Baş həkim: 50 yaşdan yuxarı 60-a yaxın şəxsə peyvənd vurulub VİDEO

Bu gündən başlanan 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam edir.
Sozcu.info xəbər verir ki, bu barədə Trend TV-yə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib.
Onun sözlərinə görə, bu gün səhər saat 9-dan başlanan vaksinasiya prosesində 60-a yaxın şəxsə peyvənd vurulub:
"Bildiyiniz kimi yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibbi işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı nəsli arasında peyvəndləmə həayat keçirilib. Hazırda hər şey öz qaydasında davam edir, vaksin vurulan şəxslər arasında əks-təsir qeydə alınmayıb".


Oxşar Xəbərlər

Xəbər lenti