Referendumda 50 faiz yetməz, 75 faiz olmalıdır!

Referendumda 50 faiz yetməz, 75 faiz olmalıdır!

 

Murat Aydın,

 

Sözcü Gazetesi'də redaktor

 

Türk xalqı Türkiyə Cümhuriyyətinin gələcəyinə səs verəcək... Türkiyədə millətin önünə qoyulanlarla yanaşı, arxa planda baş verənlərə diqqət etmək, yaxşı diaqnoz qoymaz lazımdır.
Özəlliklə, yeni əsrdə Türkiyədə fərqli siyasi gedişlər edilir.

Türkiyədə siyasətçilərin və özünün siyasi təhlilçi olduğunu önə sürən bəzi şəxslərin həyata keçirilənlərlə əlaqədar dəyərləndirmələri demək olar ki, eynidir:

Xarici güclər, yəhudilər, imperialistlər, kapitalistlər və s. Bunlar bilinən şeylərdir, bunları daima dilə gətirməyə gərək yoxdur ki; Bunlara qarşı biz danışmaqdan başqa bir şey etmirik.
Biz Türk milləti, düşüncəmiz, dilimiz, dinimiz nə olursa-olsun, Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan, Türkiyə Cümhuriyyəti kimliyini daşıyan fərdlər olaraq, öz içimizdə birliyimizi, bərabərliyimizi təmin edib, ölkəmizin gələcəyi ilə bağlı əlaqədar addımları birlikdə ata biləcək yanaşmaları sərgiləyə bilsək, xaricdən kim nə edir etsin, hamısı mənasızdır...

Amma biz nə edirik; bir-birimizə qarşı daima itələyici hərəkətlərdən uzağa getmirik.

Bu gün Ana Yasa dəyişikliyi edirik...

Bu dəyişikliklə əlaqədar maddələr hazırlandı...

Necə hazırlandı, kimlər hazırladı, Məclisdən necə keçdi...

Bu Ana Yasa dəyişikliyi Türkiyənin prioritetlərimi?

Türkiyənin gerçəkdən demokratik bir cümhuriyyət olaraq Atatürk qanun və inqilabları istiqamətində yaşamasını istəyirikmi?

Necə bir ədalət?

Daha ağıla gələ biləcək çox sayda sual var? İndi söz sırası xalqda...
Halbuki Türkiyədə ediləcək ilk dəyişikliklərdən birinin Siyasi Partiyalar Qanunu olması lazımdır.

Seçki qanunu olması lazımdır.

Millət vəkilliyinə namizədlərin siyasi partiya başqanlarının deyil, partiya üzvlərinin hamısının təyini ilə bir ön seçimi olmalıdır.

Partiya liderlerinin seçdiyi millət vəkillərini illərdir görürük. Lider nə deyərsə, o.

İndi Ana Yasa dəyişəcək, əlavə edilən maddə bunu daha da möhkəmləndirir.

Artıq millət vəkilləri deyil, ölkəni tək kişi idarə edəcək...

Partiyalı (Partiya mənsubiyyəti olan – red.) prezident...

Belə bir ismi hər şeydən öncə bu Cümhuriyyətə bir təhqir sayıram.

Partiyalı prezident olmaz... O partiyasızlar prezidentsizmi qalacaq?!

Deyək ki, HDP-li Dəmirtaş prezident seçildi...

Bu hər kəsin prezidenti ola biləcəkmi?

Ölkənin rəhbəri təbii ki, bir siyasi ənənədən gələ bilər. Seçimlə gəlməsi də ən təbii, ən demokratik bir seçim sistemidir.

Ancaq bu posta gələn kişilərin gəldiklərində etik olaraq, toplumun hər kəsimini qucaqlaması qədər təbii bir şey varmı?

Qanunlar şəxslərə görə deyil, ölkənin dövlət təməlinin gələcəyi üçün qəbul edilir.

Onun üçün bu referendum çox önəmlidir...

İnsanlara sual etdikdə, "Bəli” deyənlərin belə, ürəklərindən "Xeyr” dedikləri gözlərindən oxunur.

Ölkə elə bir durumdadır ki, bu gün hansı dövlət dairəsində çalışan "Xeyr” deyə bilər?! Bacarırsa, desin...

Bu gün bəzı üniversitetlərin rektorları "Bəli” fikirlərini açıqladılar.

Cəsarəti olan bir rektor varsa, çıxsın "Xeyr” desin...

Çox keçmədən bir şey uydurulub, vəzifədən alınır.

İndi hesab aprılır, toplumun hansı kəsimləri "Bəli”, hansı kəsimləri "Xeyr” deyəcək?

***
Mənim araşdırmama görə;

AKP-yə səs verənlərin 8 faizi "Xeyr” deyəcək...

MHP-yə səs verənlərin 70 faizi (Gerçək ülküçülər, ülküçü idelogiyasl ilə yetişənlər)"Xeyr” deyəcək...

CHP-lilərin hamısı "Xeyr” deyir...

HDP-yə gəlincə, iş dəyişir. Məhz burda bir çox şey dəyişə bilər. Necə deyərlər, hər zaman Qərbin planları öndədir...

Məhz bu referendumda, HDP-yə səs verənlərin ən azı 85 faizi "Bəli” deyəcək!

Əslində, referendumlarda ölkənin gələcəyi ilə əlaqədar qanun dəyişikliklərində qəbul və rədd səsləri fərqli olmalıdır...
Məsələn, Ana Yasa dəyişikliyi və icrası üçün xalqın ən azı 75 faizinin səsinin "Bəli” olması lazımdır.

Böyük nisbətdə bir "Bəli”ylə dəyişdirilən Ana Yasa və ya çox önəmli qanuni dəyişikliklər toplumda bölünmələri, qarşıdurmaları əngəlləyər.

50 faiz yetməz, 75 faizə ehtiyac var!



Bu gün düşünsək ki, seçicilərin 50+1 faizi "Bəli" desə, hər şey dəyişəcək. Və ya 50+1 faizi "Xeyr” desə, bir şey dəyişmədi... Xalq tamamən ikiyə bölündü.
Belə bir durumda bu ölkədə iqtidar olan, bu qanunları tətbiq etmək iddiasında olan şəxslər belə, özlərini rahat hiss edə bilməz.

Eləcə də partiyalı prezident...

Adı üstündə, partiyasının prezidenti... Xalqın yarısının prezidenti kim olacaq?!

Hətta prezident seçimi ilə əlaqədar qanunu belə, 75 faizə cıxarmalıdır, məncə...

***

Gerçək burda yatır...

Xalqın necə aldadıldığının, ön planda olanlarla arxa planda olanların niyyətlərinin yaxında ortaya çıxacağına inanıram.
O əcnəbi güclərin planı "Böyük Kürdüstan”...
O "Böyük Kürdüstan” üçün İraqa girildi...
O "Böyük Kürdüstan” üçün Suriya qarışdırıldı.
O "Böyük Kürdüstan”ın Türkiyə ayağında uğura çata bilmədilər...
Önümüzə sürdükləri "Oslo və Açılım Projesi” Türk xalqınn nəzdində tərs təpdi...
O layihənin içində də "başqanlıq” vardı.
Həm də Türkiyəni də aşan bir başqanlıq...
"BOP Başqanlığı” (Böyük Ortadoğu Projesi)

***

İndi başqanlıq haqda...
Başqanlığın yarısı, tamı, prezident-filan olmaz...
Bunlar keçid addımlardır.
Gələcəyi əyalət sisteminə götürəcək olan addımlardır...
Bu günki prezidentimiz hörmətli Tayyib Ərdoğan bu planları gördü, bunlardan vaz keçdi...
Amma gələcəkdə nə olacağı bəlli deyil, onu da aşan mövzular ortaya çıxa bilər.
Onun üçün bu referendumda, bu günü deyil, gələcəyi düşünməmiz lazımdır...
***

HDP TƏRƏFSİZ GÖRÜNÜB, "BƏLİ” DEYƏ BİLƏR

İndi seçki kampaniyası zamanıdır...
Kampaniyada belə, qütbləşməyə yol almağa çalışılır...

AKP, MHP bloku "Bəli”...

CHP isə birbaşa HDP ilə işbirliyində görsənir…

Halbuki, Ülküçüler "Xeyr” deyəcək... Ülkü Ocaqları tərbiyəsi ilə yetişmiş, vəzifə və mənfəət sevdasına qapılmamış (Bu tərbiyəni almış heç kimsə belə bir sevdaya qapılmaz) heç bir ülküçü bu referendumda "Bəli” deməz...
Amma, HDP-lilərin 85 faizi "Bəli” deyəcəkdir.
Bu iddialarımın nə qədər doğru olduğunu zaman göstərək.

Bəs, eyni maddələrlə keçirilən Ana Yasa dəyişikliyində HDP "Bəli” deyəcəyini açıqlayarsa, nə olacaq?
MHP, HDP-nin "Bəli” dediyi nöqtədə dura biləcəkmi?
Bu müddətdə ən böyük xaosun burada çıxa biləcəyi deyilir.
Referendum öncəsi hər kəsin qafası qarışıqdır...
Türkiyə Cümhuriyyəti üçün "XEYİR”lisi olsun...



Oxşar Xəbərlər

Xəbər lenti