Məşhur milyarder Soros AB-i gözləyən qaçılmaz fəlakətdən yazır:“AB rəhbərliyi SSRİ-nin dağılması dönəmindəki siyasi büronu yada salır” – Təhlil

Məşhur milyarder Soros AB-i gözləyən qaçılmaz fəlakətdən  yazır:“AB rəhbərliyi SSRİ-nin dağılması dönəmindəki siyasi büronu yada salır” – Təhlil

 

Corc Soros

Project Syndicate (ABŞ), 11.02.2019

 

Görünür, bizim liderlər və sıravi vətəndaşlar başa düşmürlər ki, indilabi bir dönəmdə yaşayırıq, imkanlar spektri çox genişdir, uyğun olaraq yekun nəticə isə tamamilə bilinməzdir.

Bizlərdən çoxu hesab edir ki, gələcək – az, ya çox – indiyə bənzər olacaq, amma buna heç də zəmanət yoxdur. Mən hadisələrlə dolu uzun ömrüm boyu – dediyim kimi – radikal dezekvilibrasiyanın (bədənin tarazlığının pozulması-red.) şahidi olmuşam. Bu gün biz belə bir dönəm yaşayırıq.

Ən yaxın həlledici məqam 2019-un mayında Avroparlamentə seçkilər olacaq. Təəssüf ki, antiavropa gücləri bu seçkilərdə nisbətən üstünlüyə malik olacaqlar. Bunun üçün bir neçə səbəb var və sıradakılar bunun içindədir: Avropa ölkələrinin çoxunda hökm sürən köhnəlmiş partiya sistemi; AB müqavilələrinin praktikada dəyişilməsinin mümkünsüzlüyü; Avropa Birliyinin əsaslandığı prinsipləri pozan üzv ölkələrin intizama gətirilməsi üçün hüquqi yolların yoxluğu.

AB Avropa Birliyinə girmək istəyən ölkələri acquis communautaire-a (AB-nin hüquq sistemi) vadar edə bilər, amma artıq AB-yə girən ölkələri bu prinsipləri gözləməyə məcbur etməkdən ötrü yetərincə səlahiyyəti yoxdur.

Köhnəlmiş partiya sistemi AB-nin söykəndiyi prinsipləri qorumaq istəyənlər üçün əngəllər yaradır, əvəzində bu prinsipləri nəsə radikal özgə bir şeylə əvəzləmək istəyənlərə yardım edir. Bu, ayrı-ayrı ölkələrə də və xeyli dərəcədə ümumavropa partiya alyanslarına aiddir. Ayrı-ayrı ölkələrdəki partiya sistemi XIX və XX yüzilliklər üçün önəmli olan ziddiyyətləri, məsələn, kapital və əmək arasındakı münaqişəni əks etdirir. Amma bu gün son dərəcə önəmi olan ziddiyyət – Avropayönlü və antiavropa gücləri arasındakı münaqişədir.

AB-də üstünlük təşkil edən ölkə Almaniyadır, Almaniyada üstün siyasi alyans isə – o, Xristian-Demokratuik İttifaqı (XDİ) və Bavariyanın Xristian-Sosial İttifaqı (XSİ) tərəfindən yaradılıb – dayanıqlığını itirib. Bavariyada XDİ-dən sağda dəyərli partiya olmayınca bu alyans yaxşı işləyib. Ekstremist "Almaniya üçün alternativlər”in (AfD) yüksəlişindən sonra durum dəyişilib. XDİ sentyabrda torpaq seçkilərində altmış ildən yuxarı müddətdə ən pis nəticə əldə edib, AfD partiyası isə ilk dəfə Bavariya parlamentinə daxil olub.

AfD-nin populyarlığının artması XDİ və XSİ alyansını mənadan məhrum edib. Amma ondan sadəcə imtina etmək olmaz, çünki bu nə Almaniya, nə də Avropanın özünə rəva biləcəyi seçkilərlə nəticələnəcək. Nəticədə sağ cinahdan AfD təhlükəsi olmasaydı, indiki hakim koalisiya ola biləcəyi qədər fəal Avropayönlü ola bilməz.

Durum heç də ümidsiz deyil. Almaniyanın Yaşıllar Partiyası inadla ölkənin yeganə Avropayönlü partiyasına çevrilib və ictimai rəy sorğularındakı reytinq artımını davam etdirir, halbuki AfD, görünür, öz maksimumuna yetib (keçmiş Şərqi Almaniya torpaqları istisna olmaqla). Bununla belə, indi XSİ/XDİ seçicilərinin Avropa prinsiplərinə sadiqliyi o qədər də birmənalı olmayan partiya təmsil edir.

Köhnəlmiş partiya sistemi Böyük Britaniyada da xalqın həqiqi iradəsinin ifadəsinə əngəl olur. Leyboristlər və mühafizəkarlar daxildən parçalanıb, halbuki liderləri – uyğun olaraq Ceremi Korbin və Tereza Mey – Brexit keçirməyə o qədər qətiyyətli köklənmişdilər ki, bunun xatirinə işbirliyinə getməli olublar. Durum o qədər dolaşıqdır ki, bu hadisə ölkə üçün bu başdan on illərlə müəyyənedici olsa da, britaniyalıların çoxu, sadəcə, onun lap tez başa çatmasını istəyir.

Korbinlə Mey arasındakı əlbirlik hər iki partiyada leyboristlərlə bağlı halda açıq qiyam həddinə çatan narazılıq doğurub. Mey Korbinlə görüşdən sonra sıradakı gün İngiltərənin şimalındakı Brexit-ə və leyboristlərə səs verən yoxsullaşmış bölgələrə yardım proqramını elan edib. İndi Korbini isə satqınlıqda ittiham edirlər: o, 2018-in sentyabrında leyboristlərin partiya konfrasında Brexit haqda ikinci referendum ideyasını dəstəkləməyə söz verib – ümumi seçkilərin keçirilməsi mümkünsüz olarsa.

Brexit-in kədərli nəticələrini cəmiyyət də dərk etməyə başlayır. Meyin uzlaşmasının fevralın 14-də rədd ediləcəyi ehtimalı günbəgün artır. Bu, yeni referenduma geniş ictimai dəstək, ya da – ki, daha yaxşıdır – AB müqaviləsinin 50-ci maddəsinin qüvvəyə mindiyi haqda Britaniyadan xəbərdarlıq doğura bilər.

İtaliya da bu qədər çətin durumdadır. AB 2017-də Dublin anlaşmasını ciddi tətbiq etməyi qət eləməklə qaçılmaz yanlışlıq etdi. Bu anlaşma gələn mühacirlər üçün AB ərazisindəki (İtaliya kimi) ilk ölkəyə ədalətsiz yük qoyur. Əsasən Avropanı və mühacirətini dəstəkləyən İtaliya elektoratı bu üzdən 2018-də antiavropa siyasətçilərin – Liqa Partiyası və "Beş ulduz hərəkatı”nın əlinə keçdi. Qabaqlar üstünlükdə olan Demokratik Partiya çaxnaşmaya düşüb. Nəticədə elektoratın Avropayönlü əhvalı saxlayan önəmli kəsiminin indi səs verə biləcəyi partiya yoxdur. Lakin indi vahid Avropayönlü siyahı təşkil etməyə səylər göstərilir. Partiya sistemlərinin bənzər yenidəntəşkili Fransa, Polşa, İsveç və görünür, başqa ölkələrdə də baş verir.

Qaldı ki ümumavropa partiya alyanslarına, burada durum hətta daha pisdir. Milli partiyaların, ən azı, keçmişdə hansısa kökü var, ümumavropa alyansları isə tamamilə partiya rəhbərliyinin təmənnalı maraqlarına tabe edilib. Ən pis örnək Avropa Xalq Partiyasıdır (AXP). AXP hər hansı prinsiplərdən praktik tam məhrum olub ki, bunu da parlament çoxluğunu və AB-də ən yüksək postların bölgüsünə nəzarəti saxlamaq xatirinə onun Macarıstan baş naziri Viktor Orbanın "Fides” partiyasını öz sıralarında saxlamağa hazır olmasında sərgilənib. Antiavropa gücləri belə bir fonda çox da pis görünməyə bilər: onların, hətta iyrənc olsa da, ən azı, heç olmasa, hansısa prinsipləri var.

Avropayönlü partiyalar Avropanın maraqlarını özlərininkindən uca tutmasa, may seçkilərində hansı şəkildə qalib gələ biləcəklərini təsəvvür etmək çətindir. AB-nin radikal şəkildə yenidən qurulması qəsdilə saxlanmasının gərəkdiyini hələ də sübut etmək olar. Amma bunun üçün Avropa Birliyindəki əhvali-ruhiyyənin dəyişilməsi tələb olunur. AB-nin  indiki rəhbərliyi SSRİ-nin dağılması dönəmindəki siyasi büronu yada salır – o, fərmanlar verməyi davam etdirirdi, guya bunun hansısa mənası var idi.

Avropanı daxili və xarici düşmənlərdən qorumaqda ilk addım onların yaratdıqları təhlükənin miqyasının etirafı olmalıdır. İkinci addım mürgüləyən Avropayönlü çoxluğu oyatmaq və onları AB-nin söykəndiyi prinsipləri qorumağa səfərbər etməkdir. Əks halda, vahid Avropa arzusu XXI yüzilliyin dəhşətiylə əvəzlənə bilər.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}