ƏRDOĞANIN TƏMKİNLİ İFŞASI:niyə o, Xaşuqcinin qətli ilə bağlı "çılpaq həqiqəti" söyləmədi? - TƏHLİL

ƏRDOĞANIN TƏMKİNLİ İFŞASI:niyə o, Xaşuqcinin qətli ilə bağlı "çılpaq həqiqəti" söyləmədi? - TƏHLİL

 

Hüseyn İbiş

"Bloomberg”

 

Aydındır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çərşənbə axşamı günü Səudiyyə Ərəbistanı konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsi ilə bağlı yeni bir söz demədi. Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın qətldə iştirakını bildiyi halda, bunu bəyan etmədi. Yəni Ərdoğan "çılpaq həqiqəti” ortaya qoyacağı vədini yerinə yetirmədi.

Bunun səbəbi Türkiyənin həm Səudiyyə Ərəbistanı, həm də ABŞ-la dolaşıq əlaqələrinin təbiətindədir.

Türkiyənin Xaşuqcinin qətlinə təpkisi Ankara ilə Riyad arasında gərginlik fonunda baxılmalıdır.

Ərdoğan qlobal İslam lideri iddiasını gücləndirib. Səudiyyənin kral ailəsi uzun illərdir ki, bu statusu özünün mədəni hüququ hesab edir.

Səudiyyə Ərəbistanı Türkiyəni, Qətər və antaqonist "Müsəlman Qardaşlar” hərəkatını ehtiva edən sünni islamçıların düşmən regional ittifaqının rəhbəri olaraq görür.

Səudilərə görə, Türkiyənin Xaşuqcini bağrına basması ona meydan oxumadır: o, türkdilli televiziya kanalı, bir sıra veb-saytlar və ABŞ-da yerləşən siyasi qrup yaratmaqla, Yaxın Şərqin inkişafında daha böyük rol oynamağa çağırış edəcək.

Xaşuqci cinayəti tacdar şahzadəni nüfuzdan salmaq üçün Türkiyəyə Səudiyyə yeni meydan oxuma imkanı yaradıb.

Ancaq Ərdoğan məhdudiyyətlərlə üzləşir. Bu həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Cina Haspelin Türkiyəyə gəlişi Ərdoğanın önünü kəsib.

Haspel açıq şəkildə türklərə xəbərdarlıq etmək üçün göndərilib: Səudiyyə varis şahzadəsini devirməyə cəhd göstərməyin. Bunu etmək ABŞ maraqlarını qorunmasında Birləşmiş Ştatların balanslaşdırma fəaliyyətini çətinləşdirə bilər.

Ərdoğanın ABŞ-la əməkdaşlığa da ehtiyacı var. Səudiyyə Ərəbistanını qətldə ittiham etmək dəlilini gündəmdə saxlamaqla, maliyyə itkilərinə razılaşırsa.

Üstəlik, ABŞ Ərdoğana kömək etməlidir. Xaşuqci cinayətinin təfərrüatlarını açıqlaması, son həftələrdə Səudiyyə Ərəbistanına qarşı kampaniya apardığına görə.

Ən əsası, Ərdoğan öz beynəlxalq reabilitasiyasını inkişaf etdirmək istəyir. 2016-cı ilin iyulunda baş verən hərbi çevrilişindən bəri Ərdoğan siyasi müxalifəti qısnayıb, faktiki olaraq diktator səlahiyyətləri alıb, miras aldığı daha demokratik və institusional türk siyasi sistemini ləğv edib və onu öz fərdi hakimiyyəti ilə əvəzləyib.

Ərdoğan Türkiyəsi siyasi repressiya və insan haqları pozuntuları, o cümlədən Xaşuqci kimi jurnalistlərə qarşı təqiblərlə məşhurdur. Amma Xaşuqcinin ölümü Türk hökumətinə özünü məsuliyyətli aktyor kimi təqdim etmə imkanı verir. Ərdoğanın daxili və beynəlxalq davranışı onu qanun-qayda çempionuna çevirir. Xaşuqcinin öldürməsi bu xəttin yeridilməsi və ABŞ prezidenti Donald Tramp administrasiyasını beynəlxalq səviyyədə onu məsuliyyətli regional aktyor kimi qəbul etməyə təşviq edir.

Çərşənbə axşamı günü Ərdoğanın göstərdiyi təmkin, şahzadə ən pis şəkildə aşağıladığı təqdirdə, başqa, daha əhəmiyyətli hədəfləri qurban veriləcəyini əks etdirir. Bunun əksini icra etmə Səudiyyə Ərəbistanı ilə münasibətlərin tamamilə dağıdılması və Vaşinqtonda təzyiqin artması olardı. Eyni zamanda, indiki halda, o, Riyadı nutandırmaq və tacdar şahzadəni zəiflətmək üçün regional rəqib kimi Səudiyyə Ərəbistanının təsirini qoruya bilər.

Varis şahzadə və Səudiyyə hökumətinə gəldikdə isə, tamamilə zədə rejimindədirlər və onların əsas tamaşaçısı hazırda Trampdır.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}