RUSİYA VƏ ÇİN QƏRBDƏN DAHA ƏXLAQLI GÖRÜNÜR –Demokratik idealların eroziyasında yalnız Tramp günahlandırıla bilməz - TƏHLİL

RUSİYA VƏ ÇİN QƏRBDƏN DAHA ƏXLAQLI GÖRÜNÜR –Demokratik idealların eroziyasında yalnız Tramp günahlandırıla bilməz - TƏHLİL

 

Nina Xruşşova

"Project Syndicate”

 

"Müdrik adam – körpü, səfeh – divarlar tikir”. Birləşmiş Ştatlar Çin mallarına təxminən 50 milyard dollar dəyərində 25%-lik tarif tətbiq etdikdə, bu kəlam Çin mətbuatının səhifələrinə sıçrayıb. Təəssüf ki, bu təcridedici yanaşma ABŞ-ın ticarət siyasətindən kənara çıxır, yalnız ağılsız yox, həm də əxlaqsız yollarla, beləliklə də Qərbin azdan-çoxdan qalmış mənəvi nüfuzuna zərbə endirir.

Söhbət ticarətdən getdikdə, Çin, əlbəttə, dərhal ABŞ-a qarşı 50 milyard $ dəyərində öz tarifləri ilə cavab verib: Kanada, Avropa İttifaqı və Meksika kimi, ABŞ-ın polad və alüminium idxalına tariflər tətbiq edib.

Belə mübahisələr, əgər onlar artmağa davam edirsə, bütün dünyada insanların zərərinədir, o cümlədən ABŞ istehlakçıları, biznesmenləri və fəhlələrinin.

Daha pis olan budur ki, son aylarda ABŞ prezidenti Donald Trampın sərhəddən qeyri-qanuni yolla keçən bütün böyüklərə qarşı sıfır dözümsüz miqrasiya siyasəti yürüdür – cinayətkar yanlışlıq. Bu, sığınacaq axtaran şəxslərin təqibi və ən mübahisəli məsələ – uşaqlarının onlardan ayrı saxlanılmasını nəzərdə tutur. Hazırda 2.300-dən çox uşaq valideynlərindən ayrılıqda sığınacaqlara yerləşdirilib.

Siyasi təzyiqlərə məruz qalmış Tramp valideynlərin və uşaqların bir yerdə saxlanılacağını ifadə edən əmri imzalayıb. Lakin bu əmrin özü qanunsuz ola bilər, çünki hazırda federal məhkəmə məsələni araşdırır, deməli, təqiblər davam edəcək və artıq bölünmüş ailələri birləşdirməyə dair heç bir plan yoxdur.

Tramp administrasiyasının ailələri ayırmaq siyasəti, "gözlənilməz şəxslər” də daxil olmaqla, sərt tənqidlə qarşılaşıb. Lora Buş – İraq və Əfqanıstandakı qeyri-insani müharibələrə cavabdeh Corc Buşun xanımı bu siyasəti qınayıb. Valideynlərindən ayrılmış uşaqların fotoşəkilləri, xanım Buşun fikrincə, "indi ABŞ tarixində ən utancverici epizodlardan biri hesab olunan ABŞ vətəndaşları və İkinci Dünya müharibəsi dövründə yapon əsilli vətəndaşlar üçün həbs düşərgələrini xatırladır”.

Hətta Trampın öz arvadı – Melaniya, sözçüsü vasitəsi ilə, ailələrindən ayrılan uşaqları görməkdən nifrət etdiyini söyləyib. Təxminən 1500 siyasi məhbusa malik olan Çin belə bu vəziyyətdə Amerikanın mühakimə olunmasından kənarda qalmayıb. Üstəlik Trampın ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından çıxarmasından sonra.

Lakin uzun illərin dəyərlərinə xəyanət sayılacaq siyasət yürüdən təkcə ABŞ-dırmı? İtaliyadakı yeni sağçı populist hökumət mühacirləri hədəf almağa başlayıb, daxili işlər naziri və baş nazir müavini Mateo Salvini köçkünləri daşıyan gəmiləri ölkə sahillərinə yan almağa qoymur.

Macarıstan, öz növbəsində, qeyri-qanuni miqrant sığınmasına fərdi və ya QHT tərəfindən hər hansı səy və yardım əleyhinə "Stop Soros” qanununu qəbul edib. Qanunun özü Macarıstanın baş naziri Viktor Orbanın avropalı xalqları zəiflətmək üçün həvəsləndirici kütləvi miqrasiyanı təşviq etməkdə ittihamladığı Macarıstan əsilli maliyyəçisi və Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Sorosun "şərəfinə” bu adı alıb.

Bütün bunlar, nəzarətsiz miqrasiya və hətta ticarət müharibəsi kimi, çox zərər verə biləcək etik liderliyin dərinləşən böhranını vurğulayır. Buna imkan verən qəddar siyasət, Çin və Rusiyada olduğu kimi, oxşar hökumətləri möhkəmləndirir, çünki onlar bunu ağlabatan, hətta etibarlı siyasi davranış hesab edir.

Bu artıq baş verir. 2014-cü ildə Krımın ilhaqından sonra ciddi itki verən Sankt-Peterburq İqtisadi Forumu, bu il prezident Vladimir Putinin Fransa prezidenti Emmanuel Makron, Yaponiya baş naziri Şinzo Abe və Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqardın rəhbərlik etdiyi müzakirələrlə, işgüzar mühitə qayıda bilib.

Oxşar siyasi fiqurların iştirakını təmin etmək üçün Putin nə davranışını dəyişib, nə də demokratiya və ya qanunun aliliyini yenidən qüvvəyə mindirməyə ehtiyac görüb. Əksinə, tədbirdən sonra Krımın ilhaqı zamanı saxlanılan ukraynalı rejissor Oleq Sentsov Rusiyada saxlanılan 64 Ukrayna siyasi məhbusunun adından aclıq aksiyasına başlayıb.

Qərb dövlətləri Rusiyanı tənqid edən bəyanatlar verərkən, Sentsovun və digər 150 dini və siyasi məhbusun azad edilməsi üçün Putinin davranışlarını dəyişmək naminə Rusiyanı təcridetmə səylərinin zəifləməsi aydın görünür. Etik olmayan daxili siyasətə Qərbin "mənəvi rəhbərliyini” əlavə edin, görün nə alınır.

İndi Putin və çinli vəzifədaşı Si Zinpin Qərbin tənqidlərini görməməzliyə vuraraq özlərini rahat hiss edir, hətta körpülərin qurulması ilə məşğul ola bilirlər. Həm də bu sadəcə metafora deyil: Putin dövründə Rusiyada ən azı yarım düjin, o cümlədən Rusiyanın qitə hissəsini Krımla birləşdirən körpülər salınıb.

Dünya çempionatından əvvəl həyata keçirilən belə layihələr yaxşı görünür. Aclıq aksiyası yoxdur. Putinin bəxtindən millətçilik beynəlxalq hüquqdan və çoxtərəfli qurumların nüfuzundan üstündür, əxlaq hər zaman olduğundan daha nisbidir. Həm də Trampla müqayisədə, Putin heç də pis təsir bağışlamır.

Lakin demokratik idealların eroziyasında yalnız Tramp günahlandırıla bilməz. Amerikanın özündə insan haqları ilə bağlı vəziyyət ləkəlidir. Prezident Bill Klinton dövründə ABŞ, hər bir ABŞ prezidentinin qoşulmaqdan imtina etdiyi, Beynəlxalq Cəza Məhkəməsinin qurulmasına qarşı səs verən yeddi ölkədən biri idi. Bundan sonra Buş terrorla mübarizə, Barak Obama Liviya, Somali və Yəmənə hərbi müdaxilələri ilə, beynəlxalq hüquq normalarına zidd gedib. Aydındır ki, Tramp da qlobal razılaşmalara və ya strukturlara hörmət hissindən uzaqdır.

Avropanın da öyünmə haqqı azdır. Putinin qeyd etdiyi kimi, Krımın "birləşdirilməsi” ilə bağlı Qərbin Rusiyaya təpkisi, Aİ-nin Kosovonun 2008-ci ildə Serbiyadan ayrılıb müstəqillik elan etdiyini nəzərə alsaq, ikili standartı əks etdirir.

İkinci Dünya müharibəsindən sonra ABŞ tərəfindən idarə olunan dünya beynəlxalq normalar və qurumları yenidən nəzərdən keçirib və bugünkü qaydalara əsaslanan qlobal nizamın sütunlarını yaradıb. Bənzər yenidən qiymətləndirməyə indi çox ehtiyac var, bəlkə də, günümüzün iki əsas böhranı: köç və beynəlxalq terrorla bağlı. Amma Trampın özünə xidmət edən "Öncə Amerika!” yanaşması irəliyə doğru yol ala bilmir.

İnsan haqlarını müdafiə etmək üçün Rusiya və Çinə etibar edilə bilməz. Amma Aİ öz dəyərlərini bərpa etmək və onları dünya səviyyəsində hakim etmək üçün etibarlılıq və ahəngdarlıq hiss etmədikdə, başqa kim qalır ki?

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}