Bakı-Sumqayıt yolunda AĞIR QƏZA - Polisin oğlu dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA - Polisin oğlu dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.info xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. 

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib.

Sozcu.info xəbər verir ki, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb./report/

 
 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}