Yaxın Şərqin rəqqasları:Tələbani və Bərzani

Yaxın Şərqin rəqqasları:Tələbani və Bərzani

 

Məsud Bərzani

Bu söz dilimizə Qərbdən gəlib. Bizdə "rəqqas” sözü "Yaxın Şərqin rəqqasları” adlandırılan, gah bu, gah da o biri tütəyə oynayan Tələbani və Bərzaniyə möhkəm yaraşır. Türkiyə Cümhuriyyətinin rəhbərliyi əvvəllər də bu şəxsləri "ölkə üçün təhlükə” sayıb. Məsud Bərzaninin atası molla Mustafa Bərzani 1950-ci illərdə hökumətin məxfi hesabatlarında "rusların yararlandığı kozır” kimi xatırlanır.

Mustafa Bərzani

 

Mustafa Bərzani kimdir?

 

1903-cü ildə Bərzan kəndində doğulub. Sovet İttifaqının dəstəyi və rəhbərliyi ilə İranda kürd Mehabad respublikasının yaradılmasına qatılıb.1946-cı il yanvarın 22-də yaradılmış bu qurum cəmi 11 ay var olub. İran onu məhv edəndə isə ata Bərzani əlaltıları ilə qaçıb və Sovet İttifaqında gizlənib.

O, 1961-ci ildə yenidən üsyan qaldırıb, amma uğura nail olmayıb. SSRİ ilə rəqsdən sonra Amerikanın tütəyinə köklənməyə çalışıb və 1975-ci ildə ABŞ-a qaçıb. 1979-cu ildə ABŞ-da vəfat edib.

Mustafa Bərzani əvvəlcə yolunu ruslara və Stalinə bağlayıb, kommunist ideyalarını müdafiə edib. SSRİ dəstəyi kəsilərkən onun qatı düşməni ABŞ-ın qucağında görünüb. Kommunist macəraları bitdikdən sonra Bərzani kapitalist Amerikasında həyatdan gedib.

Mustafa Bərzaninin oğlu Məsud Bərzani oxşar yolla gedib. Ona kimlə lazımdırsa, onunla da rəqs edib. Həm də Rusiya ilə Amerika arasında bacarıqla dolab gəlib. Həyatını xilas etmək cəhdilə Səddam Hüseyndən qaçarkən hətta bir arada Türkiyənin qapısını döyüb.

Bu gün isə İsrailin ağuşundadır.

İsrail – bambılı dövlət və bölgəmizdə böyük iztirabların memarı onu açıqca dəstəkləyir. İsrail keçmiş münasibət və təcrübəsindən çıxış etməklə hesab edir ki, 25 sentyabr referendumunun yekunları üzrə Şimali İraqda qurulması planlaşdırılan kürd dövləti ona çox gözəl müttəfiq olacaq.

Türkiyə, İran, İraq və Suriya kimi bölgə dövlətləri keçirilməsi planlaşdırılan referenduma qarşıdır. BMT xəbərdarlıq edir: "Keçirməyin”. İsrail isə Bərzanini müdafiə edir.

Cəlal Tələbani

 

Hətta təkcə bu mövqe açıq göstəriri ki, Türkiyənin lap yanında hansı qurumu yaratmaq istəyirlər! Hər şeyi Amerika planlaşdırıb. İraqa qoşun yeridərkən şərait yaradıb. İsrail bu şəraiti bəyənir. Kürəsəl güclər əvvəlkitək bölgədə kürd ünsürlərdən yararlanmağı davam etdirir.

 

Tarix təkrarlanarsa…

 

Onlar həmişə xaç çevirib arxa döndərə bilərlər. Qərbin naturası bu cürdür. Fransızlar da bir zamanlar ermənilərdən həmişə istifadə edib, sonra isə onları əliboş qoyaraq gediblər. Bunlar mənim sözlərim deyil: erməni mənşəli Osmanlı paşası Poqos Nubar məşhur məktubunda bu haqda açıq yazır. O, fransızların Anadoludan gedişini bu sözlərlə təsvir edir: "Siz bizi atdınız və qaçıb gizləndiniz”.

O vaxt ermənilərə müstəqil dövlət vəd etmişdilər. İndi kürdlərlə beləcə qəddar bir zarafat etməyə səy göstərirlər. Hətta Şimali İraqda baş tutmuş fakt durumunu zorkla qəbul etdirmək cəhdi göstərilir, bununla yanaşı mülki əhalinin zorla köçürülməsi kimi insan haqlarının pozulması yer alır, etnik təmizləmə aparılır. Bu oyunu Lozannada və 1926-cı ildə Ankarada imzalanmlış müqavilədə türkman bölgəsi kimi qəbul edilmiş Kərkükü, həmçinin ona bitişik bölgələri layihəyə daxil etməklə başa çatdırmaq istəyirlər.

Bundan başqa, bölgədə yaşayan kürdlərin də bir hissəsi ərəblər və türkmanlarla yanaşı referenduma qarşı çıxış edirlər. Hər şeydən əlavə, Bərzaninin atmağa hazırlaşdığı bu addımın hüquqi infrastrukturu yoxdur. Bir sözlə, ciddi hüquq pozuntuları göz qabağındadır.

Türkiyə bu cür baş tutmuş faktı tanımamağa qətiyyətlə köklənib. Buna görə də sentyabrın 22-də toplanacaq Milli Təhlükəsizlik Şurasında mühüm qərarlar qəbul ediləcək.

Baş nazirinin birinci müavini Bəkir Bozdağ ötən gün bu qətiyyəti növbəti dəfə sərgiləyib. Bozdağ bizim də qatıldığımız mədəniyyət, turizm və demokratiya üzrə Beynəlxalq konqresdə Türkiyənin nə dərəcədə ciddi kökləndiyini bildirib. Çox önəmlidir ki, bizim niyyətlərimizin qətiyyət və ciddiliyini məhz Bəkir Bozdağ ifadə edir. Çünki prezident Ərdoğan bu adam haqda deyib: "Baxmayın ki, o, yozqatlıdır, cənab Bəkir kürddür”.

Bozdağ hərfən sıradakını deyib: "Bərzani odla oynayır. Bu od kürdləri də, onun özünü də yandıracaq. Onun bu qərardan imtina etməyi lazımdır. Özgə yol yoxdur”.

Türkiyə daha nə deməlidir? Bu xəbərdarlıqdan daha aydını nə ola bilər?

Emin Pazarcı



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}