Bakıda intihar: özünü iki hasarın arasında öldürdü

Bakıda intihar hadisəsi baş verib.  Xətai rayonu G.Şıxlınski küçəsində qeydiyyatda olan və Əhmədli qəsəbəsi 9-cu Əhmədli küçəsi ev 61-də yaşayan 1980-cı il təvəllüdlü Müşfiq Novruzov özünü asaraq intihar edib. Onun meyiti yaşadığı fərdi yaşayış evinin həyətində, iki hasarın arasından keçən borudan asılı vəziyyətdə tapılıb.

 

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti