Riyadın Rusiya həmləsi köhnə ittifaqları pozacaqmı? –Kralın səfəri Pentaqonu hərəkətə gətirib - Təhlil

Riyadın Rusiya həmləsi köhnə ittifaqları pozacaqmı? –Kralın səfəri Pentaqonu hərəkətə gətirib - Təhlil

 

Salman əl-Dosari

"Asharq Al-Awsat” (Böyük Britaniya)

 

Moskvanın Səudiyyə Ərəbistanına ən qabaqcıl "S-400” hava müdafiə sisteminin satılması ilə barədə bəyanatından bir neçə saat sonra Vaşinqton bildirib ki, Amerika modern THAAD raket müdafiə sistemini krallığa satmağa razıdır. Bu, Riyadın öz hərbi sistemlərinə əlavə etmək üçün dünyanın ən qabaqcıl iki hava müdafiə sistemini əldə etməsi deməkdir.

Hərbi razılaşmalardan daha vacib olan Səudiyyə hökumətinin Şərqdə və Qərbdə iki rəqiblə siyasi anlaşa bilməsidir. Səudiyyə Ərəbistanı bir-birinə şübhə ilə baxan iki rəqiblə ittifaq həddinə çata biləcək unikal qabiliyyətə malikdir.

Təbii ki, nə Vaşinqton, nə də Moskva heç bir tərəfdaşının rəqibi ilə əməkdaşlıq etməsini xoş qarşılamır. Türkiyə və Səudiyyə Ərəbistanı kimi bir çox tərfdaş ölkələrin Rusiyadan avadanlıq alması Pentaqonu narahat edir. Amma bu, siyasi, iqtisadi və ticari düşüncələr əsasında edilir.

Səudiyyə Ərəbistanı kimi dərin siyasi mirasa malik və balanslı diplomatiyası olan ölkə öz maraqlarında bir-birinə zidd olan rəqib ölkələrin maraqlarına zərər vermədən sövdələşə bilir. THAAD-a dair razılaşmanın imzalanması ABŞ tərəfindən dilə gətirilən siyasi mesajı kimi şərh edilə bilər, amma bu, Moskva ilə tərəfdaşlığın əleyhdarlığı deyil. Hərgah könülsüz olması şəksizdir.

Riyad çox gözəl başa düşür ki, Moskva ilə əlaqələrini möhkəmləndirmək onun tarixi müttəfiqindən – ABŞ-dan imtina etməsini nəzərdə tutmur. Riyad-Vaşinqton əlaqələri strateji cəhətdən daha dərin və daha vacibdir. Rusiya ilə əlaqələri yaxşılaşdırmaq – krallığın milli maraqları ənənəvi dar ittifaqlardan uzaqlaşması deməkdir. Bu ittifaqlar – Riyadın gələcəkdə variantları və keçmişdəki rolunu genişləndirmək baxımından – ömrünü başa vurub.

Rəsmi Riyadın hərəkətləri beynəlxalq səhnədə böyük dəyişikliklərə şahid olduğumuz bir vaxtda baş verir: ABŞ-ın ən böyük ənənəvi avropalı müttəfiqləri Moskva ilə əlaqələrini inkişaf etdirmək istəyir. Bu, Şərqə üz tutmanın tabu olduğu dövrdən fərqlənir. Şərqə hazırkı üz tutmaya baxmayaraq, avropalı güclər Vaşinqtonla güclü ittifaqlarını qoruyub saxlayır. Ukrayna münaqişəsi və İran, Suriya, İraq, Liviya ilə bağlı regional problemlər kimi müxtəlif mübahisəli böhranlarda fərqlər nəzərə alınmadan.

Kral Salman bin Əbdüləzizin Moskvaya səfəri Səudiyyə və Rusiyadakı görüşlər üçün geniş qapıları açıb. Heç kəs Riyadın maraqlarını, tərəfdaşlıqlarını və investisiyalarını artırmaq üçün nüfuzlu dünya gücləri ilə təmas qurmasına mane ola bilməz. Bu, öz növbəsində, ona əlavə dəstək və təhlükəsizliyinə, sabitliyinə xidmət edən mövcud ittifaqları və tarazlıqları qorumağa imkanı verir. Bu, Riyadın son yeddi il ərzində bir çox digər ölkələrin uğur qazandığı şəkildə əldə edə biləcəyi tənlikdir.

Səudiyyə Ərəbistanının Şərqə və ya Qərbə üz tutması, Vaşinqtonla strateji ittifaqını möhkəmləndirməsi və ya Moskva ilə yeni üfüqlər açmasından asılı olmayaraq, Riyad onların maraqlarına zərər vermədən böyük oyunçuların arasında öz mövqeyini gücləndirməyə davam etmək üçün siyasi və iqtisadi vasitələrə malikdir.



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar