Tehranın vahiməli mənzərəsi: dəyərsizləşən rial, qızılla ödənən kirayə xərci, paytaxtdan qaçış... - ARAŞDIRMA

Tehranın vahiməli mənzərəsi: dəyərsizləşən rial, qızılla ödənən kirayə xərci, paytaxtdan qaçış... - ARAŞDIRMA

 

Ruhullah Fəqihi

"Middle East Eye”

İndi, rialın iflası ilə, iranlılar gündəlik ödənişlər üçün daha çox qızıldan istifadə edirlər, xüsusilə icarə məsələsində, lakin qiymət artımı Tehranın demoqrafiyasına təsir etməyə başlayır.

Vaşinqton 2015-ci ilin nüvə razılaşmasından çəkiləcəyini bəyan etdiyi vaxtdan, dekabrdan milli valyuta məzənnə itirir. Donald Tramp ABŞ-ın müqavilədən çıxdığını və İrana qarşı iqtisadi sanksiyaların yenidən tətbiq olunduğunu elan etdikdən sonra bu eniş sürətlənib. Rəsmi məzənnə 45 min rial səviyyəsinə çatdıqda, bu qiymətə dollar almaq yalnız bir qrup idxalatçı və biznes qrupu üçün mümkün olub.

İyulun 29-da, ABŞ-ın yeni sanksiyalarının qüvvəyə minməsi ərəfəsində, Tehran birjalarında 1 dollar təxminən 100 min riala dəyişdirilib və 24 saat içərisində 110 min riala qədər artıb.

İranlılar ənənəvi olaraq qızıl sikkələri toy kimi böyük alış-verişlər üçün saxlayırlar. ABŞ sanksiyalarının yenidən tətbiq edilməsi ilə avqust ayında qızıl alışı dörd illik maksimuma çatıb.

Kirayə qiymətləri qalxır

Rialın məzənnə itkisi ucbatından bəzi ev sahibləri kirayə pulunun qızılla ödənməsi şərtləri qoymağa çalışır.

Tehran əyalətinin Əmlak Agentləri Birliyinin sədri Həsam Oqabai bildirib ki, mənzil bazarı İran iqtisadiyyatında fəaliyyətin təxminən 45 faizini təşkil edir. "Ölkəmizin iqtisadi vəziyyətini nəzərə alaraq, valyuta bazarında dəyişikliklər mənzil bazarına da təsir edir”.

Nəticədə, o cümlədən Dibaci Conubi, Şəhrək-e Qərb, Mirdamad və Firdövs-e Qərb daxil olmaqla, bəzi Tehran məhəllələrində icarəhaqqı iki dəfə artıb. Mərkəzi Bankın hesabatına görə, ötən il ərzində mənzil xərcləri ev təsərrüfatı gəlirlərinin 35 faizindən çoxunu təşkil edib.

Bu, son bir neçə ayda baş verən hadisələri əks etdirir, hökumət isə əmək haqqını artırmaq və ya inflyasiyaya nəzarət etməklə, bunun əleyhinə iş görə bilmir.

Nəticə: Tehrandakı ailələr icarə haqqının ödənilməsini kompensasiya etmək üçün başqa xərcləri azaltmaq məcburiyyətində qalıb və ya daha ucuz, məsələn, paytaxt xaricində yaşayış yerləri axtarmağa başlayıblar.

Oqabai deyir: "Təəssüf ki, son bir neçə ayda valyuta və qızıl bazarında kütləvi dalğalanmalara şahid olduq və bu, insanlar arasında psixoloji cəhətdən mənfi baxış yaradıb. Mənzil qiymətləri 50%, dollar və qızıl qiymətləri 150% artıb”.

Niyə mülk sahibləri qızıla meyl edib?

Esamil Cəlali paytaxtın zəngin Vənək məhəlləsindəki ev sahibidir. O, yalnız icarə haqqını artıran deyil, həm də ödəşmənin rial əvəzinə qızılla həyata keçirilməsini istəyən mülk sahiblərindən biridir.

Cəlalinin sözlərinə görə, perspektivli kirayədarlar bir ay ərzində 95 kvadratmetr mənzil icarəyə götürmək üçün iki sikkə ödəməyi tələb edirlər. "Bilirəm ki, bir çoxu bunu ödəyə bilməyəcək, lakin kirayəçilərimdən əldə edə biləcəyim valyutanın bir əvvələ nisbətən daha az dəyərdə olacağını gördüyüm üçün başqa seçimim qalmır. Mən rial qarşılığında mənzilimi icarəyə verməyə davam etdim, lakin sonra maliyyə itkisi ilə üzləşdim”.

Paytaxtın elit Vənək məhəlləsi

Bəzi sahibkarlar, həmçinin, kirayəçilərindən dollarla ödəniş tələb edirlər. Belə geniş yayılmış davranış qeyri-qanuni deyil, amma hakimiyyət orqanları tərəfindən bəyənilmir. Həssas agentlər hesab edirlər ki, artıq bir çox kirayəçinin ödəniş qabiliyyətli olmaması ucbatından kirayə müqavilələrinin sayı azalır.

Daşınmaz əmlak agenti Möhsün Şimrani deyir: "Biz sahiblərindən icarə haqqını 20 və ya 30 faiz azaltmasını istəyirik, lakin onlar bundan imtina edirlər”.

Bir çox ekspert deyir ki, cari kirayə böhranı rialın iflası ilə yaranıb, odur ki, insanlar valyuta və əmtəə bazarlarında aktivlərini dollar və ya qızıla çevirməyə axın edir.

Tehran Universitetinin iqtisadçı professoru Albert Boğziyan deyir: "Qızıl sikkələrlə evləri icarəyə götürmək fəlakətdir və bu, mövcud vəziyyətin davam etməsinə və qızılın qiymətində artıma gətirib çıxara bilər”.

Şəhərətrafına qaçış

Tehranın və bölgənin demoqrafik göstəricilərini dəyişən icarə qiyməti artımı da uzunmüddətli nəticələrə səbəb ola bilər.

İş günü sonunda paytaxtın kənarına uzanan maşın axını

Əvvəllər Tehranın şimalında yaşayanlar indi daha yoxsul ərazilərdəki ucuz evlərə köçürlər. Amma bu, öz növbəsində, orada yaşayan icarədarları da ərazini tərk etmək məcburiyyətində qoyur.

Həsam Oqabai bildirib ki, şəhər ətraflarına köç sosial problemlərə, o cümlədən infrastruktura və xidmətlərə əlavə yük qoya bilər. "Köçkünlər əsasən Tehranda işləyirlər və artıq hər gün Tehranın mərkəzinə gedəcəkləri üçün əlavə nəqliyyat xərci ödəyəcəklər”.

Digərləri hesab edirlər ki, əhalinin yerdəyişməsi uzunmüddətli üstünlüklər yaradacaq.

Şəhid Beheşti Universitetinin sosioloqu, professor Əmənullah Qarai Müqəddəmin fikrincə, Tehranda yaşayan əhalinin azalması paytaxtın əlavə yükünü və yol tıxaclarını məhdudlaşdıracaq. Onun sözlərinə görə, şəhərətrafı məkanlar paytaxta nisbətən daha az kosmopolitdir. "Savadlı adamların yerli əhaliyə qarışması onların vətəndaş hüquqları və digər şeylərlə daha tez tanış olması deməkdir”.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}