Bakıda oğurluqla məşğul olan 9 nəfər tutuldu

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan qapının kilidini sındırmaqla tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub. Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.

Bundan başqa Qaradağ RPİ CAŞ, TŞX və 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Əli Allahverdiyev tutulub. Müəyyən edilib ki, o, fevralın 8-də «Binə» ticarət mərkəzinin yaxınlığında Təranə Aslanovaya məxsus «BMW» markalı avtomobildən şüşəni sındırmaqla içərisində 100 manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və sənədlər olan əl çantasını, fevralın 12-də Arif Kərimova məxsus «Mercedes» markalı avtomobildən 80 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon və fevralın 13-də Pərvanə Eynəliyevaya məxsus «Nissan» markalı avtomobildən isə planşet, 1200 manat və 100 ABŞ dolları oğurlayıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Naximov küçəsində Tahir Bayramovun mənzilindən qapının kilidi sındırılmaqla 50 ədəd stul, 2 ədəd su qızdırıcısı, 2 ədəd elektrik mühərriki, televizor və soyuducu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1970-təvəllüdlü Cahangir Mirzəyev tutulub.



Oxşar Xəbərlər

Xəbər lenti