MƏSCİDİN QAPISI AÇIQDIR...

MƏSCİDİN QAPISI AÇIQDIR...Onu çoxdan tanıyıram- iyirmi il olar. Deyən- gülən, şən adamdı. Bu dəfə isə əvvəlki vaxtlara rəğmən qanıqara, əsəbi idi.
- Xeyir ola, ay Elxan, nə olub?
- Belə də iş olar? Dərəbəylik, özbaşınalıq baş alıb gedir. Məsuliyətsiz adamlar nə istəyir edir, necə gəldi addım atır, ağızlarına gələni yazırlar.
- Yaxşı, sakit ol, de görüm nə olub axı?
- Nə olacaq, sənin jurnalist həmkarlarından biri mənim bir dostum haqqında hədyan, ölçüyəgəlməz şər- böhtan dolu yazılarla öz saytında materiallarla çıxış edir, onun adına, şərəf və ləyaqətinə toxunur.
Sonra yavaş- yavaş məsələni danışdı. Məlum oldu ki, Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)
ndə saytın baş redaktoru Araz Məmmədov Nəsimi RPİ-nin DYPŞ –də şöbə muavini Əlövsət İsmayılov, eləcə də onun oğlu Rauf İsmayılov haqqında həqiqətə uyğun olmayan, qərəzli yazılar yazıb və yayıb. Sonra qısaca nə yazıldığı haqqında mənə danışdı.
Dedim ki, bəlkə nəsə doğru yazıb, bəlkə həqiqəti sən bilmirsən. Dedi:
-Nə danışırsan, onu ozüm kimi tanıyıram. İyirmi səkkiz ildir ki daxili işlər orqanlarında çalışır, ali təhsillidir. Bərdə rayon Polis İdarəsində yol polis şöbəsində çalışdığı vaxtlar onu Dağlıq Qarabağa- Xocalının müdafiəsi üçün ezam ediblər. 1990- cı ildən 1994- cü ilədək əvvəl Xocalıda, sonra isə Tərtər rayonunun müdafiə batalyonunda döyüşüb. 1994- cü ildən Binəqədi rayon Polis İdarəsində DYPİ- də baş inspektor, 2008- ci ilin may ayından isə indiyə kimi Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində İnzibati təcrübə üzrə baş inspektor vəzifəsində çalışır. Polis mayorudur. Dörd uşağı var. İndi özün de, qanlı döyüş yolu keçmiş, iyirmi səkkiz ildə ancaq mayor rütbəsinə yüksəlmiş bu adam hansı nazirin ”kölgəsində” ola bilər? İndi girəvə düşüb, kimin kimdən xoşu gəlmir, kim- kimi ləkələmək istəyir, aparıb yapışdırırlar Eldar Mahmudovun adına. Ayıbdı ey vallah!
Doğrusu, mən də narahat olmağa başladım. Çünki son vaxtlar belə mövzularda o qədər yazılara rast gəlmişdim ki,.. İndi bulanıq suda balıq tutmaq istəyən o qədər ” peşəkar” peyda olub ki...
Yarızarafat, yarıciddi dedim:
-Yoldaş Babayev, narahat olma, axşam həmin yazıları oxuyaram.
Oxudum. Ömrümün otuz ildən çoxunu jurnalistikaya həsr eləmiş, yaşı altmışı haqlamış biri kimi onu deyə bilərəm ki, çox acıdım. Bu günümüzə, bugünkü səviyyəmizə, nəhayət, bugünkü insanlığımıza. Müxtəlif universitetlərdə jurnalistika ixtisasına aid fənlərdən dərs dediyimdən, ”Azərbaycan mətbuatı tarixi” (ali məktəblər üçün dərslik), həmin ixtisas üzrə iyirmi bir dərs proqramı hazırlamış bir insan kimi acıdım jurnalistikamıza. Gör kimlər at oynadır bu nəcib sahədə?! Bir vaxtlar Mətbuat Şurasının sədri Əflatun Amaşovu ”reket jurnalist” ifadəsinə görə qınayırdım. İndi- yəni bu gün onun dediyi sözləri ikiəlli dəstəkləməmək olmur: ” jurnalistlər peşə davranış qaydalarının prinsiplərinə və “KİV haqqında” qanuna əməl etməlidirlər. Hər hansı bir şəxs haqqında haradansa eşidilən şaiyələri yaymaq, ölkə ictimaiyyətini çaşdırmaq kimi əməllər yolverilməzdir:
Jurnalistika baş vermiş hadisələri cəmiyyətə çatdıran əsas vasitədir, amma qanunvericilik daxilində fəaliyyət göstərmək lazımdır. Heç bir əsası olmadan, kimsə kiminsə qohumudur, haradasa işləyib və s. kimi düzgün olmayan məlumatlar yazılır. Jurnalistlər insanların şərəf və ləyaqəti ilə bağlı məsələlərdə daha diqqətli olmalıdırlar. Jurnalistika IV hakimiyyət missiyasını layiqincə yerinə yetirməlidir. Təəssüf ki, bir sıra xəbər portalları var ki, onlarla bağlı Mətbuat Şurasına şikayətlər daxil olur. Çox təəssüf ki, bir sıra tanınmış saytlar var ki, mənbə kimi onlara istinad olunur”. (http://avropa.info/news/101587.html)
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da KİV-lərə xəbərdarlıq edib. O, təəssüflə bildirib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb: “Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışır. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur.
Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.
Bəs belə isə, heç bir əsası olmayan bu qara piyar kimə lazımdır? Qafqaznews.az-dan sitatlar:
” 7 noyabrda qafqaznews.az saytı “Mayor Əlövsət İsmayılov qafqaznews.az-ı məhkəmə ilə hədələyir” başlıqlı məqalə dərc edib. Sayt qeyd edir ki, bir müddət əvvəl dərc etdiyimiz “ Rauf İsmayılov hansı yüksək rütbəli məmurun oğludur?” başlıqlı yazıda polis əməkdaşı Rauf İsmayılovun əməllərindən bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, ötən yazıdan bəlli olurdu ki, Bakı qarnizonunun rayon polis idarəsinin polis bölmələrinin birində serjant rütbəsində xidmət edən Rauf İsmayılov yüksək rütbəli məmurun oğludur. Və Rauf İsmayılovun atası nazirlərdən biri ilə qohumdur.”
” Qafqaznews.az saytı olaraq bir müddət əvvəl Nəsimi RPİ-nin DYPŞ-nin baş inspeketoru polis mayoru Əlövsət İsmayılov və onun oğlu Nəsimi RPİ-nin 20- ci polis bölməsinin polis serjantı Rauf İsmayılov barədə yazı dərc etmişdik. Qısa xatırlatma üçün bildirək ki, yazıdan bəlli olurdu ki, Rauf İsmayılovun atası nazirlərdən biri ilə qohumdur. Bu qohumluq Rauf İsmayılovun atasını tez bir vaxtda yüksək rütbəli məmur edib. Məqalədə o da qeyd olunurdu ki, DİN-in Polis Akademiyasının 1-ci kurs tələbəsi olan Rauf İsmayılov polis serjantı olmasına baxmayaraq gecələr dostları ilə DİN əməkdaşı haqqında cəmiyyətdə qəbul olunan normalara uyğun olamayan fotolar çəkdirərək sosial şəbəkələrdə paylaşır.”
” Qafqaznews.az-ın son vaxtlar dərc etdiyi digər məqalə isə MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizovun köhnə qayda ilə “aylıq” yığmasından bəhs edirdi. Qısaca bildirək ki, son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən dəhşətli olaylara baxmayaraq MTN-nin Tərtər rayon şöbəsinin rəisi Anar Əzizov öz əməllərini davam etdirir. Və deyir ki, verdiyim 150 min manatı çıxartmalıyam. …
Aldığımız sonuncu məlumata görə, Əlövsət İsmayılov əslən Tərtərdəndir. Hətta bu yaxınlarda Əlövsət İsmayılovun Tərtər rayonuna Anar Əzizovun tapşırığı ilə getdiyi barədə də bizə məlumat daxil olub. Anar Əzizov Əlövsət İsmayılova tapşırıq verib ki,qafqaznews.az saytında mənimlə bağlı silsilə yazılar dərc olunur,ancaq bizdə vəziyyət ağır olduğu üçün bunun qarşısını ala bilmirəm. Ona görə də bu yazıların qarşısının alınmasını sənə tapşırıram ki, Bakıya qayıdan kimi həmin saytı məhkəməyə ver. Apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Əlövsət İsmayılov hazırkı vəzifəsindən əvvəl Bakı DYPİ-də xidmət edərək prezidentin kortejini müşaiyət edib. Sonradan xidmətdə buraxdığı ciddi nöqsanlara və Eldar Mahmudovun əhatəsinə məlumat verdiyinə görə işdən uzaqlaşdırılıb. İndi də Əlövsət İsmayılov barədə MTN-nin Tərtər şöbəsinin rəisi Anar Əzizovda “material” olduğu üçün ikinci birinciyə əmr edib ki, Qafqaznews.az-ı məhkəməyə versin. Çox güman ki, Əlövsət İsmayılov axıracan Anar Əzizovun əmrlərini yerinə yetirmək məcburiyyətindədir. Çünki əks halda Anar Əzizov onun barəsindəki “material”ı mətbuata ötürəcək. ” və s.
Yeri gəlmişkən adıçəkilən saytda onlarla vəzifəlinin, iş adamının bostanına daş atılıb. Əlbəttə, bəlkə də sıravi oxucu buna o qədər də əhəmiyyət verməyə bilər. Lakin əhəmiyyət verənlər tam yəqin edir ki, şantaj yolunu seçmiş müəllifin əsil istəyi nədir.
Dostum Elxanın sözü qulaqlarımda səslənir:
-Eyibdir ey, vallah, eybdir!
Akif Şahverdiyev


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}