Şirvanda pensiyaçıların pulunu oğurlayan 27 yaşlı gənc həbs edildi-Video

 

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.

"ARB TV”dən virtualaz.org-a verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur.

Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}