Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

 

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sozcu.info " xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.



Oxşar Xəbərlər

Xəbər lenti