Etibar Pirverdiyevin azadlıqda, Baba Rzayevin və Qorxmaz Hüseynovun vəzifə başında qalmaları Azərbaycan xalqına təhqirdir

 

Etibar Pirverdiyevin azadlıqda, Baba Rzayevin və Qorxmaz Hüseynovun vəzifə başında qalmaları Azərbaycan xalqına təhqirdir

Kəmaləddin Heydərov və Pərviz Şahbazovun  da tutduğu vəzifəyə uyğunluğu müzakirə edilməlidir

Prezident İlham Əliyevin ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar keçirdiyi müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məruzə edərək bildirib ki, o hadisə yerinə çatanda Mingəçevirdəki "Azərbaycan İES”dəki yağ açarından yağ dağlmışdı və yüksək gərginlik kabellərinin keçdiyi kanallara axaraq yanğına səbəb olmuşdu. Nazir bildirib ki, "Biz illərdir "Azərenerji”yə məktublar göndərərək bildirmişdik ki, həmin kanalların üstü açıq olmamalıdır, etibarlı mühafizə edilməlidir. Amma təəsüf ki, təxminən 63 yağ açarının hamısının qarşısı açıq idi, yanğın baş verən yerdə də eyni vəziyyət vardı”

K.Heydərov əlavə edib ki, FHN-nin indiyə qədər Mingəçevirdəki "Azərbaycan İES”dəki problemlərlə bağlı "Azərenerji” ASC-yə göndərdiyi məktublarda sadalanan problemlərin heç biri aradan qaldırılmayıb. "Ərazidəki quru otlar biçilməmişdi, soyutma qurğularından demək olar heç biri işləmirdi. Soyutma kanallarındakı su Mingəçevir dəryaçasının dibindən 12 dərəcə temperaturda götürülməli olduğu halda həmin gün soyutma kanallarındakı suyun temperaturu 28 dərəcədən yuxarı olub”.

Nazir deyib ki, stansiyanın nəinki yarımstansiyasında, eləcə də hansısa blokunda qəza baş verəndə bu stansiyanın tamamilə sıradan çıxmasına gətirib çıxarmamalıydı. K.Heydərovun sözlərinə görə ikinci qəza da yenidən stansiyanın 7-ci blokunda baş verib. Və energetika sisteminə cavabdeh olanların heç biri bu baş verənlərə tutarlı izahat verə bilməyib.

Etibar Pirverdiyevin azadlıqda, Baba Rzayevin və Qorxmaz Hüseynovun vəzifə başında qalmaları Azərbaycan xalqına təhqirdir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun məruzəsindən görünür ki, "Azərenerji”Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etbar Pirverdiyevin bir gün də olsun vəzifə başında qalması kimi azadlıqda qalması Azərbaycan xalqına təhqirdir. Etibar Pirverdiyev 2001-ci ildən "Azərenerji” ASC-yə rəhbərlik edir və bu qurumda baş verənlərə görə tam məsuliyyət daşıyır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun məruzəsindən görünür ki, FHN-nin indiyə qədər Mingəçevirdəki "Azərbaycan İES”dəki problemlərlə bağlı "Azərenerji” ASC-yə bir neçə dəfə məktub göndərib. Ancaq Etibar Pirverdiyev Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıqlarına məhəl qoymayıb. Bu isə artıq onun vəzifə məsuliyyətsizliyi etdiyini göstərir və buna görə Etibar Pirverdiyevin əməlinə hüquqi qiymət verməlidir. Əsas vəzifəsi ölkəni fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olan "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti də vəzifəsinin öhdəsindən gələ bilməyib. Bu şəxs rəhbərlik etdiyi qurumun ölkəni fasiləsiz və keyfiyyətli elektrik enerjisi vəzifəsinin Mingəçevirdəki "Azərbaycan İES” asılılığını aradan qaldırmaq üçün heç bir tədbir görməyib. Buna görə "Azərişıq” ASC-nin sədri Baba Rzayev vəzifəsindən kənarlaşdırılmalıdır.

 

Ölkədə insanların içməli su ilə təminatında yaranan çox ağır vəziyyəti Mingəçevir İES-də baş verən qəza ilə izah edərək özünə bəraət qazandıran, elektrik enerjisinin bərpasından sonra ötən uzun müddət ərzində də ölkəni tam içməli su ilə təmin edə bilməyən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifə başında qalması Azərbaycan xalqına təhqirdir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da vəzifəsinə uyğun olub-olmadığı müzakirə edilməlidir. Çünki, nazir özü etiraf edib ki, Mingəçevirdəki "Azərbaycan İES”dəki problemlərlə bağlı "Azərenerji” ASC-yə dəfələrlə məktub göndərib, ancaq heç bir tədbir görülməyib. Kəmaləddin Heydərovun sözlərindən belə çıxır ki, onun vəzifəsi məktub göndərib, xəbərdarlıq etməklə bitib. Görünür hörmətli Kəmaləddin Heydərov hansı quruma rəhbərlik etdiyinin, rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin fərqində deyil. Əgər, Fövqəladə Hallar Nazirliyinin Mingəçevirdəki "Azərbaycan İES”dəki problemlərlə bağlı "Azərenerji” ASC-yə dəfələrlə göndərdiyi xəbərdarlıq məktublarından sonra ASC-i rəhbərliyi tədbir görmürdüsə, bu zaman Kəmaləddin Heydərov Nazirlər Kabinetinə və Prezidentə müraciət etməli idi. Nazirin məruzəsindən görünür ki, belə müraciətlər olmayıb.

Etibar Pirverdiyevin azadlıqda, Baba Rzayevin və Qorxmaz Hüseynovun vəzifə başında qalmaları Azərbaycan xalqına təhqirdir

12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilən Pərviz Şahbazovun da vəzifəsinə uyğun olmaması aşkar görünür və bu məsələ də cəmiyyət tərəfindən geniş müzakirə olunmalıdır. 

 

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}