TÜRKİYƏYƏ QARŞI SANKSİYALARIN HƏDƏFİ:Ərdoğanı yumşaltmaq üçün Putun təcrübəsindən istifadə edilir - TƏHLİL

TÜRKİYƏYƏ QARŞI SANKSİYALARIN HƏDƏFİ:Ərdoğanı yumşaltmaq üçün Putun təcrübəsindən istifadə edilir - TƏHLİL

 

Aykan Erdemir, Könül Tol

"The Globalist”

 

Ankaranın amerikalı pastoru həbsxanadan buraxmamaqdan imtina etməsi ilə Türkiyə əleyhinə sanksiya təhdidi güclənir.

Xatırladaq ki, ABŞ Xəzinədarlığı 2016-cı il oktyabrında Endryu Bransonun həbsində "aparıcı rol”una görə iki türk nazirini sanksiya siyahısına daxil edib. Bu qadağalar Türkiyə prezidentinin "girov diplomatiyası”nın digər amerikalı qurbanlarına şamil olunmur.

Vaşinqton türk səlahiyyətlilərini, xarici rəsmiləri korrupsiya və insan haqları pozuntularına görə cəzalandırma imkanı verən 2016 saylı Qlobal Maqnitski Aktı ilə cəzalandırıb. Onlara qarşı tətbiq edilən sanksiyalar Amerikanın yurisdiksiyası daxilində olan hər hansı əmlakını bloklayıb və ABŞ vətəndaşlarını onlarla iş aparmasını qadağan edir.

Ədliyyə naziri Əbdülhəmid Gül və daxili İşlər naziri Süleyman Soylu əleyhinə 1 avqust tarixli qadağalar NATO müttəfiqinə qarşı ilk sanksiyalardır. Nazirlər, həmçinin 2017-ci ilin dekabr ayından etibarən Qlobal Maqnitski Aktının hədəf aldığı ən yüksək vəzifəli şəxslərdir.

Gül və Soylunun Birləşmiş Ştatlarda heç bir aktivləri və ya biznes maraqları yoxdur. Buna baxmayaraq, sanksiyalar Türkiyənin siyasi isteblişmentini sarsıdıb. Dolların 5 lirə məzənnəsini ötməsi və yüksək faiz dərəcələrinin sıçrayışı kövrək iqtisadiyyatı üçün bəd xəbər olub.

Berat Albayrak xəzinədarlıq və maliyyə naziri (həmçinin Ərdoğanın kürəkəni) qismində olsa da, bu xəbərlərin Türkiyə iqtisadiyyatına məhdud təsir göstərəcəyini proqnozlaşdırıb.

 

Vaşinqton üçün Putin nümunəsi

 

Ərdoğanı kursu dəyişdirməyə məcbur etmək üçün sanksiyaların ciddi iqtisadi təsiri olmalıdır. Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə, Türkiyənin Suriya-Türkiyə sərhədində bir rus təyyarəsinin vurmasından sonra sanksiyalar tətbiq edərkən, bunu çox yaxşı bilirdi.

Kreml Ərdoğandan fərdi üzrxahlığa təkid edirdi. Bu baş vermədi. Buna cavab olaraq, Rusiya enerji layihələrini ləğv və Türkiyədən meyvə və tərəvəz idxalını qadağan etdi, Rusiyadan Türkiyəyə çarter reysləri və Rusiyada türk firmalarının tikinti layihələri yasaqlandı.

Putinin tədbirləri Türkiyə iqtisadiyyatına əhəmiyyətli təzyiq göstərərək, xüsusilə turizm sənayesini çökdürdü.

Rusiya parlamentində çıxış edən prezident Putin bildirdi ki, Türkiyənin "peşman olacaq” və bu baş verdi. Bir neçə aydan sonra Ərdoğan təyyarənin vurulmasına görə üzr istədi, Rusiya-Türkiyə ikitərəfli əlaqələrini bərpa etməyə çağırdı.

 

Almaniya nümunəsi

 

Almaniya da Putinin oyun kitabından həmin səhifəni qoparıb. Ankara jurnalist Dəniz Yüceli həbs edərkən. Həbsdən sonra Berlin Almaniya və beynəlxalq inkişaf banklarının Türkiyəyə maliyyə yardımı ayırmamasına səy göstərib.

Türkiyə cari hesab çatışmazlığını maliyyələşdirmək üçün xarici vəsaitlərdən istifadə edir və alman bankları Türkiyənin özəl sektoruna kredit vermək üzrə ikinci ən böyük təchizatçılardır. Banklar maliyyələşdirməyə sərt məhdudiyyətlər qoymuşdular.

Almaniyanın çağırışı ilə Avropa İnvestisiya Bankı Türkiyədəki layihələrini dondurdu. Kansler Angela Merkel Türkiyəni Avropa İttifaqına üzvlük məsələsi və maliyyə yardımını məhdudlaşdırmağa çalışacağı, Türkiyənin Avropa İttifaqı ilə olan gömrük birliyini yeniləməməklə təhdid etdi.

Son nəticədə, Almaniya haqq ödəmədi, Türkiyə isə Yüceli sərbəst buraxdı.

Qlobal Maqnitski Aktı Putin və onun əlaltılarının ciblərini boşaldıb, çünki o, aktivlərini xarici ölkələrdə saxlayan onlarla rusiyalı oliqarxı hədəf alıb və həmin Aktın oxşar versiyalarını bir neçə ABŞ müttəfiqi də həyata keçirib. Bu, Rusiya biznes elitasının artan təcridinə səbəb olub.

ABŞ-ın hazırkı hərəkətləri isə yalnız iki türk nazirini hədəfə alıb. Birləşmiş Ştatların sonrakı tədbirləri çox əhəmiyyətlidir, çünki bəzi Avropa ölkələrinin də Ankara ilə dramatik əlaqələri var və indi onlar da Ərdoğanla barışmağa çalışır.

Hollandiya və Türkiyə iyulun 20-də rəsmi diplomatik əlaqələri bərpa edib, növbəti gün isə Berlin 2017-ci ildə Türkiyə ilə ticarət üçün ixrac zəmanətlərə qoyulan məhdudiyyətlərə son qoyub. Almaniya hətta sentyabrın sonlarında Ərdoğanın rəsmi səfərinə yaşıl işıq yandırıb.

 

Sinxronlaşdırılan hədəflənmə

 

Ərdoğanın "girov diplomatiyası”nı sona çatdırmaq üçün Vaşinqtonun Ərdoğanın əlaltılarını sinxronlaşdırılmış şəkildə hədəfə almalıdır. Bu hərəkət, ehtimal ki, ölkənin kleptokratik elitasına az rəğbət bəsləyən türk vətəndaşlarından dəstək alacaq.

ABŞ və Avropa girovlarının hamısını azad etmək üçün daha effektiv hədəfə alma Ərdoğanı əsassız girov götürmə taktikasından çəkinmə məcburiyyətində qoyacaq.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}