1 ailənin 3 üzvünün yaralandığı qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

 

"Lexus” dərəyə yuvarlandı

Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Sozcu.info  ARB TV-yə istinadla xəbər verir ki, Qaxa doğru hərəkət edən "Lexus” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb.

Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıb. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, Yusif Nərimanov və balaca Nərmin qəzadan cuzi xəsarətlərlə qurtarsalar da, qadının vəziyyəti ağırdır və hazırda Reanimasiya şöbəsindədir.

İlkin ehtimala görə, hadisənin baş verməsinə sürət həddinin aşılması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}