Pompeonun təyinatı Türkiyəyə nə vəd edir? –Ankara Tillersona rəhmət oxuyacaq - TƏHLİL

Pompeonun təyinatı Türkiyəyə nə vəd edir? –Ankara Tillersona rəhmət oxuyacaq - TƏHLİL

 

Gönül Tol

"The National Interest”

 

Türkiyə və ABŞ arasındakı gərginlik, görünür, sabiq dövlət katibi Reks Tillersonun fevral ayında Türkiyəyə səfəri sonrası azalmışdı. İki ölkə bir sıra məsələlərə görə, xüsusilə Türkiyənin terrorçu kimi gördüyü Suriyadakı kürd YPG milisinə ABŞ dəstəyi ucbatından çəkişirdi. Amma Türkiyənin Şimal-Qərbi Suriyada Afrin kürd anklavına hərbi müdaxilə etməsindən sonra gərginlik yeni zirvələrə çatdı.

ABŞ Türkiyənin əməliyyatının İŞİD-lə mübarizəni təhlükəyə atdığından narahatlıq duyduğunu dilə gətirdi. Amma Türkiyəyə qarşı Afrindəki kürd qüvvələrinə kömək etmədi.

Türkiyə dəfələrlə xəbərdarlıq etmişdi ki, iki min ABŞ hərbi qulluqçusunun olduğu, Afrinin şərqindəki Mənbic şəhərinə də həmlə edəcək. Ankara Vaşinqtonu şəhərdən geri çəkməyə çağırıb. Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, ABŞ Mərkəzi Komandanlığının baş katibi Cozef Votel rəhbərlik etdiyi qüvvələrin geri çəkməyi planlaşdırmadığını söyləyib.

Beləliklə, iki NATO-lu müttəfiq arasında birbaşa qarşıdurmanın gözlənilməz perspektivi həyəcanlandıran gerçəklik olub.

Tillersonun Ankaraya səfəri gərginliyi zəiflətmişdi. Görüşdən sonra Tillerson və türk vəzifədaşı "əlaqələri normallaşdırmaq üçün anlayışa çatdıqlarını" və mühüm məsələləri həll etmək üçün bir mexanizm qurduqlarını açıqlamışdı.

Amma Tillersonun işdən çıxarılması Türkiyə ilə böhranı həll etməni çətinləşdirə bilər. Sabiq ABŞ dövlət katibi gərginliyi azaltmağa səy göstərirdi və Türkiyə ilə qarşı-qarşıya qalmağı dəstəkləmirdi.

Digər tərəfdən, dövlət başçısı Donald Trampın yeni dövlət katibi Mayk Pompeonun xarici siyasətə sərt yanaşması var və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük pərəstişkarı deyil.

2016-cı ildə Türkiyədə uğursuz çevrilişdən sonra gündəmə gələn bir "tweet”də Pompeo Ərdoğanın Türkiyəsini totalitar islamçı diktatorluq adlandırıb.

Ankara hərbi keçmişi olan Pompeonun tövsiyəsi ilə Pentaqonun YPG-ylə daha sıx birləşmə siyasətini dəstəkləyə biləcəyindən narahatdır. Suriya və İraqdakı koalisiya əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı YPG ilə çox yaxından işləyir, amma ən təsirli mübarizə qüvvəsi olduğunu düşündüyü bir qrupla ciddi əlaqələr istəmir.

Pompeo ABŞ-ın Suriyada daha iddialı bir rol oynamasını istəyir. Bu məqsədə nail olmaq üçün o, YPG ilə sıx əməkdaşlıq etmək üçün CENTCOM-un məsləhətini qəbul etsə, Türkiyə-ABŞ əlaqələr kəskin qalacaq.

Pompeonun İran sərtə baxışı Ankara-Vaşinqton əlaqələrində başqa bir çətinlik ola bilər. Pompeo 2015-ci ilin nüvə razılaşmasının fəlakət sayan Trampla razılaşır. Anlaşma imzalanandan sonra da Pompeo avropalı liderləri İrana investisiya qoymaqdan çəkindirib.

Digər tərəfdən, Türkiyə müqavilənin əsas benefisiarlarından birinə çevrilib. Türkiyə və İran yaxın ticarət tərəfdaşlarıdır. Türk səlahiyyətliləri dəfələrlə İranın nüvə proqramının sülh naminə istifadəsini təqdir edib və birtərəfli sanksiyalara qarşı çıxıblar.

Manhattandakı məhkəmədə türk bankirinin İrana qarşı ABŞ sanksiyalarından yayınmağa, milyard dollarlıq bir sxemdə iştiraka görə məhkum olunması fikir ayrılıqlarını bir daha vurğulayıb.

ABŞ-ın İran əleyhinə sanksiyaların müddətini uzatması qərarı Türkiyəni çətin vəziyyətə qoyacaq və Türkiyə-ABŞ əlaqələrini daha da çətinləşdirəcək.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}