RUSİYA DAHA BİR MÜTTƏFİQİNİ İTİRİR –Çinin 62, Rusiyanın isə 17 milyard verdiyi Venesuela ABŞ-ın nəzarətinə keçir – Təhlil

RUSİYA DAHA BİR MÜTTƏFİQİNİ İTİRİR –Çinin 62, Rusiyanın isə 17 milyard verdiyi Venesuela ABŞ-ın nəzarətinə keçir – Təhlil

 

Platon Besedin

Politobzor.net, 24.01.2019

 

Nikolas Maduronun sonudur. Tutalım, ya da, demək olar, sonudur. İndi olmasa da, bir neçə gündən, aydan sonra – çox da önəmi yoxdur. Aydındır: qabaqkı Venesuela – ki, Uqo Çavesdən Maduroya qalmışdı – daha olmayacaq. Orada indiki rejimin uzaqlaşdırılması yekun mərhələyə keçib.

Maduro – Çaves deyil. Bunu anlamaq və həmişə yadda saxlamaq gərəkdir. Uqo Çaves təkcə büt sima deyildi, həm də sosial dövlətin memarı idi – hər halda can atırdı. Hətta Venesuelanın keçmiş prezidenti, Ernesto Çe Gevara kimi, əslində, başqa bir dünyanın qütbünü təmsil edirdi – anqlosaksların standart guşə daşları – liberal bazar iqtisadiyyatı, darvinçi seçmə və kalvinçi əxlaqıyla qızğın çağlarındakı dünyanı.

Amma o dönəm bitdi. Maduro formal olaraq Çavesin işinin ardıcılı kimi gəldi. Hətta kimsə səs-küylü epitet də işlədib – "varis”. Amma Maduro gözlənircəsinə o miqyasda adam, başlıcası həmin "modus operandi” (latınca "fəaliyyət tərzi”-red.) çıxmadı. Hər şey sosial dövlət qurmaq cəhdlərindən konkret güruhun varlanmasına, hərbi rejimə keçdi. Venesuelanın Çaves dönəmində yaşadığı xəyal əlaltından tamamilə praktik şeylərə dəyişdirildi. Çox da rəğbətli olmayanlara. Venesuela iki düşərgəyə bölündü – varlananlara və yoxsullaşanlara.

Buna görə də ölkədə inqilab yetişdi. Sözsüz, bunun üçün səbəblər var idi. Sosial şəbəkələrdə lağa qoyurlar: guya Maduro Yanukoviç kimi Rostova yollanıb? Bunda məna payı var. Ukraynalıların Avromaydan öncəsi dövlətin ədalətsizliyinə xeyli iddiası var idi, Venesuela vətəndaşlarında da oxşar iddialardır. Amma Maduro hamını atmış Yanukoviçdən fərqli olaraq qorunmağa çalışır. Onun adamları mitinqçiləri güllələyirlər.

Venesuelada etiraz hərəkatı çoxdan gedir. İndi fəlakətli miqyas alıb. Hər şeydən qabaq, indiki rejim üçün, amma qorxuram  ki, həm də bütünlükdə Latın Amerikası üçün. Bəli, Maduro effektsiz və ədalətsizdir, amma Venedikt Yerofeyevi yamsılasaq, kim zamin durar ki, Venesuelanın birigünü Venesuelanın sırağagünündən daha yaxşı olacaq? İraq, Liviya, Yuqoslaviyanın örnəkləri əksindən xəbər verir. Bu ölkələri təsadüfən yad etmədim. ABŞ-ın başqa dövlətlərin işinə qarışmasından söz düşəndə qulağı onlar döyənək edir. Amma Nikaraqua, Çili, Salvador, Peru, Argentina və başqalarını yada salmaq daha düzgündür – Latın Amerikası maliyyələşdirilən dövlət çevrilişləri yoluyla Vaşinqtona sərfəli biçimdə daim yenidən cızılır. Ya Amerikanın nəzarəti, ya da heç cür. Tabe olmayanlardan kim qalır? Meksika, Boliviya və Kuba. Venesuelanı artıq çıxdaş eləmək olar. Ulduzlu-zolaqlı agentlər Monro doktrinasına uyğun hərəkət edərək tezliklə La-Pasa və Havanaya girişəcəklər. Amma, bax, Mexiko hələ astek atıyla gediş edəcək.

Vaşinqtonun utanmadan necə hərəkət etdiyi qəribədir. Hətta saymazcasına deyil, vəhşi kimi. Rejim və onun başında duran adam xoş gəlmir? Eynilə mağazadakı cızılmış maneken kimi dəyişərik. Axı heç kim əleyhinə söz deyə bilməz. Bizi isə hələ də möhkəm inandırırlar ki, dünya birqütblü olmağı tərgidib. Xeyr, hər şey olduğu kimidir. "Rammstein” (Almaniyanın rok qrupu-red.) düz oxuyurdu: belə, ya elə formada "Hamımız Amerikada yaşayırıq”.

Amma kütlənin belə bir ədəbsizliyə necə ehtiras və quyruq bulamaqla aparıldığı daha təəccüblüdür. Mən indi hətta dünyadan da deyil, özümüzdən – Rusiyadan danışıram. Sosial şəbəkələr, sadəcə fəvvarə vurur, daha bir diktatorun azaldığından ləzzət alır. Və hətta axı leksikon da dəyişilməyib – yenə də həmin əbədi mantralar: "diktator”, "azadlıq”, "demokratiya”. Amma nəyi dəyişəsən, uydurasan? Axı işləyir.

Lakin Liviya indi daha yaxşı yaşayır, yoxsa diktator Qəddafinin dönəmində? İraq Səddamın dövründə sakit idi, yoxsa İŞİD-i törədəndə? Və, nəhayət, ən böyük diktator kimdir – bəlkə, iradəsini təkcə öz ölkəsinə deyil, həm də bütün dünyaya zorla qəbul etdirəndir? Babat filmin qadın qəhrəmanının dediyi kimi: "Questions, questions”(ingiliscə: suallar, suallar-red.).

Karakas Rusiya üçün dünyadakı cüzi müttəfiqlərdən biridir. Biz Venesuela iqtisadiyyatına 17 milyard dollar yatırmışıq. Onu xilas etmək üçün ən yaxşı mütəxəssislərimizi göndərmişik. Amma, budur, hər şey belə başa çatdı. Venesuela parlamentinin özünü dövlətin müvəqqəti başçısı elan etmiş spikeri Xuan Quaydonun ölkəyə haçan rəsmən başçılıq edəcəyi önəmli deyil. Önəmlisi – başçılıq edəcək. Quaydo, ya da daha kimsə – bu personajların hamısı oyuncaqdan artıq deyil. Birini cəsarətlə o biriylə əvəzləmək olar.

Karakasa təkcə biz dollar verməmişik. Çin daha çox yatırıb – 62 milyard dollar. Aydındır ki, Pekinə Venesuelanın nefti gərəkdir. Bu bildirirmi ki, Pekin Maduronu müdafiə edəcək? Çətin ki. Onlar öz qazanc paylarını onsuz da alırlar. Amma Vaşinqtonla münaqişəyə də girirlər. Sözüm ondadır ki, indiki Venesuelanın gerçək müdafiəçiləri yoxdur.

Əlbəttə, Rusiya qəzəb, etiraz notası ifadə edəcək, amma artıq hər şey baş verib. Nota-etiraz fərmanından uzağa getməyəcəyik. Bacarmarıq. Belə ki, daha bir müttəfiq yan  getdi. Əslində, bu, bir nəticədir. Nəticələr iki və üçdür. Ölkədə Amerikanın nüfuzuna daha bir alternativi unutmaq olar. ABŞ ürəyinə yatmayanları dalbadal udur və bunu iştahla, çoxdan qurban görməmiş piraniya yırtıcılığıyla edir. Bizi əksinə nə qədər inandırmağa çalışsalar da, dünya standartlaşır və bir şablona qovulur. Trampın demokratlarla haqq-hesab çürütməyi Vaşiqntona onları qəlyanaltıdakı burgerlər kimi aşırmağa mane olmur.

Biz buna təsir edə bilərikmi? Çətin ki. Bizdə beləcə hərəkət etməliyikmi? Xeyr. Birincisi, çünki bacarmarıq, ikincisi, bizim hərəkət tərzimiz başqadır və başqa vəzifələrimiz var. Buna görə bizə – ruslara sayğı bəslənməsi gərəkən və lazım olanlar. Bu, kimisə necə hiddətləndirsə də. Bizim missiyamız başqa təbiətlidir və yad ölkələri möhkəmləndirməyərək, daxili işlərimizlə məşğul olaraq öz evimizdə sahman yaratmaqla onu qorumaq lazımdır. Həlledici döyüş bizim torpaqlarda baş verəcək. Və artıq burada zəiflik göstərə bilmərik.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}