8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lakin müşahidələr onu deməyə əsas verir ki, şəhərdə fəaliyyət göstərən apteklərin əksəriyyəti bu qərara əməl etmir.
Apteklərdə bir çox dərman vasitələrinin qiymətində kəskin şəkildə artım müşahidə olunur. Qiymətlərdə 30 faiz deyil, əksinə, təxminən 50 faiz və ondan da çox artım qeydə alınıb.
Əhalinin ağrıkəsici kimi tanıdığı "Spazmalqon” preparatı əksər apteklərdə satışa çıxarılmayıb. Satıcılar bunu həmin dərman vasitəsinin yeni qiymət tənzimlənməsi səbəbindən depodan göndərilmədiyi ilə əsaslandırıblar. Digər apteklərdə isə əvvəllər 1 manat 20 qəpiyə olan həmin dərmanın hazırda 1,70 və ya 1,80 manata satıdlğı məlum olub.
Müşahidə zamanı aptekdən "Fitaton” saç boyasının qiymətinin artdığının da şahidi olduq. Belə ki, alıcı əvvəllər 3 manat 20 qəpiyə aldığı boyaya bu gün 5 manat 40 qəpik verdiyini dedi. Bundan başqa, aptekə daxil olan bir həkim əvvəl istifadə etdiyi 20 manatlıq dərman preparatının 50 manata qalxdığını biləndə preparatı almaqdan vaz keçdi.
Aptek əməkdaşlarından qiymət artımının neçə faiz təşkil etdiyini soruşduqda bu rəqəmin 50 faiz olduğunu bildirdilər.
Digər problem isə əksər dərmanların hələ də satışda olmamasıdır. Səbəbi isə onların qiymətlərinin hələ də yeni məzənnə ilə tənzimlənməməsidir.
Xatırladaq ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bir neçə gün əvvəl jurnalistlərə verdiyi açıqlamasında dərmanların qiymətlərində artımın qaçılmaz olacağını demişdi