Lidersiz qalmış Qərb dövlətləri:sağlam düşüncə və əsil dövlət xadimləri çatışmır – Təhlil

Lidersiz qalmış Qərb dövlətləri:sağlam düşüncə və əsil dövlət xadimləri çatışmır – Təhlil

 

Lamber Kristian

Les4vérités (Fransa), 28.03.2018

 

Vladimir Putini yenidən Rusiya prezidenti seçiblər. O, yüksək iştiraka nail olub və səslərin hətta Kremldə də təəccüb doğuran 76%-lik rekord göstəricisini əldə edib. "Rusiyaya yenə də sayğı göstərirlər, – rusiyalılar deyirlər. – O, dünya dövləti mövqeyini özünə qaytarıb. Allaha şükür, ölkəmiz avtoritet yoxluğu, iğtişaşlar və mühacir axınıyla üzləşmiş çağdaş Fransaya oxşamır”.

Putinin qələbəsi bundan ibarətdir. Necə olsa da, onun qələbəsi məğlubiyyətinin kölgəsində gizlənir. Keçmiş KQB polkovniki Britaniyanın Solsberi şəhərində mübadilə olunmuş keçmiş casusu aradan qaldırmağa cəhd edərək bununla da hakimiyyətin xoşuna getməyən bütün şəxslərin ləğvində Stalinin tam ən köhnə ənənələrini davam etdirib. Burada anlamaq lazımdır ki, böyük dövlətlərin hamısının xüsusi xidmətləri gərəkəndə eynilə bu şəkildə hərəkət edir və Fransa da qaydadan istisna deyil. Hər necə olsa da, başlıcası bu deyil. Problem bundadır ki, ilişməyəsən. Putin  isə ilişib. KQB (indi FTX) agentləri sakitcə, cəld görməli olduqları işi düzgün edə bilməyiblər. Və bu bütün baxımlardan təəssüfə layiqdir.

Böyük Britaniya Qərb dövlətlərinin dsətəyi ilə səs-küylü etiraz təşkil edib. Hamımız isə yenidən soyuq savaşın ortasına düşmüşük. Bu özlüyündə o qədər də qorxulu deyil. Bu, çoxlarının fərəhlə uzanmağa hazır olduğu çox böyük bir axurdur. Həm sinəsinə medallar asılı generallarıyla Rusiya ordusu, həm də Qərb HSK-nin buraxdığı böyük həcmdə silahlarıyla NATO soyuq savaşa çox gözəl uyğunlaşıb. Donald Tramp bu günlərdə bildirib: "Qızğın silahlanma nəzarətdən çıxır”.

Problem bundadır ki, bu qarşıdurma böyük risklərlə dolu çox güclü gərginlik atmosferi formalaşdırır. Onsuz da əsil müharibə aparılan son dərəcə həssas zonaları məhz bu bürüyür – Ukrayna olsun, ya da Yaxın Şərq.

Təkcə Rusiya günahkar deyil. Etiraf etmək lazımdır ki, NATO çox vaxt özünü fitnəkar aparır, bütün Qərbdə isə bəzən sağlam düşüncə çatışmır. Ukraynanı – korrupsiyalaşmış hökumətilə inkişafdan qalan ölkəni Avropa Birliyinə birləşdirməkdə maraq nədir? Nədir, Rumıniya, Bolqarıstan, Baltikyanı və Yunanıstan bizə azlıq edir? Ya da şeytan daha nə oyundan çıxmır – sabah dərhal maliyyə yardımı xahiş edəcək və cüzi aylıq maaşla deputatları Strasburqa göndərməyə hazır olduqlarını bildirəcək Belarus, Moldova və Monqolustan?

Heç kimə sirr deyil ki, genişlənməyə bu anormal canavar aclığı AB-nin disfunksiyasının əsas səbəblərindən biridir. Məgər qurucu altı, ən çoxu səkkiz – daha heç cür 27 dövlətdə deyil – üzv dövlətdə dayanmaq daha ağıllı, daha asan və effektli olmazdımı?

Biz Qərbin Yaxın Şərqdəki məsuliyyətini, yəni totalitar və hələ də VII əsrdə qalmış dinin yönəltdiyi xalqlar arasında bahar və demokratiya yaymaq üzrə müharibələri də başa düşürük. Bu gün bu strateji səhvlərin nəticələri haqda nəticə çıxarmaq üçün hər şeyimiz var: dinc əhali arasında yüz minlərlə qurban, dağıdılmış şəhərlər və rusların, amerikalıların, israillilərin, fransızların, ingilislərin, türklərin, kürdlərin, suriyalıların, müsəlmanların, xristianların, yezidilərin düşdükləri çəlpəşikdən baş açmaq üçün qeyri-adi mütəxəssis olmaq gərəkdiyi hərc-mərclik …

NATO üzvü  Türkiyə bu daim dəyişən hərc-mərclikdə bundan sonra alyansın başqa ölkələrinə nisbətdə düşmən mövqeyi tutur və Putinin müttəfiqinə çevrilir. Söz düşmüşkən, o, Qərbin utanmazcasına tək qoyduğu şərq xristianlarına köməyə gəlmiş yeganə dövlət başçısı olub. Özünüz görürsünüz ki, belə bir siyasət, sadəcə, biabırçılıqdır.

Bu gün dolaşıq düşən dünya məsələlərində Qərbdə liderliyin olmaması özəl təşviş doğurur. Qərbin ümumən hamının qəbul etdiyi səriştəsi, nüfuzu və müdrikliyi ilə seçilən lideri kim ola bilər? Bu cür kimsə yoxdur. Qərbə burnunun ucundan o yanı görməyən, öz gücsüzlüyünü sərgiləyən və ya hətta qarşıda duran məsələləri anlamayan, yeganə məqsədi özünün bir də  seçilməsini təmin etmək olan siyasətbazlar başçılıq edir (həm də pis).

Onlara qarşı təkcə Putin deyil, həm də sağ əli Van Sişanın da güclü şəxsiyyət olduğu yeni Çin imperatoru Si Szinpin durur. Şimali Koreya lideri Kim Çen In da göstərdi ki, hərəkət etmək və uğura nail olmağı bacarır. Demək olar, iki milyard nəfər əhalisi və nüvə silahı olan dövlətlərin bütün bu yekunu nə zamansa müstəmləkəçi Qərbə özəl meyl duymayan üçüncü dünya ölkələrinin bir qisminin rəğbətini qazanıb. Mən birinci növbədə islamçı Pakistanı nəzərdə tuturam və yeri gəlmişkən, onun da nüvə silahı var.

Bütün bunlar üçüncü dünya savaşına, yəni ağlasığmaz itki və dağıntılara (bu, II dünya savaşının ziyanlarını on dəfələrlə geridə qoyacaq) apara biləcək nəhs eskalasiya haqda əndişə doğurur.

2007-nin 5 sentyabrında İsrailin Suriya reaktorunu necə bombaladığını yada salaq. İran atom bombası yaratmağa əməlli-başlı yaxınlaşdığına əmin olsa, israillilər ona zərbə endirməyə tam hazır olduqlarını bildiriblər. İsrail xarici işlər naziri bildirib: "İsrail onun varlığını hədələyən ölkənin nüvə silahı əldə etməyinə imkan verməyəcək”.

İsrail İranı bombalamağa başlasa, Putin nə edəcək? Onun soyuq və ehtiyatlı ağlı var. İdeologiyanı fanatcasına təqib ona yaddır, amma ona Rusiyanın hədə-qorxu kompleksi xasdır: "Münaqişə mənə qaçılmaz görünsə, birinci zərbəni mən endirəcəyəm”.

Realizm, müdriklik, dünya müharibələrinin cinayətkar səhvləri barədə xatirələr – bütün bunlar Qərb rəhbərlərini buna təhrik etməlidir ki, siyasətbazlığı və seçkiqabağı fikircikləri atıb özlərini dövlət xadimi kimi aparmağa başlasınlar. Biz istəsək də, istəməsək də, gerçəkçilik, səbir və uzaqgörənliyə söykənib Rusiya ilə danışmaq lazımdır. İndiki münaqişələri yalnız dialoq vasitəsilə tənzimləmək olar. Barış əldə etmək üzrə hamılıqca səy – şübhəsiz, bu gün dünya rəhbərliyinin qarşısında duran ən önəmli məsələlərdən biridir.  

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}