Qonşu ölkədə virusla bağlı vəziyyət düzəlir - Video

Qonşu ölkədə virusla bağlı vəziyyət düzəlir - Video

 

Türkiyə koronavirusa yoluxma statistikasında ön sıralarda yer alsa da, vəziyyət düzəlməyə başlayıb. Son günlər say azalır.

 

 Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransında ölkədə epidemiyanın pik dövrünə çatdığını, amma yaxşılaşma mərhələsinə keçildiyini bildirib.

 

Fahrettin Koca Fahrettin Koca

 

Onun sözlərinə görə, bundan sonra xoş xəbərlər gözləməyə dəyər.

Fahrettin Koca mətbuat konfransında sağalanların sayının 44 mini keçməsini xüsusi vurğulayıb. Çünki bu, virusa yoluxanların ümumi sayının təxminən 40 faizi deməkdir. Nazir heç vaxt belə nəticə qeydə alınmadığını nəzərdə tutur.

Koca pandemiya ilə mübarizənin asan keçmədiyini, amma yaxın zamanlarda tam qələbə qazanmağın mümkünlüyünü qeyd edib. Nazirin təəssüfləndiyi məqamlardan biri də 7428 tibb işıçisinin virusa yoluxmasıdır.

Ümumiyyətlə, indiyə qədər Türkiyəfə 117 min 589 virus daşıyıcısı qeydə alınıb. Onlardan 3081-i həyatını itirib. Son sutka ərzində 2936 nəfərin virus testi müsbət nəticə verib. Gün ərzində 89 pasiyentin ölüm xəbəri gəlib.

 

Paylaş


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}