Rus ekspertdən hiddətli ritorika:“Çin Rusiyaya qarşı Polşa və Azərbaycanın müttəfiqi olacaqmı?” – Təhlil

Rus ekspertdən hiddətli ritorika:“Çin Rusiyaya qarşı Polşa və Azərbaycanın müttəfiqi olacaqmı?” – Təhlil

 

Varşavada Azərbaycan-Polşa sazişinin imzalanması

 

2017-ci il iyunun 22-də Bakıda Azərbaycan, Gürcüstan, İran, Polşa və Ukrayna dəmiryol qurumları başçılarının görüşü keçirilib. Tərəflər görüş zamanı yeni "Cənub-Qərb” marşrutunun üstünlük və inkişaf perspektivləri haqda danışıblar. Sözügedən toplantı faktiki olaraq bu yaxınlarda Tiflisdə keçirilmiş üçtərəfli görüşün (Gürcüstan, Azərbaycan, İran) davamıdır. Görüşdə "Cənub-Qərb” marşrutunun genişləndirilməsi haqda qərar qəbul edilib. Görüşdə qeyd olunduğu kimi: "dəmiryol dəhlizi iştirakçı ölkələrin nəql potensialının artırılması və Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqamətində daşımaların optimallaşdırılmasına şərait yaradacaq”.

İlham Əliyev iyunun 27-də isə Varşavada dəmiryol daşımalarının inkişafında Polşa və Azərbaycan arasında əməkdaşlıq haqda saziş imzalayıb. Azərbaycan bu qayda ilə Rusiyadan yan keçən Transxəzər beynəlxalq dəmiryol nəqliyyat dəhlizi ideyasının bərpasına növbəti dəfə cəhd göstərib. Xəzər dənizi, Qafqazdan keçərək Türkiyə və yaxud Ukraynadan Polşaya çıxan marşrutun yaradılması ideyası 2004-cü ildən həm Qafqazda, həm də Qərbdə siyasətçiləri rahat buraxmır. Bu dəhlizin üstünlükləri içində Qazaxıstan sərhədindən Polşanın Silez voyevodalığındakı Slavkuv şəhərinə qədər vahid Rusiya dəmiryolu cığırının varlığı və bu layihənin AB-nin Rusiyadan "tranzit asılılığından” qurtulmasına yardım edəcəyi qeyd olunur. Bu layihənin hələlik başqa üstünlükləri yoxdur.

Milli dəmiryolları yük tədarükünü ziyanla daşımasa, limanlarda bir neçə dəfə təkrar yükləməklə yükün bir neçə sərhəddən keçidi həmişə baha başa gələcək. Gürcüstan dəmiryollarının direktoru Mamuka Baxtadze də bu layihədə siyasi tərkibin iqtisadiyyat üzərində üstünlük təşkil etdiyini  dolayısı ilə təsdiqləyib. O, gürcü KİV-lərinə müsahibədə bildirib ki, "Cənub-Qərb” marşrutu üzrə yük daşıma zamanı Gürcüstan dəmiryolunun tarifi cüzidir. O, qeyd edib: "Hətta daxili daşımaların dəyəri daha bahadır”.

Transxəzər beynəlxalq dəmiryolu nəqliyyat marşrutunun daha bir problemi yük bazasıdır. Yəni bu dəmiryolu üzrə məhz nə daşınacaq? Adətən, yük bazası qaynağı kimi iki ölkə – Çin və Hindistanın adı çəkilir. Çin bu günə qədər siyasi bəyannamələrdən savayı bu layihəyə heç bir maraq büruzə verməyib. Çindən AB ölkələrinə əsas quru logistik marşrutu artıq kifayət qədər aydın şəkildə bəlirlənib və Qazaxıstandan tranzitlə Rusiya ərazisindən Belarusa keçir. Xəzər və Qara dənizlərdəki limanlarda dörd yükboşaltma məntəqəsindən istifadə etməklə yüklərin daşınmasını bahalaşdırmaq praqmatik çinlilərin nəyinə lazım? Qafqazdan keçən marşrutu doldurmaq üçün Çinin yükü yoxdur. Hindistandan Pakistan və İran ərazisindən daşınmalı yüklərə gəlincə, bu ideya hələlik az gerçəkləşəndir. Hindistandan Azərbaycana qədər vahid marşrut yoxdur, Hindistan və Pakistanda təkərlərin eni (1676 mm) İran (1435 mm) və Azərbaycandakından (1520 mm) fərqlidir.

Bundan başqa, Hindistandan əsas yük axını dənizlə gedir ki, bu da daha ucuz və asandır.

Bu layihənin bütün iqtisadi perspektivsizliyinə baxmayaraq, məhz Azərbaycan, Gürcüstan və Ukrayna onun əsas "lokomotivi” kimi çıxış edir. Məsələ burasındadır ki, bu layihə gerçəkləşəcəyi halda bütün ölkələr sadəcə tranzit ərazi olmayacaq, yükün işlənməsi zamanı əlavə dəyər yaratmaqla logistik qovşaq xidmətləri təklif edəcək. Azərbaycan, Gürcüstan və Ukraynanın bu layihənin, heç olmasa, necəsə işləməsi üçün "öz qonşularına təhlükə təşkil edən təcavüzkar Rusiya” mövzusunu fırlatması son dərəcə vacibdir. Və yəqin ki, bu, əslində, onların əldə etmək istədiyi yeganə nəticədir. Amma bu, biznes deyil. Anlamaq qalır: bütün bu tamaşanın pulunu kim ödəyəcək?

İqor Pavlovski

regnum.ru,


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}