8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı doğma oğlunu qətlə yetirməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, bu gün hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Qeyd edək ki, təqsirləndirilən N.Qulubəyova özünü pis hiss etdiyini bəhanə gətirərək, ifadə verməkdən imtina edib.
Daha sonra təqsirləndirilən şəxsin nümayəndəsi - N.Qulibəyovanın qardaşı dindirilib. O, bacısının əvvəllər heç bir xəstəlikdən əziyyət çəkmədiyini deyib: "Evə gəldiyim vaxt hadisə artıq baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bacımın həyat yoldaşı Rüstəm də orada idi. Polis gələndən sonra qapını sındırdılar. Rüstəm çox həyacanlı idi. İçəri daxil olandan sonra həkim də çağırıldı. Uşaq divanın üzərində uzanmışdı".
Nümayəndə bacısının özünə qapalı insan olduğunu vurğulayıb: "Hadisədən sonra bildim ki, o, sektaya, dini təriqətlər olan yerlərə gedib". Əlavə edək ki. qardaşı ifadə verən vaxt təqsirləndirilən oturduğu yerdə qeyri-adi hərəkətlər edirdi.
Daha sonra N.Qulubəyovanın keçmiş həyat yoldaşı Rüstəm Qulubəyov ifadə verib. O bildirib ki, hadisədən əvvəl oğlu Fəridin qızdırması var idi: "Həmin gün işdə idim. Uşaqdan narahat olduğun üçün evə tez-tez zəng vururdum. Nazilə telefonu götürmürdü. Təxminən axşam saat 6 olardı. Dostum zəng vurub, oğlumu soruşdu, səhhəti ilə maraqlandı. Anam da bərk narahat idi. Evə gəldim, qapını açan olmadı. Polisə və FHN-ə zəng vurdum. Onlar qapını sındırıb içəri daxil olanda, uşağımın meyitini gördüm. Nazilə isə həmin vaxt yerdə oturub, bir nöqtəyə baxırdı. Yerdə şam var idi. Şokda idim. Hələ anlaya bilmirdim ki, uşaq özü ölüb, yoxsa onu Nazilə öldürüb. Baş verənlərdən sonra arvadımla boşandım. O vaxta kimi münasibətimiz yaxşı idi".
Əri də etiraf etdi ki, təqsirləndirilən N.Qulubəyova özünə bağlı olub. Rüstəm Qulubəyov qeyd edib ki, həyat yoldaşı əvvəllər dini sektorlara gedib: "Hadisədən sonra evdən dini ayinlər zamanı istifadə edilən bir neçə əşya tapdım. O ana qədər psixoloji problemlərinin olduğunu bilmirdim".
İclasda hakim N.Qulubəyovaya "niyə orada əyləşmisən" sualı ilə müraciət edib. Təqsirləndirilən qadın suala "bilmirəm" cavabını verib.
Bundan sonra Nazilə Qulubəyova danışıb: "Sektaya gedəndə demişdilər ki, İsa peyğəmbər gələndə bütün ölən şəxslər qiyamətdə diriləcək. Həmin gün uşaq xəstə idi. Ona qızdırma dərmanı verdim. Sonra halı pis oldu. Bu haqda Simaya zəng edib dedim. O da dedi ki, qorxma, düzələcək. Uşağımın əl-qolunu bağlamamışdım. Sadəcə, dərman verdim ki, sağalsın".
Hakim N.Qulibəyovaya "İsa peyğəmbər həmin gün gələcəkdi?" sualını verdikdə təqsirləndirilən qadın "elə bilirdim ki, İsa peyğəmbər həmin gün gələcək" cavabını verib: "İsa peyğəmbəri əvvəllər görmüşdüm".
Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.
Xatırladaq ki, təqsirləndirilən 34 yaşlı Nazilə Qulubəyova dini təriqətlərdən birinin üzvü olub. O, ötən il 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.
Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, "pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı keçinib.
İnarə Rafiqqızı