8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, İran prezidenti Həsən Ruhani, P5+1 ölkələri ilə Tehran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsinin yenilənməsini tələb edən ABŞ prezidenti Donald Trampı və Fransa prezidenti Emmanuel Makronu tənqid edib. Ruhani Trampı "alverçi” adlandırıb.
İran prezidenti bu çıxışı Fransa prezidenti Emmanuel Makronun, ABŞ-ın müqaviləni pozmaması üçün Trampı dilə tutmaqdan ötrü Vaşinqtona səfərindən sonra edib.
Makron ABŞ-da Tramp ilə birgə verdiyi açıqlamada Avropa İttifaqının İranla nüvə müqaviləsinin dəyişdirilmədən mühafizə edilməsi ilə bağlı mövqeyindən geri çəkildiyini və "bu andan etibarən ABŞ ilə birlikdə yeni bir anlaşma üzərində çalışmaq istədiyini” bəyan eləmişdi.
Ruhani dövlət televiziyasınd canlı verilən çıxışında deyib: "Onlar həmin Avropa ölkəsinin prezidenti ilə birlikdə "7 ölkənin imzaladığı müqavilə barəsində qərar vermək istəyirik” deyirlər. Nə üçün? Hansı hüquqla?”