Yeraltı, yerüstü sərvətləri olan xalqımız

Yeraltı, yerüstü sərvətləri olan xalqımız
Azərbaycan Sovet ittifaqı tərkibində olduğu zaman Ermənistan, Pribaltika və başqa respublikalar İttifaq büdcəsindən maliyyələşdiyi halda Azərbaycan Respublikası əksinə, ittifaq büdcəsinə külli miqdarda vəsait köçürürdü. Çünki, Azərbaycanın yeraltı, yerüstü sərvətləri o, qədər zəngin idi ki, özünü təmin etməklə yanaşı, başqa respublikaları da qismən təmin edirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra hər birimiz düşünürdük ki, iqtisadiyyatı, sənayesi güclü olan ölkəmizin vətəndaşları firavan bir həyat sürəcək. Lakin müstəqilliyimizin ilk illəri xalqımız üçün çox çətin keçdi. Bir yandan erməni işğalçılarının ölkəmizə təcavüz etməsi, torpaqlarımızı işğal etməsi, vətəndaşlarımızın öz ata- baba yurdlarından qovulması, üstəlik müstəqil dövlətin idarə olunmasında səriştəsiz adamların rəhbərlik etməsi Respublika iqtisadiyyatına mənfi təsir etmişdir. Ulu öndərimiz Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən sonra çətinliklə də olsa dövlətin, dövlət kimi formalaşması üçün əlindən gələni etdi. Xüsusilə neft sənayesində bağlanmış müqavilələr əsasında dövlət büdcəsi formalaşmağa başladı. Artıq neft fondunda yığılmış vəsaitlər hesabına yeni- yeni sahələrə sərmaya qoyuluşu başlandı. Lakin artıq neftdən əldə olunan gəlirlər yarıbayarı azalıb. Ölkə iqtisadiyyatı sanki iflic vəziyyətinə düşüb. İstehsalatda, tikintidə, ticarətdə, yüngül sənayedə bir durğrunluq yaranıb. Çox maraqlıdı ki. Insanlarımızda bir bədbinləşmə əhval-ruhiyyəsi yaranıb. İş adamları, sadə vətəndaşlar bir- birinə sual verir: Bunun axırı necə olacaq!?
Yazımın əvvəlində qeyd elədim ki, Azərbaycanın yeraltı, yerüstü sərvətləri öz vətəndaşlarına artıqlaması ilə bəs edirdi. Respublika büdcəsidə təkcə neftdən asılı deyildi. Bəs necə oldu ki, respublikamızın iqtisadiyyatı altı ay ərzində bu günə düşdü. Baxaq görək neft pullarından biz necə səmərəli istifadə etdik? Yeni istehsalat sahələri yaratdıqmı? Milyardlarla dollar xərclənib tikinti, abadlıq işləri görülüb. Bu gün həmin görülən abadlıq, quruculuq işləri dövlətə nə qədər gəlir gətirir? Düzdür abadlıq, quruculuq işləri də vacibdir. Amma həmin abadlıq, quruculuq işlərini hazır neft pulları ilə deyil neft pullarının hesabına yaradılmış istehsalat sahələrindən əldə olunmuş gəlirlər hesabına görülsə idi daha yaxşı olardı. Gəlin Azərbaycanın ən böyük ticarət mərkəzlərindən olan Binə və Sədərək ticarət mərkəzlərində satılan tikinti və yaxud geyim əşyalarına diqqət yetirək. Görək həmin bazarlarda satılan malların neçə faizi Azərbaycanda istehsal olunur. Bu heç 20% də olmaz. Görəsən iqtisadi inkişaf nazirliyində çalışan rəhbərlər həmin bazarda olduqda heç düşünüblər ki, bu asma kilidi və yaxud bu cəftəni niyə biz Çindən gətiririk. Bunu özümüzdə istehsal edə bilmərikmi? Bizdə nazirliklərin bir işi var. Dövlət büdcəsindən vəsait almaq sonra da həmin vəsaiti sağa- sola xərcləmək, hesabat verib göstərmək ki, bu qədər texnika aldım, bu qədər cins eşşək aldım, bu qədər inək, keçi aldım. Mənə bir dənə nazirlik göstərin ki, (güc nazirliklərindən başqa) bu, bu işləri görüb və nəticədə dövlət büdcəsinə bu qədər gəlir verir. Bəlkə mən bilmirəm. Bildiyiniz kimi Sovet dövrü Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindən biri də üzümçülük təsərüfatı idi. Adətən hər-hansı malı istehsal etməmişdən öncə istehsal etdiyi malı satmaq üçün bazarını düşünür. Bizim üzümçülük, şərabçılıq üçün daimi Rusiya böyüklükdə bazarımız olub. Biz indiyə kimi bu bazardan niyə səmərəli istifadə etməmişik? İndiyə qədər mövcud olan üzüm plantasiyalarını qoruyub saxlasaydıq, ilkin şərab emalı zavodlarını dağıdıb metalın satmasaydıq bəlkə də Azərbaycanın bu gün iqtisadiyyatında çətinlik hiss olunmayacaqdı. Lakin biz nə etdik mövcud olan üzüm plantasiyalarını məhv etdik, yerində guya taxıl əkdik. Ona görə guya deyirəm ki, İcra başçılarının rəhbərliyi ilə əkilmiş taxıl sahələrinin hektarları şişirdildi. Ona görə ki, dövlət tərəfindən taxılçılıq sahəsinə ayrılmış vəsaiti mənimsəmək asan olsun. Artıq Respublika prezidenti İlham Əliyev cənabları buraxılmış bu səhflərə, israfçılığa keçirdiyi son müşavirədə öz etirazını bildirdi. Nazirlərə, komitə rəhbərlərinə öz işlərində dönüş yaratmağı tələb etdi. Əks təqdirdə buraxdıqları səhflərə görə hər bir vəzifə tutan rəhbər işçi cəzalanacaqdır.
Onu qeyd edim ki, hazırda fəaliyyət göstərən mövcud nazirliklər bir az da xalqı düşünsünlər. Bu ölkənin yeraltı, yerüstü sərvətlərindən gələn gəlirlərindən ittifaq büdcəsi 50% özünə götürürdüsə, 50% Respublikaya verirdi. Bizim nazirlər heç olmasa insaflıolsun 30%də olsa da xalqa işləsinlər.
Qiyam Ərşadoğlu,
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}