ƏRDOĞANIN ARDINCA PUTİN DƏ BAKIYA GƏLİR:Rusiya prezidenti bu dəfə Azərbaycandan nə aparacaq? – Təhlil

ƏRDOĞANIN ARDINCA PUTİN DƏ BAKIYA GƏLİR:Rusiya prezidenti bu dəfə Azərbaycandan nə aparacaq? – Təhlil

 

Stanislav Tarasov

regnum.ru

 

Rusiya Dövlət Duması MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov bu günlərdə məlumat verib ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Bakıya səfər edəcək. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu məlumatı təsdiqləyib.

Yada salaq ki, Putin artıq Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə  danışıqlar aparıb. Tərəflər iqtisadi və siyasi xarakterli tam 17 sənəd imzalayıb, 2024-cü ilədək əməkdaşlığın əsas yönlərinin inkişafı üzrə fəaliyyət planı təşkil edən beş "yol xəritəsi” üzrə memorandum qəbul edib, hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafındakı mühüm problemləri, həm də bölgəsəl və beynəlxalq durumu müzakirə ediblər. Bununla belə, Kalaşnikov bildirib ki, Bakıya səfərin gedişində iki prezident "Soçi danışıqlarının gedişində tərəflərin anlaşdığı və ya anlaşmadığı məsələləri cilalayacaq”.

Düzdür, məhz hansı məsələləri – bunu dəqiqləşdirməyib. Amma bunların olduğunu hərbi-texniki əməkdaşlıq, energetika və çox ehtimal ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə toxunan Rusiya-Azərbaycan dialoqunun qeyri-adi qızğınlığı göstərir.

Habelə bütünlükdə qonşu Yaxın Şərqdə və xüsusən də Suriya ilə İranda inkişaf edən qəliz proseslər nəzərə alınmaqla bölgəsəl təhlükəsizlik sisteminin qurulmasında kəskin problemlər var. Hamı anlayır ki, İranda istənilən qarışıqlıq bütün Cənubi Qafqaza hərc-mərclik yaymaqla  obyektiv şəkildə birinci növbədə Azərbaycana toxunacaq. Bakı bölgədə mənfi prosesləri cüziləşdirməyə can ataraq inkişafda gerçək dayaq nöqtəsi olarsa, bu, başqa məsələdir. Nəhayət, Dağlıq Qarabağ münaqişəsi amilini geniş geopolitik kontekstdə gərəyincə dəyərləndirməmək olmaz. Buna görə də fəal Rusiya-Azərbaycan dialoqu, Tehranın şimalda "qaynar nöqtə”yə malik olmaq istəksizliyi hadisələrin bu yöndə "qaynar sseanri” üzrə inkişafına yol verməmək üçün önləyici məqama çevrilir. Gözlənilir ki, bu ilin axırına qədər Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakilə Rusiyada çox şeyin müəyyən edilə biləcəyi üçtərəfli sammit baş tutacaq.

Daha bir önəmli özəllik gözə dəyir. Çoxsaylı ticari-iqtisadi və başqa birgə layihələrin ətrafında inkişaf edən Rusiya-Azərbaycan dialoqunun fəallaşması fonunda Türkiyənin xarici siyasətində Cənubi Qafqaz yönündə resursların tükəndiyi müşahudə olunur. Səbəblər aydındır: Ankara sərhədlərinin bütün perimetri boyu öz ərazi bütövlüyü üçün təhlükəli geopolitik problemlər cücərdib və Rusiyanın dəstəyinə ehtiyacı var. Buna görə də fəal Moskva-Bakı dialoqu istənilən halda Ankarada Türkiyənin Azərbaycandakı nüfuzunu sarsıdan trend kimi qəbul olunmur. Ankara eyni zamanda hadisələrin inkişafını böyük diqqətlə izləyir.

Məlum olub  ki, Putinin Bakıya səfəri ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan türk generalı Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməyinin 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün orada olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Azərbaycana son dəfə iyulda səfər edib. Ankara Suriya yönündə Rusiya və İranla alyansda olmaqla İdlib probleminin həlli qismində ora-bura vurnuxur. Ərdoğan İran, Rusiya və Türkiyə başçılarının sammitində bu əyalətdə barışıq elan etməyi istəyib. Sonra elan edib ki, Putinlə bir daha görüşmək niyyətindədir, indi isə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya İdlib əməliyyatına qoşulmaq çağırışıyla çıxış edib. Bu, güzəştlərin pozulduğu həddə oyun, dərhal bir neçə geopolitik meydançada fəaliyyətdə var olan qəlizliklərin sərgilənməsidir.

Perspektivdə ehtimal yüksəkdir ki, Azərbaycan istiqamətində İranın bölgə rəqibi Türkiyənin maraqları Ankara və Tehran arasındakı qarşılıqlı münasibətlərdə əngələ çevrilə bilər. Moskva və Bakı bunu görür və yaxşı başa düşür. Bax, buna görə onların uzunillik əməkdaşlığın parametrlərinin müəyyən edilməsilə bir-birinə doğru konkret addımının əlamətdar önəmi ola bilər. Əlbəttə, bu zaman Rusiyanın bölgədəki ən yaxın müttəfiqinin – Ermənistanın maraqlarını unutmağına dəyməz.  Amma bu haqda növbəti dəfə.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}