8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları növbəti satış yarmarkası keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta və s. təqdim ediblər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: "Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər 10 gündən bir olmaqla mütəmadi təşkil olunacaqdır. Növbəti yarmarkalarda məhsulların çeşidlərinin sayı daha da artırılacaq.”
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:
Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Elçin Bayramov, Elmira İmamverdiya, Ülkər Hacıyeva və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.
Sakinlərin alıcılıq qabiliyyətinin yüksək olduğu kənd təsərrüfatı məhsulları yarmarkası səhər saat 10:00-dan axşam saat 17:00-dək davam edib.
Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası bu ayın sonunda təşkil olunacaq.