8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Braziliyalı Albert Eynşteyn Klinikasının mütəxəssisləri insanlarda koronavirusu təyin etmək üçün dünyanın ilk genetik testini hazırladıqlarını bəyan ediblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, testlərin yüksək dəqiq nəticə verdiyi bildirilir. Alimlər artıq ABŞ-da patent almağa nail olub. Bu ilin iyun ayından etibarən test COVİD-19 diaqnozunu təyin etmək üçün əlçatan olacaq.
Elm adamlarının yeni kəşfinin əsasənda xəstəliyi təyin etmək üçün DNT-nin kiçik hissələrini analiz edən növbəti nəsil ardıcıllıq texnologiyası dayanır. SARS-CoV-2-ni tanımaq üçün tədqiqatçılar bu üsulu RNT ilə uyğunlaşdırmalı olub. Testin yaradıcıları bildirib ki, onun dəqiqliyi 100% təşkil edir və saxta müsbət nəticə əldə etmək imkanını istisna edir.
Biomaterial olaraq, bir adam tüpürcəyi və ya burun seliyi sekresiya keçməlidir. Test nəticələri üç gündən sonra məlum olur.