Övladları qarşısında bıcaqlanan ata. Qatil hələ də azadlıqda - Müsahibə, təhlil (FOTO)

Övladları qarşısında bıcaqlanan ata. Qatil hələ də azadlıqda - Müsahibə, təhlil (FOTO)

 

Cəmiyyətimizdə ailə-məişət zəmnində münaqişə, cinayət kimi hallar periodik olaraq baş verir. Nədənsə yuxarıda qeyd etdiyim münaqişə zəmnində əzilən tərəf qadın olanda dərhal bir çox iştimai televiziya kanalları, sosial şəbələr bu barədə olan məsələləri şişirdərərk, bar-bar bağırırlar ki, Azərbaycanda qadına qarşı zorakılıq hökm sürür, qadın hüquqlarının tapdalanır, qadına "ikinci sort” kimi baxılır və s. kimi yalan təşviqat, təbliğatlarla xalqın beynini yuyurlar. Təbii ki, bunların arxasında Azərbaycan xalqının ailə institutunu məhv etmək istəyən bəzi qüvvələr durur. Amma bu məsələnin ən maraqlı tərəfi də odur ki, əzilən kişi olanda heç kim səsini çıxarmır. Hətta səsini çıxaranları da yalan danışmaqda ittiham edirlər.Bu gün götürəcəyim müsahibə ailəsi ola-ola ərinə dəfələrlə xəyanət edən, uşaqlarını əyləncəyə satan, nəhayət övladlarının gözü qarşısnda ərini ölümcül yaralayaraq, həyatına son qoyan cani "qadın” haqqında söhbət açacağıq.Müsahibəni qətlə yeririlmiş mərhum Namiq Məmmədovun valideynləri və yetim qalmış uşaqlarından götürürəm.

Məhyəddin bəy zəhmət olmasa özünüz və ailəniz haqqında qısa məlumat verərdiniz.

Mən Məmmədov Məhyəddin Hüsü oğlu 1955-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dəmiryolçu ailəsində dünyaya gəlmişəm. 1974-cü ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışam. Xidmətimdən sonra Sumqayıt şəhərində məskunlaşaraq, ali təhsil almışam. 22 il vergi sistemində çalışmışam, hal-hazırda təqayüdçüyəm. Ailəliyəm, 3 övladım var idi, indi 2-dir. Övladımın birini, yəni oğlumu gəlinim olmuş cani Xatirə qətlə yetirib. Sumqayıt Məhkəməsi ilə hüquq mühavizə orqanlarıda o qatilə qarşı 2 ilə yaxındıkı  layiqli hökm çıxarmayaraq, hər vasitə ilə onu qoruyurlar.

Allah rəhmət etsin! Öldürülən oğlunuz haqqında qısa məlumat verərdiz.

Allah sizinkilərə rəhmət eləsin! Oğlum Namiq ailənin son beşiyi idi. 1983-cü ildə Sumqayıtda anadan olmuş, adı çəkilən şəhərin universitetində dövlət hesabına ali təhsil alıb. Lakin ixtisasına uyğun iş tapa bilmədiyindən plastik qapı-pəncərə ustası kimi çalışırdı. Heç kimə dəyib dolaşan, pislik etməzdi, başını aşağı salıb işiylə məşğul olardı. Ailə qurandan sonrada belə davam elədi.

Oğlunuz hər hansı şirkətdə çalışırdı yoxsa sərbəst olaraq sifarişlər alırdı?

Sərbəst usta kimi çalışırdı

Bəs gələcək həyat yoldaşı və sonrakı qatili Xatirə ilə oğlunuzun izdivacı necə başladı?

Özü tapıb sevmişdi. Mən bir ata olaraq onun bu seçiminə qarşı olmuşam. Hətta 3-4 ay mən ata olaraq elçi getməkdən imtina etmiş, Namiqi də fikrindən daşındırmağa çalışmışam. Sonda həyat yoldaşım Zemfira xanım məni bu mövqeyimdən çəkindirdi ki, uşaqdı könül verib, gəl ürəyini qırmayaq. Bundan sonra razılıq verdim.

Etirazının üçün əsas səbəb nə idi?

Bilirsiz tanımadığımız bir ailə idi. Necə biriləri olduqlarını, haralı olduqlarını bilmirdik. Yalnız oğlum anasına demişdi ki, ağdamlıdılar. Bildiyimiz bircə bu idi.

Amma bu izdivac ailə həyatı qurulması ilə nəticələndi. Neçə il onlar ailəli oldular və o müddət ərzində ailədaxili mübahisə, münaqişə, şiddət kimi hallar mütəmadi olaraq baş verirdimi?

9 ilə yaxın ailəli oldular. Oğlumun imkanı yaxşı olan vaxtlarında heç bir problem olmayıb, əksinə ailəcanlılıq, mehribanlıq müşahidə olunub. Elə ki, oğlumun işi zəifləməyə doğru getdi, Xatirə qızışmağa başladı.

Rəhmətlik oğlunuz, əyyaşlıq, qumarbazlıq kimi əyləncələri var idimi? Yadux sağa-sola gedən idimi?

Qətiyyən! Oğlum çox ailəsinə bağlı bir insan idi. Uşaqları olduqdan sonra daha da ailəsinə baqlandı. Uşaqlarını çox sevirdi. Nuray adında qızı, Elnur adında oğlu var idi.

Namiqgil sizinlə birgə yaşayırdılar?

Xeyr, onlar üçün ayrıca ev almışdım və ora köçürmüşdüm. Sonralar Xatirənin israrı ilə kirayəyə köçdülər.

Oğlunuzun ailəsinə həm siz, həm də qarşı dərəfdən müdaxilə olunurdumu?

Xeyr! Hər iki tərəf onlara heç vaxt müdaxilə etməyib.

Bəs oğlunuzun plastik qapı-qəncərə ustası kimi qazancı yaxşı vaxtlarında nə qədər idi? Sonralar azalaraq nə qədər oldu ki, bu Xatirənin etirazına və dəyişməsinə səbəb oldu?

Konkret məbləq deyə bilməyəcəm, amma kifayət qədər yaxşı idi. Bu şəhərdə bir çox ev, binaların qapı-pəncərələrini o düzəldib. Hətta 12 mərtəbəli binanın 5 podyezini 2 köməkçisi ilə birgə özləri düzəldərək təhvil veriblər.

Deməli gəliri yetərincə yaxşı idi?

Bəli

Bəs Xatirə özüdə haradasa çalışırdımı?

Bəli. Gözəllik salonunda qadın bərbəri işləyirdi.

Oğlunuz Namiqin işlərinin böhranlı vəziyyət alması nəticəsində başlayan münaqişələrin qarşısını almaq üçün siz hər hansı addımlar atdınızmı?

Həddindən çox atdım. Özüdə tək mən yox, həyat yoldaşım, o caninin qardaşı Pərviz də onları mehribanlaşdırmaq, xüsusən də Xatirəni sakitləşdirmək üçün çox çalışdıq.

Oğlunuz yaxşı pul qazandığı vaxt ola bilərmi ki, Xatirəyə nələrsə vədd edib? Məsələn ev, maşın, daha zəngin həyat, xarici ölkələrə səyahət edərək istirahət və s.

Bilirsiz o canin gözü doymurdu. O, oğlumu bir gün belə maşınsız görmək istəmirdi. Ona görə də Namiqə maşın aldırdı, əvvəlcə "Lada 06”, sonra "BMV. Hər yerə maşınla gedib-gəlməkdən zövq alırdı. Oğlumuda daim bu istəkləriylə bezdirərək, işindən yayındırırdı.

Belə anladım ki, Xatirə dəbdəbəli, zəngin həyat arzulayırdı?

Bəli. Əslində isə nəslində demək olar ki, hamı çox imkansız idi.

Hadisələrin daha da periodik hal alaraq, şiddətlənməsi ər-arvad arasında xəyanət və bu kimi sapmalara yol açdımı?

Bəli o əxlaqsız dəfələrlə oğluma xəyanət edərək bir çox insanlarla cinsi əlaqədə olub. Oynaşları içərisində Azər və Roma adlarında iki nəfər mənə məlumdu. Onun xəyanət etdiyi insanların bir qismi oğlumun iş yoldaşları (Roma da daxil) idi. Namiq həm Xatirənin telefon danışıqları həm də telefonda intim videosundan xəbərdar olub. Həmçinin nəvələrimdə Xatirənin bu cür əməllərinin şahidi olublar.

Bütün bunlara rəğmən Namiq onunla niyə boşanmadı?

Namiq uşaqlarına hədsiz dərəcədə bağlı idi. Hətta o əxlaqsızın əməllərinin üstü tam şəkildə açılıb ətrafa yayılanda, bizlər dedik ki, bala əl çək ondan! Oğlum isə dedi ki, uşaqlarım var, onları ona qoyub çıxa bilmərəm. Yalnız uşaqlarımı yanıma çəkəndən sonra onu rədd edəcəm

Bəs Xatirə bu əməllərinə necə haqq qazandırırdı?

Bilirsiz o, artıq fahişələşmişdi, gözünə zənginlik, əyləncədən başqa heç nə görünmürdü. Hətta bir gün gəlib Namiqə bildirdi ki, mən səndən boşanmışam, uşaqlarımı mənə ver və çıx get

Belə başa düşdüm ki, Xatirə boşanma iddiası da qaldırıb?

Bəli oğlumdan xəbərsiz 2015-ci ildə boşanma iddiasıyla məhkəməyə müraciət edib. Məhkəmə qarşı tərəfə xəbər vermədən birtərəfli boşanma hökmü çıxarıb.

Belə başa düşdüm ki, Sumqayıt məhkəməsi Xatirənin iddiasını qəbul etsə də, qanunun tələbini pozaraq qarşı tərəfə heç bir bildiriş göndərməyib. Hökmdən də Namiq və sizlər xəbərsiz qalmısınız?

Bəli. Elə ona görə də, müsahibənin əvvəlində qeyd etdim ki, Sumqayıtda məhkəmə ilə hüquq mühavizə orqanları yox dərəcəsindədi. Mən bilmirəm bu şəhərin Məhkəmə sədri, Prokuror Sərdar İmanov və digərləri xalqı niyə aldadır?! Bu insan itməyib, ölməyib qarşı tərəfə məlumat verilmədən necə birtərəfli hökm çıxarıla bilər axı?

Xatirənin xəyanətləri pik həddə çatması, eyni zamanda birtərəfli boşanmasından sonra oğlunuz onunla birgə yaşayışı davam etdirirdi. Bütün bunlara rəğmən yenədə liberal addım ataraq onların mehribanlaşması sayəsində son dəfə cəhd göstərildimi?

Oğlum onu bağışlamaq istəməsə də övladlarına görə hər şeyə hazır idi. Hətta 2016-cı ilin avqustun ortaları idi, qəfildən qapımız döyüldü. Qapını açdıq Namiq ilə Xatirə uşaqlarıda götürüb bizə gəlmişdilər. Xatirə ağlayaraq gəlib bizim hamımızdan əfv dilədi. Bunların hamısı mən, həyat yoldaşım, digər oğlumun ailəsi və qonşuluqdakı qardaşımın gözü qabağında oldu. Biz onların hər ikisinin adından izahat aldıq, öz imzaları və barmaq izləriylə təsdiqdə elədilər.

İzahatda nədən söhbət açılırdı?

Onları arasında münaqişə, şiddət  xəyanət kimi halların son qoyulmasından. Hətta Xatirə bildirdi ki, bundan sonra nə baş versə hər şeyin gunahkarı mənəm. Əgər ayrılsaq Allah və dovlətin ailə qanunları qarşısında heç nə tələb etməyəcəm.  Daha sonra 15 gün bizdə qaldılar, balaca bağımızda kabab çəkərək ziyafətdə verdik. Dedik ki, şükür İlahi təki bütün günlərin axarıda belə olsun.

Bəs sonra nə baş verdi?

Heç bir həftədə keçməmişdi ki, oğlumun ölüm xəbəri gəldi. Bu hadisə sentyabrın 7-dən 8-nə keçən gecə baş verdi.

Sizə xəbəri kim verdi?

Qardaşım

Bəs qardaşınız necə xəbər tutmuşdu?

Qardaşıma qızım xəbər vermişdi, qızıma da o cani zəng edərək bildirmişdi ki, qardaşınız xəstəxanadadı. Mən və qardaşım gecə vaxtı durub xəstəxanaya getdik. Gecə 3 radələrində xəstəxanaya çatdıq. Çatdıqda Məmmədov Namiq adında yaralının harda olduğunu soruşduq, bizi yuxarı mərtəbəyə yola saldılar və fayedəki üstü parçayla örtülü xərəyi göstərdilər. Parçanı açanda xərəyi təmamilə qan içində idi. Oğlumun öldüyünü bildirsələr də, canı hələ isti idi.

Namiq harasından bıçaqlanmışdı?

Meyidin qurşaqdan aşağısı təmamilə qan içindəydi, əvvəlcə elə bildik qarnından bıçaqlanıb, amma sonra növbətci həkim bildirdi ki, bud nahiyyəsindən bıçaqlanıb. Bu cavabı eşidəndə birinci inanmadıq və qeyd elədik ki, axı belə bıcaqlanmadan adam ölə bilməz. Həkim sonradan dediki bud nahiyyəsindən keçən şah damara bıcaq girib, bu cür yaraya ilk 10 dəqiqə ərzində yardım olunmadısa demək olar ki, hər şey itirilib.

Bunları deyən növbətçi həkimin adı yadınızdadımı?

Adı Arif idi, soyadını bilmirəm. Həkim tez-tələsik qısa bizə məlumat verib sonra itdi.

Sizə elə gəlmir ki, xəstəxanaya çatdırılan Namiqə düzgün tibbi yardım göstərilməyib?

Mən buna şübhə edirəm. Çünki həkim deyir ki, belə yaralara ilk 10 dəqiqə tibbi yardım göstərilmədisə bitdi. Amma oğlum bıçaqlanandan sonra 1 saat sağ qalıb. Düşünürəm ki, Arif həkimin məsuliyyətsizliyi olub.

Bəs cinayətin Xatirə tərəfindən törədildiyini bildinizmi?

Bəli artıq xəstəxanaya yol alanda bilirdim ki, bunu o əxlaqsız edib.

Yaralı Namiqi xəstəxanaya kim aparıb?

Xatirə ilə evdə mübahisə baş verəndə və nəticədə bıcaqlananda, səsləri eşidən qonşu rus xanım təcilli tibbi yardıma zəng edib.

Bıcaqlanma hadisəsinin başqa kim görüb?

Nəvələrim Nuray və Elnur

Onlar indi hardadılar? İstintaq zamanı onlar şahid qismində dindirildimi?

Atalarını itirdikdən sonra uşaqları mən himayiyə götürdüm. Bəli ifadə verdilər. Amma psixoloji ekspertiza ilk vaxtlar onların ifadələrini təhrif etdilər.

Necə yəni təhrif?

Onlar qeyd elədilər ki, uşaqlar nənə-babanın təsiri altındadılar, böyük ehtimal onlar psixoloji təsirdən düzgün ifadə vermirlər. Həmçinin qeyd elədilər ki, uşaqlarda yaddaş problemi var.

Bəs bunlara qarşı sizlər nə etdiniz?

Mən hüquqlarımızı müdafiə etmək üçün 3 vəkil dəyişməli oldum. Ilk 2 vəkil müqəvvadan başqa bir şey deyildilər. Sonralar ailəvi yaxın olduğumuz Mircəlal Fətullayevlə müqavilə imzaladım. Məhz onun sayəsində nəvələrimin təhrif olunan ifadələr ləğv edildi. Nəvələrimin hər ikisi əlaçıdırlar, həmçinin Nuray piano ifası üzrə nəaliyyətləri, Elnur isə şahmatda uğurları var.

Xatirə törətdiyi əməllərə necə haqq qazandırır?

O, cani qeyd edir ki, mən heç kimi bıçaqlamamışam, Namiq məni zorlamaq istəyib. Məndə buna etiraz bildirdikdən sonra mətbəxdən bıçaq gətirərək məni hədələdi, bir-iki dəfə şapalaq vurdu, məndə özümü müdafiə etməyə başladım, hadisə necə baş verdi bilmirəm, yalnız sonda onu gördüm ki, bıçaq Namiqin budunun üst nahiyəsinə girib.

Bəs istintaq orqanları onun ifadəsini haqlı olaraq qəbul etdimi?

Bəli, əvvəllər o caniyə CM-in 126.3 (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi qaldırılsa da sonradan daha yüngül olan 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə əvəz edildi. Bizim indiki davamız budur ki, əvvəlki maddə ilə qaldırılan cinayət işi davam etdirilsin.

Hal-hazırda istintaqın davam etməsinə mühafiq olaraq, Xatirə dustaqxanadadırmı?

Xeyr! Elə bizə ən çox təsir edəndə budu. Hadisə baş verəndə müstəntiq Faiq Nadirov qeyd etdiki, ağsaqqal narahat olma haqq öz yerini tutacaq, cinayətkar artıq dustaqxanadadı. Lakin sonradan bəlli oldu ki, Xatirə 1 gün belə orada olmayıb.

Üzr istəyirəm! Ola bilərmi ki, bu məxluqat öz məkirli niyətini həyata keçirəndə oynaşlarıda bu planın hazırlanmasına köməklik etsinlər?

Düşünürəm ki, Roma adlı oynaşıda ona hər hansı məsləhətlər verib. İnanmıram ki, Xatirə kimi fiziki gücünə və boyuna görə oğlumdan zəif olan kəs, birbaşa oğlumun üzərinə bıçaq çəksin, buna onun gücü çatmazdı, eyni zamanda ona da inanmıram ki, o insan arterial qanaxmaya səbəb olacaq nöqtələri bilsin. Böyük ehtimal o örgədilib. Həm də o əxlaqsız indi də Roma ilə birgə yaşayır.

Zemfira xanım mərhum oğlunuzun başına gələnlərlə bağlı siz nə deyə bilərsiniz?

2 ilə yaxındı mən nələr çəkirəm bir Allah bilir. Heç düşmənimin ailəsinə də belə bir faciə arzu etmirəm. Bala bu caniylə evlənməmişdən qabaq yoldaşım bu evliliyə qarşı idi. Məndə onların ailəsini, qızın kimliyini tanımırdım. Oğlum onu dəlicəsinə sevdiyin bildirirdi. Axırda bir ana kimi mən razı olsam da yoldaşım razı deyildi. Mən Məhiyyədinə 4 aya yaxın dil tökməli oldum ki, gəl uşağın seçimini ürəyində qoymayaq. Axırda yoldaşımı razı saldım, kaşki bunu etdiyim yerdə ölərdim. Bunları evləndirdik. 2013-cü ilə qədər ailələrində hər şey qaydasında idi. Elə ki, balamın işi zəiflədi evdə söz-söhbətlər başladı. Xatirə hər şeydən narazılıqlar etməyə başladı. Hər gün onlarda dava idi. Bir gündə dəfələrlə Xatirə zəng vurub oğlumdan şikayət edir, ağzına gələni danışırdı. Hələ onun pozğunluqlarından xəbərim olmayanda dəfələrlə onu qızım kimi, qarşıma qoyub öyüd-nəsihədlər verdim ki, ay qızım bir ailə olaraq hər şeyiniz olmasa da, çox şeyiniz var. Başınızın üstündə dam, sağlam, gözəl uşaqlarınız, pis-yaxşı işiniz var. Bu saydığlarıma həsrət ailəlilər var. Dediklərimə heç vaxt məhəl qoymadı. Elə ki, pozğunluqları üzə çıxdı Namiqə dedim bala bundan daha nə arvad olar, nə də ana. Oğlum dedi ki, ana mənim uşaqlarım var boşansam uşaqlarım bədbəxt olacaq. Yazıq balam axırda özü bədbaxt oldu. Bir ana kimi heç bir haqqımı Xatirəyə halal eləmirəm. Dövlət qarşısında da həm ana, həm vətəndaş kimi tələbim odur ki, oğlumun qanını yerdə qoymasınlar, o əxlaqsız caninidə həbs etməklə yanaşı analıq hüquqlarından məhrum etsinlər. Allah mənə və yoldaşlarıma nə qədər ömür veribsə biz nəvələrimiz saxlayacağıq.

Məhyəddin bəy sizin icazənizlə nəvələrinizə də bəzi suallar vermək istərdim?

Əlbətdə, gözləyin çağırtdırım.

Salam Nuray, de görüm neçə yaşın var?

Salam, 10

Çox gözəl. De görüm ana ilə ata həmin gecə mübahisə edəndə sən oyaq idinmi?

Bəli

Nə baş verdi birdən birə?

Gecə idi, hardasa saat 12 radələri idi, atam evə gəldi. Yenicə qapıdan içəri girmişdi ki, Xatirə atama söyüş söyərək hardan gəldiyini soruşdu?

Bəs ata nə dedi?

Dedi ki, kefdən gəlmirəm, işdə gücdəyəm. Bunu demişdi ki, Xatirə başladı sən heç nəyə yaramırsan, səndən nə iş-güc sahibi olar, nə də kişi, sən peysərsən! Sonra daha da pis söyüşlər söyməyə başladı.

Ananız küçə söyüşlərimi söyürdü?

Bəli

Bəs o söyüşlərlə atanızdan başqa kimə söyürdü?

Atama, babama, nənəmə, bibimə.

Sonra nə oldu bəs?

O, söyməyə davam elədi, atamda əsəbiləşdi və bir-birlərinə qışqırmağa başladılar.

Bəs atanız Xatirənin üstünə bıçaq çıxartdımı və ya mətbəxdən bıçaq gətirib onu hədələdimi?

Yox atamın əlində heç nə yox idi, əksinə qışqıra-qışqıra Xatirə mətbəxə gedib bışaq gətirdi və atamı qəfildən bıçaqla vurdu.

Sonra nə oldu?

Atamın ayağından qan açıldı hər yeri qan bürüdü, mən qorxumdan ağlamağa başladım. Birdə gördüm ki, Xatirə dəsmal gətirib atamın ayağını bağlayan kimi nəsə edir. Bu vaxt qardaşımda oyandı.

Elnur sən ata ilə ananın başdan davasına gördünmü?

Yox mən yerimdə uzanmışdım, yuxulu idim. Xatirə ilə atam qışqırışanda mən yavaş-yavaş oyanmağa başladım. Bacımın qışqırtısından sonra yerimdən qalxıb bacımın yanına gəldim

Qalxdın nə gördün?

Gördüm ki, bacım qorxusunda ağlayır, atam isə pola yığılıb qan axan ayağını tutur. Mən qorxumdan bacımı qucaqladım.

Sonra nə oldu?

Qan çoxalmağa başladı, bütün pol, divarlar qan içində idi.

Xatirə nə edirdi bu vaxt?

Əlində dəsmalla gəlib, atamın ayağını bağlayırdı.

Nuray de görüm evdəki qışqır-bağırdan qonşular xəbər tutdumu?

Bəli qonşuluğumuzdakı rus xala gəldi, atamı belə görən kimi qaçıb təcili tibbi yardıma zəng elədi

Xatirə atanın ayağını bağlayandan sonra ata nə etdi?

Sürünə-sürünə qapının ağzına tərəf getdi. Sonra tibbi yardım gəlib atamı apardı

Sonra nə oldu?

Xatirə bizi hədələməyə başladı ki, əgər polisə mən deyəndən başqa nəsə desəniz sizidə atanızın gününə qoyacam?

O sizə nə deməyi tapşırdı?

Dedi ki, əgər polis gəlsə atanızı mən öldürmədiyimi deyin, həmçinin deyin ki, atanız məni bıçaqlamaq istəyirdi mən də müdafiə olunanda bıcaq atanızın ayağına batdı və qan itirməyə başladı.

Bundan sonra Xatirə nə etməyə başladı?

Bıcağı yuyub pəncərədən çölə atdı, sonra isə qan olan yerləri yumağa başladı. Tez bir zamanda hər yer təmizlədi. "Podyez"in ağzınıda təmizdədi, amma lap aşağı tərəflərdə qan damcıları qalmışdı.

Polis gələndə siz harda idiniz?

Polis gələndə qonşuluqdakı rus xala bizi yanına apardı, amma mən bir şeyi eşitdim və birazda gördüm. Polis Xatirədən niyə qan olan yerləri yuduğunu soruşdu. O, da dedi ki, uşaqlar qorxurdu ona görə təmizlədim evi. Bu sözü demişdi ki, polis ona şapalaq vurdu. Mən polisin sifətini görməsəm də, qapıdan qonşuya keçəndə bunları gördüm.

Həmin günə kimi evinizdə tez-tezmi davalar olurdu?

Bəli olurdu

Xatirənin başqa kişilərlə danışdığı və atanız olmayanda evə başqa kişilər gətirdiyini görmüsünüzmü?

Bəli görmüşük

Həmin kişilər kim idi?

Biz onların hamısının adının bilmirik, Roma adında birindən başqa. Tez-tez ata evdə olmayanda Xatirə onu evə çağırırdı

O,  gələndə sizə qarşı nəsə edirdimi?

Yox, amma Xatirə bizi otağa salırdı və deyirdi ki, mən demədən heç kim çölə çıxmasın! Bizdə qorxumuzdan çıxmırdıq.

Sizi neçə saat otaqda saxlayırdı?

2-3 saat

Neçə dəfə belə otağa salma olub?

Çox

Xatirəni ana kimi qəbul edirsinizmi?

Yox. Biz ona nifrət edir, onu görmək istəmirik. Nə qədər ki, nənə-babamız sağdı onlarla qalacağıq, onlarda olmayanda bibim və əmimgil bizə baxacaq.

Atanızı çoxmu istəyirdiniz?

Hə çox...(bu vaxt Nurayın gözü dolur)

Atanızın qatili Xatirənin həbs olunmasını istəyirsinizmi?

Bəli çox istəyirik.

Məhyəddin bəy, Firuzə xanım nə qədər çətin olsa da sizlərə səbr diləyirəm. Arzu edirəm ki, oğlunuzun ölümünə səbəb olan Xatirə və onunla əlbir olanların hamısı qanun qarşısında gec-tez cavablarını alacaqlar. Bizdə " Yeni Sözcü” qəzeti olaraq əlimizdən gələni edəcəyik ki, mətbuatda bu məsələ geniş yayılsın  Allah oğlunuza rəhmət eləsin!

Məhyəddin bəy: Çox sağolun, ölənləriniz rəhmətlik, Firuzə xanım ağlayaraq məni qucaqlayır.

 

İstintaq materialları ilə tanış olduqdan sonra orda bir-birinə zidd məqamlar və kobud qanun pozuntularına rast gəldim.

Əvvəla qeyd edim ki, Namiq Məmmədovun ölmünə səbəb olan Xatirə Məmmədova ifadəsində deyir ki, mən, uşaqlarla birlikdə evdə yatmışdım. Qəfildən qapı bərk döyüldü. Mən durub qapını açdım, gələn Namiq idi. Daha sonra o, mənimlə cinsi əlaqədə olmaq istədi, mən razılıq vermədim. Bundan sonra o məni şapalaq-yumruqla vurmağa başladı. Lakin bununlada hirsi soyumayaraq, mətbəxdən bıcaq gətirib məni bıçaqlamaq istədi. Bıçaq Namiqin sol əlində idi. Daha sonra mən onun əlindən, biləyindən tutdum, qalan şey yadımda deyil. Bir o yadımda idi ki, Namiq ayağını tutaraq yerə yıxılır. Qanın axdığını görəndən sonra mən qanı dayandırmaq üçün dəsmal gətirib yaranı bağlamağa çalışdım.

Bu ifadənin istintaq materialları aşağıdakılarla rədd edir:

Namiq solaxay deyildi;

Namiq yalnız ayağından deyil, arxa səthindən də bıçaq yarası alıb. Ön bud nahisəsindəki yaranın dərinliyi 5 sm dir Bu yara nəticəsində şah damar zədələnir və arterial qanaxma başlayır. Əgər Xatirə onun biləyindən tutubsa zərərçəkmiş arxadan necə yara aldı, eyni zamanda budun ön səthində 5 sm düzünü yara necə yaranır?!

Namiq Xatirə ilə müqayisədə boyca hündür, fiziki gücünə görə isə dəfələrlə güclü idi, onun biləyini zəif qadın necə tututub bura bilərdi?!

İstintaq ekspertizası Xatirənin üzərində cinsi zorlama və döyülmə faktını aşkar eləmir, əksinə sübuta yetirir ki, hadisədən bir gün qabaq qarşılıqlı cinsi əlaqədə olublar.

Həmçinin hadisənin baş verməsi anında onların uşaqları olan Nuray və Elnur birbaşa hadisənin şahidi olurlar və onların verdikləri ifadə Xatirənin ifadəsi ilə daban—dabana ziddi.

Bütün bunlarla yanaşı Xatirə hadisənin necə baş verməsinə dəlil sübut olan bıçağı yuyaraq atır, qan ləkələrini isə yuyur, həmçinin uşaqları yalan ifadə vermələriylə hədələyir.

Yara almış Namiq təcili tibbi yardım vasitəsiylə xəstəxanaya çatdırılır. Ona lazımınca tibbi yardım göstərilmir və o qanaxmadan dünyasını dəyişir. Növbətçi həkim mərhumun valideyninə deyir ki, əgər şah damara bıcaq girərək arterial qanaxmaya səbəb olubsa, ilk 10 dəqiqə ərzində yardım göstərilmədisə 99% şəxs artıq o biri dunyalıqdı. Amma istintaq materiallarına baxdıqda Namiq 1 radələrində yaralanır, gecə 2.20 də isə ölüm faktı qeydə alınır. Arada 1 saat 20 dəqiqə vaxt olub. Bu onu göstərir ki, təcili tibbi yardım personalı və növbətçi həkim lazımınca düzgün xidmət göstərməyib.

İstintaq aparılan zaman Xatirəyə cinayətin dəlil sübutları olan bıçağı gizlətməsi, döşəmədə, divar və digər yerlərdə qan ləkələrinin yuyulmasına görə ona ayrıca niyə cinayət işi qaldırılmayıb?! Həmçinin bıçaqla yanaşı, mərhumun üzərində olan paltarlar belə ortada yoxdu ki, nəticədə maddi sübutlara baxış keçirilmək mümkün deyil...

İstintaqı aparan ilk müstəntiq Faiq Nədirov mərhumun ailəsini aldadar qeyd edib ki, Xatirə barəsində həbs qəti imkan tətbiri seçilib. Lakin sonradan bəlli olur ki, Xatirə bir gün olsun belə dustaqxanada olmayıb.

Digər tərəfdən hadisənin bir başa iştirakçısı olan uşaqlar valideyn, qəyyumlar, və digər şəxslərin icazəsi olmadan birbaşa məhkəmə psixoloji ekspertiza şöbəsinə aparılaraq sorğu-suala tutulur. Nəticədə məhkəmə psixoloji və psixotriya ekspertizası uşaqların ifadələrini təhrif edərək, qanunsuz rəy çıxarırlar ki, uşaqlarda qavrama problemi var; nənə-babanın təsirindədirlər verdikləri ifadələrin yalan olma faizi hədsiz çoxdu. Lakin sonralar zərərçəkmiş tərəfin müdafiəçisi Mircəlal Feyzullayevin səyi nəticəsində,  uşaqların ifadələri yenidən götürülüb və təhrif olunmadan istintaq materiallarına əlavə edilib.

Namiq Məmmədovun ölümündə şübhəli bilinən Xatirə isə 2 ilə yaxındı davam edən istintaqda cəmi 1 dəfə ifadə verib ki, o da yarı-yarımçıq, təhrih olunmuş şəkildə.

Eləcə də digər acıqlamadığım faktları nəzərə alsaq, istintaq nə üçün bu qədər uzadılır. Eyni zamanda Xatirənin törətdiyi əməli nə üçün layiq olmadığı 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğun hökm çıxalımağa çalışılır...?!

Sonda bir məsələni xüsusiyləqeyd etmək istəyirəm Məmmədov Namiq Məhyəddin oğlu Sumqayıt Dövlət Universitetinin "Həyat təhlükəsizliyinin fəaliyyəti” ixtisası üzrə məzun olsa da özünün həyat təhlükəsizliyini təmin edə bilməyərək çox sevdiyi övladlarından sonsuza qədər ayrı düşdü...

 

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti

 

Övladları qarşısında bıcaqlanan ata. Qatil hələ də azadlıqda - Müsahibə, təhlil (FOTO)

 

Övladları qarşısında bıcaqlanan ata. Qatil hələ də azadlıqda - Müsahibə, təhlil (FOTO)

 

Övladları qarşısında bıcaqlanan ata. Qatil hələ də azadlıqda - Müsahibə, təhlil (FOTO)

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}