı əkib becərmədinsə onu qorumağa dəyməz
Şirvan kanalı bərəkət rəmzidir
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı
AÇIQLAMA
Nazirlikdən qan duruldan dərmanlarla bağlı
XƏBƏRDARLIQ
Prezidentdən Şuşa ilə bağlı
SƏRƏNCAM
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
PRİZMA
Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Gecələr AC qalmağın inanılmaz faydaları
{sape_links}{sape_article}