Aİ Azərbaycandakı növbədənkənar prezident seçkiləri haqda

 

"Seçkilər hər bir ölkə üçün mühüm prosesdir. Azərbaycanda baş tutacaq seçkilərin açıq və demokratik keçəcəyinə ümid edirik".

Virtualaz.org-un məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestudis Yankauskas aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini şərh edərkən deyib.

Diplomat xatırladıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası olub: "Azərbaycanı nazir Elmar Məmmədyarov təmsil etdi. Seçkilər müzakirə mövzularından biri idi. Xanım Mogerini bildirdi ki, biz ilk növbədə seçkilərin açıq və demokratik keçiriləcəyinə ümid edirik. Azərbaycan dəvət göndərib. Avropa İttifaqı hər zaman ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təcrübəsinə əsaslanır. Bilirəm ki, onlara da dəvət göndərilib. Hazırda bu məsələyə baxılır".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}