İcra başçısı haqqında şok video yayılıb-VİDEO

 

Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı youtebe-da şok görüntülər yayılıb ( https://www.youtube.com/watch?v=qSPc42-YexQ). Video ilə bağlı məlumatdan aydın olur ki, bu görüntülər dekabrın 11-də, Ağcabədi rayonunun Avşar kəndində qeydə alınıb. 


Məlumatda o da qeyd olunur ki, icra başçısı Şahin Məmmədovun Dövlət Yol Polisinə məxsus avtomaşının və bir neçə bahalı avtomobildən ibarət maşın karvanın müşaiyyəti ilə Avşar kəndinə getməsində məqsəd bir hüzr mərasimində iştirak etmək olub.

Qeyd edək ki, icra başçısı Şahin Məmmədovun rayon ərazisində DYP-nin müşaiyyəti ilə hərəkət etməsi haqqında məlumatlar bundan əvvəl yayılsa da, youtebe-dəki video bunun ilk təsdiqidir. 

İcra başçısını müşaiyyət etməyin DYP-nin yerli bölmələrinin vəzifələrinə aid olub-olmamasına isə Baş Dövlət Yol Polisi aydınlıq gətirməlidir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}