8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dələduzluqda ittiham olunan Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zalında həbs edilib.
İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu-red.) verib.
Emil Hüseynov eyni zamanda Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb.
Cinayət materiallarına əsasən, Emil Hüseynov həmin vətəndaşları Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə aldadıb.
Cinayət işində ümumi ziyan 9 milyon manatdır.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd ki, Emil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilib. O, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.
Emil Hüseynovun digər qardaşı Rahib Hüseynov da eyni ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun işinə hakim Mirzə Xankişiyev baxır.
İnarə Rafiqqızı