“Mustafa Kamal Atatürkün qətiyyəti olmasaydı,…” –Əflatun Amaşovdan açıqlama

“Mustafa Kamal Atatürkün qətiyyəti olmasaydı,…” –Əflatun Amaşovdan açıqlama

 

"Qardaş Türkiyə tarixi zəfərinin 94-cü ildönümünü qeyd edir. Hesab edirəm ki,Turkiyənın turk dunyası ucun gazandırdıgı bu zəfər həm də biz Azərbaycan türklərinin zəfəridir. Təkcə ona görə yox ki, Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir. O səbəbdən ki, Türkiyənin qazandığı zəfər biz də daxil olmaqla, bütövlükdə türk dünyası üçün dönüş nöqtəsi idi”.

Sozcu.info xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov 30 avqust Türkiyənin Zəfər Bayramı günü münasibətilə açıqladığı təbrik mesajında deyib.

O, daha sonra yazıb: "Birinci Dünya Müharibəsindən sonrakı prosesləri incələyərkən bunu tam qətiyyətlə söyləmək mümkündür. Həmin vaxt böyük Mustafa Kamal Atatürkün qətiyyəti olmasaydı, kim bilir yaşadığımız coğrafiyadakı türk varlığı indi özünü hansı tərzdə göstərəcəkdi, yaxud ümumiyyətlə göstərə biləcəkdimi?

Əziz dostlar, hər birinizi böyük türk dünyasının ZƏFƏR bayramı münasibəti ilə təbrik edirəm. Zəfərləriniz, zəfərlərimiz bol olsun inşallah!!!".



Oxşar Xəbərlər

Xəbər lenti