Tiflisdə gənclərin yeni aksiyası başlayır: ELAN VERİLDİ - VİDEO

Tiflisdə gənclərin yeni aksiyası başlayır: ELAN VERİLDİ - VİDEO

 

Tiflisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşı səhər saatlarına qədər mitinq keçirib.

Sozcu.info xəbər verir ki, etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.

Etiraz aksiyası zamanı polis tərəfindən bir neçə gənc saxlanıb. Saxlanılanlar arasında Yeni Siyasi Mərkəz - Qirçi Pariyasının rəhbəri Zurab Caparidze də olub. O, aksiyalarda 35 nəfərin saxlanıldığını və onların arasında ABŞ və Britaniya vətəndaşlarının da olduğunu deyib.

Feysbuk sosial şəbəkəsində isə polisin təşkil etdiyi əməliyyatları dəstəkləyən və dəstəkləməyənlər olub. Əməliyyatlara qarşı xüsusilə gənc nəsil çıxıb.

Qeyd edək ki, bu gecə gürcü polisi və xüsusi təyinatlıları Tiflisdəki gecə klublarında xüsusi əməliyyat keçirib. Əməliyyat "Bassiani" və "Qaleri" gecə klublarından başlayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar narkotacirləri həbs edərək, kluba gələnlərin oranı tərk etməsini tələb ediblər. Əməliyyat zamanı 8 narkotacir yaxalanıb. Əməliyyata mane olan onlarla gənc isə saxlanılıb.

Əməliyyata səbəb bir həftə ərzində 5 gəncin naməlum narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi göstərilir.

Polisin keçirdiyi əməliyyatlara qarşı keçirilən etiraz aksiyası zamanı həmçinin "Bassiani" klubunun sahibi Zviad Qelbaxiani də saxlanılıb.

Tiflisdə gənclərin aksiyasına fasilə verilib. Onlar yerli vaxtla saat 15:00-a "Biz bir yerdə oynayarıq, bir yerdə vuruşarıq" şüarı ilə növbəti aksiya təyin ediblər./axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}