Təcili: Türkiyə Rusiya qırıcısını vurdu

Təcili: Türkiyə Rusiya qırıcısını vurduTürkiyə hərbi qaynaqları və prezident administrasiyasındakı mənbələr isə təyyarənin Türkiyə HHQ tərəfindən vurulduğunu təsdiqləyir.

Virtualaz.org saytının xəbərinə görə, mənbələr bildiriblər ki, təyyarə Türkiyənin hava sahəsini pozub və bir neçə dəfə xəbərdarlıq edilsə də geri qayıtmayıb. Nəticədə Türkiyə F-16 "hava-hava” tipli raketlə təyyarəni vurub.

Hərbi qaynaqlar təyyarənin vurulmasına dair daha təfərrüatlı açıqlamanın Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən yayılacağını bildiriblər.

Baş nazir Əhməd Davudoğlu isə Türkiyənin hava sərhədlərinin pozulması və təyyarənin vurulması insidenti barədə diplomatik kanallarla NATO-nu məlumatlandırmaq təlimatı verib.

* * *12:59

Bu gün Suriyanın Türkiyə ilə sərhədə yaxın ərazisində vurulan naməlum qırıcının Rusiyaya məxsus olduğu bildirilir.

"Hurriyet Daily News” xəbər verir ki, təyyarə Türkiyənin hava məkanını pozub və bu ölkənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı tərəfindən vurulub. Katapult edən pilotlardan biri türkmən qüvvələri tərəfindən tutulub.

CNN telekanalı da təsdiq edir ki, katapult edən pilotlar rus dilində danışır. Haberturk kanalı isə Rusiya xüsusi təyinatlılarının pilotları xilas etmək üçün əməliyyat başlatdığını xəbər verir.

Rusiya Müdafiə Nazirliyi Suriya əməliyyatlarında iştirak edən aviaqruplaşmaya məxsus təyyarənin yerdən açılan atəşlə vurulduğunu təsdiqləyib.

Virtualaz.org saytı bildirir ki, bu barədə TASS xəbər verir.

Nazirlik bəyan edir ki, Su-24 bombardmançısı müstəsna olaraq Suriya ərazisində olub və qonşu ölkənin ərazisinə keçməyib. Pilotlar katapult etməyə imkan tapıb. Rusiya Müdafiə Nazirliyi təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulduğunu təsdiq etmir.

Virtualaz.org

* * *12:55

Türkiyə qırıcılarının Suriyanın Türkmən dağı yaxınlığında vurduğu Rusiyaya məxsus döyüş təyyarəsi imiş...

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub və Türkiyə Silahlı Qüvvələri ölkənin hava sərhədini pozan təyyarəni vurub.

Rusiya təyyarəsi vurulduqdan sonra baş nazir Əhməd Davudoğlu xarici işlər nazir Ferudin Sınırlı oğlu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarla danışaraq, vəziyyəti müzakirə edib.

Rusiyanın paraşütlə vurulan təyyarədən xilas edilən pilotların axtarışına başladığı iddia edilir.

Qeyd edək ki, Rusiya döyüş təyyarələri Suriyada türkmənlərin yaşadığı bölgələri bombaladıqdan sonra Türkiyə Moskvaya etiraz notsı vermişdi. Ölkənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin sərhədi pozularsa təhlükəsizliyin təmin olunması üçün bütün hüquqlarından istifadə edəcəklər.

* * *12:03

Təyyarənin Türkiyənin F-16 qırıcıları tərəfindən vurulduğu bildirilir.

Belə ki, sərhəd bölgəsinə düşən qırıcı təyyarə Türkiyənin hava sərhəddini pozubmuş.

* * *11:47

Türkiyənin Suriya ilə sərhəddinə təyyarə partlayıb.

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, sərhəd xəttinə düşən təyyarənin hansı səbəbdən partladığı müəmmalıdır.

Təyyarənin hansı ölkəyə aid olduğu da hələlik müəyyənləşdirilməyib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}